BƏHİRƏ
İslamdan əvvəlki dövrdə ərəblərin xüsusi dəyər verdikləri süd verən dişi dəvənin adı olmuşdur. Dəvə ardıcıl olaraq on dişi bala dünyaya gətirirdisə, onda bütlərə tapınan Ərəblər onu Saibə adlandırır və ona təzim edirdilər. Bundan sonra bu dəvə daha bir dişi bala dünyaya gətirərdisə, o zaman onu bəhirə adlandıraraq ona da anası ilə birlikdə xüsusi sayğı göstərirdilər. Bütpərəstlər onun qulağının bir parçasını kəsir, üstünə minmir, belində yük daşımır və yununu qırxmırdılar. Onun südündən yalnız qonaqlar içə bilərdilər. Bəhirə ərəblərin bəzi digər cahiliyyə dövrünün anlayış və adətləri kimi İslamdan sonra ortadan qaldırılmışdır (Quran, 5: 103).