Buxsı
Arxaikləşmiş yemək adıdır. Azərbaycan dilinin dialekt və şivələrində müşahidə edilmir. Mahmud Kaşğarinin “Lüğət”ində bu söz “bir yemək adı” anlamında izah edilir və resepti aşağıdakı kimi verilir: buğda bişirilərək içinə badam dənələri atılır, üstünə təlbinə (kəpək, bal və südlə bişmiş buğlamac) tökülür, turşuduqdan sonra buğdası yeyilir, suyu içilir (8, 418)