Buğlama
Azərbaycanın dialekt və şivələrində bu söz 2 mənada işlənir: 1)”- içinə turşu və kişmiş doldurularaq bişirilmiş balıq.” - Bu gün anam buğlama pişiritdi. (Dərbənd); 2) “ – azacıq su ilə buğ içində bişirilən bozartma” – Anam buğlama pişirer. (Qazax) (1, 88)
Buğlama sözü kök +kök+şəkilçi modeli əsasında formalaşmışdır. Sözün əsasını “buğ” (buxar) leksemi təşkil edir. Sözün ortasındakı –la şəkilçisi leksik vahidlə qaynayıb qarışmışdır. –ma şəkilçisi feillərdən isim düzəltdiyi kimi, feili isimlər də düzəlir. Feili isim kimi çıxış etdikdə feili bağlama, feili sifət və məsdərlərdə olduğu kimi, -ma,-mə şəkilçisindən əvvəl növ və inkarlıq əlamətləri işlənə bilir. Məs.: doydurma – doydurmama, anlama – anlamama, yığma – yığdırma, yığışma – yığışmama, becərmə - becərtdirmə - becərtdirməmə və s. (13, 60)
–ma, -mə şəkilçisi ilə əmələ gələn xörək adları dilimizdə çoxluq təşkil edir: basdırma, bozartma, bulama, qiyma, qovurma, dolma, döşəmə, döymə, əzmə, yarma, yayma, soyutma, daşıma, süzmə, çığırtma, qatlama, çəkmə və s.