BƏC

is. \[ing. badge\] Hər hansı qurumun üzvü və ya işçisi olduğunu göstərən, üstündə adı, soyadı, vəzifəsi kimi qeydlər olan fərqləndirmə kartı. Bəcin yuxarı hissəsində lentlə və ya nazik zəncirlə asılmaq üçün dəlik açılır, yaxud kartın arxa tərəfində sıxac (klips) yapışdırılır.
BENZOLAOXŞAR
BIÇQI
OBASTAN VİKİ
Bəcirəvan
Bəcirəvan şəhəri — qədim şəhər Bəcirəvan (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Bəcirəvan (İmişli) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Bəcirəvan (Bərdə) – Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Bəcirəvan (Bərdə)
Bəcirəvan — Azərbaycan Respublikasının Bərdə rayonunun Bəcirəvan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Bəcirəvan kəndi Xəsili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bəcirəvan kənd Soveti yaradılmışdır.
Bəcirəvan (Cəlilabad)
Bəciravan — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Komanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Bəcirəvan oyk, sadə. Bərdə r-nunun Xəsili inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir; Pirsə çayının (Göytəpə çayının qolu) sağ sahilində, Lənkəran ovalığındadır; İmişli rayonunun Bəcirəvan inzibati ərazi vahidində kənd. Araz çayının sol sahilindən 2 km. aralı, Mil düzündədir. 1933-cü ildə bu kəndin adı Bəcirəvanlı kimi qeydə alınmışdır. IX-XIV əsrlərə aid mənbələrdə Cənubi Azərbaycanın ərazisində, Muğan düzündə Bacrəvan adlı şəhər haqqında məlumat verilir. Bu şəhər Muğanın mərkəzi şəhəri olmuşdur. Bəcirəvan adı ccnibdan şimala əhalinin miqrasiyası ilə gətirilmişdir.
Bəcirəvan (İmişli)
Bəcirəvan — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Bəcirəvan bələdiyyəsi
Bəcirəvan bələdiyyəsi (Bərdə) — Bərdə rayonunda bələdiyyə. Bəcirəvan bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Bəcirəvan bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bəcirəvan bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bəcirəvan şəhəri
Bəcirəvan şəhəri — Arazın cənub hissələrinin birində yerləşmiş qədim şəhər. Belə rəvayət olunur ki, guya qədim Bəcirəvan şəhərinin əhalisi ilanların hücumuna məruz qalaraq öz doğma ocaqlarını ataraq Muğan düzünə səpələnmişlər. Hal-hazırda Muğanda mövcud olan Bəcirəvan kəndinin əhalisinin demək olar ki, bir-birləri ilə qohumdurlar. Həmdullah Qəzvini özünün «Nüzxət əl-klub» əsərində qeyd edir ki, Bəcirəvan Muğanın ən böyük şəhərlərindən olmuşdur. XIII əsrdə isə monqolların hücumu nəticəsində viran edilmiş və sonralar abadlaşaraq kəndə çevrilmişdir. Daha sonra H.Qəzvini qeyd edir ki, Bəcirəvanın içərisindən keçən çay Biləsuvarın içərisindən də keçir. Bəcirəvan şəhərinin əhalisi mənbəyini dağların qoynundakı bulaqlardan alan çayın suyu ilə təmin olunur, əhalisi əkinçiliklə, əsasən dənli bitkilər əkməklə məşğul olurdular. İbn Əl-Əsirin verdiyi məlumatlardan aydın olur ki, Bəcirəvan Araz çayının cənubunda yerləşirmiş. Digər ərəb tarixçisi Əl-İstəxri də öz əsəri «Kitabi masalik və əl-mamalik»də Bəcirəvan şəhərini Azərbaycanın Təbriz, Bərzənd, Muğan və digər şəhərləri ilə bərabər sayaraq qeyd edir ki, Bəcirəvan şəhəri böyüklüyünə görə yuxarıda adları çəkilən şəhərlərə «bənzəyir». «Tarixi-Dərbəndnamə»nin müəllifi Bəcirəvanın Muğanda ən böyük şəhər olduğunu göstərir.
Bəcistan
Bəcistan— İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Bəcistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,136 nəfər və 3,090 ailədən ibarət idi. Bəcistanın ən əhəmiyyətli məhsulları zəfəran və nardır.
Bəcistan şəhristanı
Bəcistan şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəcistan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 29,495 nəfər və 8,098 ailədən ibarət idi.
Bəckəm
Bəckəm (v. 21 aprel 941) — X əsrdə Abbasilər zamanı xidmət etmiş türk mənşəli Xilafət sərkərdəsi. == Həyatı == Əbülhüseyn Bəckəm Təbəristandakı Ələvi hökmdarlarının sərkərdələrindən Makan bin Kakinin xidmətində muzdlu əsgər ikən seçilmiş və daha sonra Ziyari əmiri Mərdavic bin Ziyarın məiyətinə daxil olmuşdur. Mərdavicin türklərdən ibarət əsgəri birliklərinə qarşı pis davranmasına görə bunlar Bəckəmin idarəsində üsyan edərək hicri 323-cü (935-ci) ildə onu öldürdülər. Bu üsyandan sonra artıq Təbəristanda qala bilməyən Bəckəm yanındakə türklərlə birlikdə Abbasi xəlifəsinin ordusuna girmək məqsədiylə Bağdada hərəkət etdi. Fəqət xəlifənin mühafizəçiləri onların Bağdada girməsinə əngəl oldular. Buna görə Vasit və Bəsrə valisi İbn Raik bunları əsgəri birlikləri arasına aldı və Bəckəmi türklər və deyləmlilərdən ibarət qüvvəli bir ordunun sərkərdəliyinə təyin etdi. Bu səbəblə ona Bəckəm ər-Raiki deyilirdi. İbn Raik hicri 324-cü sonlarında (noyabr 936) xəlifə Radi-Billah tərəfindən əmirülüməralığa təyin edildikdən sonra Bəckəm, xəlifənin nizam-intizamsız mühafizəçiləri və Əhvaz valisi Əbu Abdullah əl-Bəridiyə qarşı mübarizəsində onun başyardımçısı oldu və bu uğurları səbəbiylə sahibüşşurtalığa və eyni zamanda şərq əyalətləri valiliyinə təyin edildi (fevral 937). Əbülhüseyn Bəckəm İbn Raiki məğlub edərək Bəsrəyə girmiş olan Bəridini qüvvələrinin sayıca az olmasına baxmayaraq məğlub etməsi Bəckəmə böyük bir etibar qazandırdı.
Bəcvənd (Soyuqbulaq)
Bəcvənd (fars. باجوند‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (31 ailə).
Bəcəh
Bəcəh (ərəb. بجح‎; q.misir znmwt) — tarixi Nubiya ərazisində, Nil çayı boyunca və Misirin cənubundakı Əsvan mühafəzəsi daxilində ada və arxeoloji sahə. 1902-ci ildə bəndin tikintisi başa çatdıqdan sonra ada Əsvan SES-in su anbarında yerləşir. == Qədim Misir == Ada əvvəllər Nil çayının birinci axarında yerləşirdi və onun istehkamı qədim Yuxarı Misir və Nubiyaya çıxışa nəzarəti təmin edirdi. File və Agilkiya adalarına, eləcə də onların su anbarındakı qədim arxeoloji sahələrinə yaxın yerdə yerləşən ada Ümumdünya İrsi siyahısına əlavə edilmişdir. Bəcəh adası qədim misirlilər üçün müqəddəs sayılırdı. Onlar inanırdılar ki, Osiris bu adada dəfn edilib və onun üzərində dayanan məbəd Abaton (yunanca "ayaqsız yer") kimi tanınırdı, çünki oraya yalnız kahinlərin ayaq basmasına icazə verilirdi. Məbəd həm Seneka, həm də Lukan tərəfindən qeyd edilmişdir. B.e. III əsrin ortalarında və ya axırlarında Kuş çarı Talaxidamaninin səfirliyi hədiyyələrlə Abatonu ziyarət etmişdir.
Bəcəyəzli
Bəcəyəzli, Bəyciyəzli, Becazin, Becazlı — Artaşat rayonunda kənd adı. == Toponim == Becazin Artaşat r-nunda kənd adı. Başqa adı Becazlu . 1945-ci ildə kənd ermənicə Vostan adlandırılmışdır. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Bədəlpaşa dairəsində Becasin dağ adı ilə quruluşca eyni olsa da, mənası məlum deyil. == Əhalisi == 1831-ci ildə kənddə İrandan gəlmə ermənilər də yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə kəndin əhalisinin azərbaycanlı yaşayan hissəsi qovulmuşdur.