Bublik
Rus dilindən alınmalardan olub, Azərbaycan dilində “halqa şəkilli çörək” mənasında işlənir. S.Altaylının lüğətində bu çörək növünün adı qeydə alınmışdır (21, 153).
Bu söz Türkiyə türkcəsində simit, başqırd türkcəsində kirəndil, baranka, roğalik, qazax türkcəsində tokat, qırğız türkcəsində simit, toqorok nan, özbək türkcəsində külçə (nən), tatar türkcəsində klindir, baranka, roğalık, türkmən türkcəsində halqa görünüşlü kökə, uyğur türkcəsində tonğa nan, bublik (33, 782-783) formalarında işlənir.