BUZLAŞMA BAZİSİ

buzlaq dilinin gəlib çata bildiyi aşağı sərhəd, dağ buzlağı rayonunda dərənin dibinin səviyyəsinə uyğun gəlir. базис оледенения base level of glaciation
BUZLAŞMA
BUZLAŞMA MƏRHƏLƏLƏRİ
OBASTAN VİKİ
Müasir buzlaşma
Müasir buzlaqlar qar xəttinin böyük yüksəkliyə malik olması buzlaqların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrin yamaclarında saxlanmasıdır. Böyük Qafqazda olan 1400-ə qədər buzlağın (sahəsi 1775 km). 70 %-dən çoxu onun şimal yamacında yerləşir. Şərqi Qafqazın Azərbaycan ərazisindəki buzlaqlarının saxlanılmasına iqlimin, relyefin bə onun dəyişməsinin böyük təsiri vardır. Bazardüzü dağının (4480,9 m) qar xəttindən yüksəyə qalxması və ondan ayrılan qolların şimal istiqamətində uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənub-şərqi Qafqazda ən böyük buzlağın yaranmasına səbəb olmuşdur. Bazardüzü dağı şimalda Çexiçayın dərəsindən (Quruş kəndi yaxınlığında) 2300 m, cənubda isə Qaraçay dərəsindən 2700 m ucalır. Bazardüzü buzlağı iki buzlaqdan- Tixitçap və Murkar buzlaqlarından ibarətdir. Dağın zirvəsini örtmüş xarlanmış qardan beş acılı buzlar ayrılır.Tixitçap buzlağının uzunluğu 0,9 km, eni isə 150-200 m-dir. Murkar buzlağı şimal-şərq istiqamətində 1440 m uzanır, eni isə 300-450 m-dir. Bazaryurd dağında (4126,3 m) [Baş Qafqazın suayrıcı üzərində yerləşmişdir.
Qədim buzlaşma
Qədim buzlaşma (rus. древнее оледенение, ing. ancient glaciation) — Yerin əsasən, son geoloji tarixi dövründə (Dördüncü dövrdə) böyük iz qoymuş (morenlər, kamlar, ozlar) və geniş əraziləri əhatə etmiş buzlaşmalar. Sement-ləşmiş buzlaq çöküntülərinin-tillitlərin mövcud olması daha qədimdə buzlaşmaların baş verdiyinə dəlalət edir. (məs: Şm.
Yerli eroziya bazisi
Yerli eroziya bazisi (rus. местный базис эрозии, ing. local base level) — istənilən yüksəklikdə yerləşən və yerli əhəmiyyəti olan müvəqqəti və lokal, eroziya bazisi. Y. e. b. axarsız su tutarları səviyyəsinə, astanalara, çayların qarşısını kəsən dağ uçqunlarına və s. uyğun gələ bilir.