BULUDLULUQ

сущ. степень облачности
BULUDLUQ
BULUDSUZ
OBASTAN VİKİ
Buludluluq
== Buludluluq == Buludluluğun rejiminə və paylanmasına daha çox sirkulyasiya prosesləri və mürəkkəb relyef quruluşu təsir göstərir. Buludluluğun yaranması, aydın və tutqun hava şəraitinin növbələşməsi həm frontal, həm də yerli atmosfer prosesləri nəticəsində baş verir. Daha çox buludlu günlər qış fəslində müşahidə edilir ki, bu da mülayim enliklərin dəniz hava kütlələrinin əraziyə daxil olmasını təkrarlanmasının intensivliyi və cənub siklonlarının Xəzər üzərindən keçərək gəlməsi ilə əlaqədardır. Yayda bu proseslərlə əlaqədar buludluluğun qısa müddətli artması baş verə bilir. Buludsuz günlərin çox təkrarlanması yerli hava prosesləri nəticəsində tez-tez antisiklonik vəziyyətin yaranması ilə əlaqədardır. İl və aylar üzrə buludluğun kəmiyyətinin paylaşmasına görə yüksək dağlıq, orta dağlıq və düzənliklər bir-birindən kəskin fərqlənir. Buna görə də respublikada hündürlük qradientlərini nəzərə almadan buludluluğun 3 tipini ayırmaq olar: Birinci tip — yüksəkdağlıq, dəniz səviyyəsindən 2000 m-dən yuxarıda müşahidə edilir, səmanın maksimum buludluğu yazda və yayın əvvəlində, minimum isə qış fəslində olur İkinci tip — ortadağlıq və qismən öndağlıq ərazilər üçün səciyyəvidir (təqribən 500–2000 m arasında). İki aydın müşahidə edilən maksimuma (payız və yaz) və iki aydın ifadə olunan minimuma (yay və qış) malikdir. Üçüncü tip — dənizsahili və düzənlik ərazilər üçün səciyyəvi olub, maksimum buludluq qışda və yazda. minimum isə yay aylarında müşahidə olunur.

Digər lüğətlərdə