Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kürə
Kürə — fəzanın verilmiş nöqtəsindən müsbət r məsafəsini aşmayan nöqtələr çoxluğudur. "r" kürənin radiusu adlanır. Kürə həmçinin yarımdairənin radiusu ətrafında fırlanmasından yaranan həndəsi cismdir. Bu diametr kürənin oxu adlanır. Kürənin səthi sfera adlanır.
Kürə dairəsi
Kürə dairəsi (rus. Кюринский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1862–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qasımkənd idi.
Kürə dağları
Kürə dağları — Qərbi Qara dəniz hissəsində yerləşən Kürə dağları "Alp qırışıqlığı" sisteminə bağlı olan bir sıra dağ sisteminin bir hissəsidir. Kürə Dağları Fransadan başlayaraq Balkanlardan Anadoluya, Qafqazdan və İrandan Himalaya qədər uzanan dağ silsiləsinin bir hissəsinə aiddir. Ən yüksək zirvəsi Yaralıgöz dağının hündürlüyü 2019 metrdir. Dağın yamacları sıx meşələrlə örtülmüşdür.
Kürə xanlığı
Kürə xanlığı (ləzg. Куьредин шарвал) — Cənubi Dağıstanda 1812–1864-cü illərdə mövcud olmuş feodal dövləti. Kürə xanlığı əsasən Qürahın tarixi və coğrafi bölgəsində yerləşirdi. Buraya Qürah, Ağul və Riçin kənd cəmiyyətlərinin birliklərinin ərazisinin bir hissəsi olan Qürah vadisi daxil idi. Hal-hazırda Kürə xanlığının ərazisində yerləşən inzibati rayonlar: Ağul, Qürah və Süleyman-Stalski rayonları. Cənubda Kürə xanlığının sərhədləri Samurçay istiqamətində Quba xanlığına qədər uzanırdı. Cənub-qərbdə xanlıq Samur silsiləsinin zirvəsində Altıpara və Axtıpara azad cəmiyyətləri ilə, həmçinin Rutul bəyliyi ilə həmsərhəd idi. Qərbdə və şimalda sərhədləri Qazıqumuq xanlığına qədər uzanırdı. Tabasaran maysumluğu ilə şimal-şərqdə sərhədə malik olmuşdur. Şərqdə Kürə xanlığı Dərbənd xanlığı ilə sərhədlənir.
Açıq kürə (riyaziyyat)
n {\displaystyle n} — ölçülü fəzada M M 0 = ( x 1 − x 0 1 ) 2 + ( x 2 − x 0 2 ) 2 + … + ( x n − x 0 n ) 2 < r {\displaystyle MM_{0}={\sqrt {(x_{1}-x_{0}^{1})^{2}+(x_{2}-x_{0}^{2})^{2}+\ldots +(x_{n}-x_{0}^{n})^{2}}}<r} şərtini ödəyən M ( x 1 ; x 2 ; … ; x n ) {\displaystyle M(x_{1};x_{2};\ldots ;x_{n})} nöqtələrindən ibarət çoxluq. Burada M 0 ( x 0 1 ; … ; x 0 n ) {\displaystyle M_{0}(x_{0}^{1};\ldots ;x_{0}^{n})} nöqtəsi kürənin mərkəzi, r {\displaystyle r} onun radiusudur. n = 2 {\displaystyle n=2} olduqda müstəvi üzərində çevrənin daxili oblastı, n = 3 {\displaystyle n=3} olduqda isə fəzada sferanın daxili oblastı alınır: M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Aşağı Kürə (Urmiya)
Aşağı Kürə (fars. كوره سفلي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 318 nəfər yaşayır (54 ailə).
Kürə Kani (Bükan)
Kürə Kani (fars. كوره كاني‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (24 ailə).
Yeddi kristal kürə
Yeddi kristal kürə - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 13-cü hissəsidir.
Yuxarı Kürə (Urmiya)
Yuxarı Kürə (fars. ‎كوره عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (42 ailə).
Çeşmə Kürə (Bicar)
Çeşmə Kürə (fars. چشمه كوره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (40 ailə). Əhalisini kürdlər təşkil edir.
Kürək
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Ağ kürəkburun
Ağ kürəkburun (lat. Scaphirhynchus albus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin kürəkburun cinsinə aid heyvan növü. Həyat tərzinə görə adi kürəkburuna çox bənzəyir. Missisipi çayının hövzəsində rast gəlinir, adi kürəkburun isə əsasən Missuri çayının aşağı hissələrində yaşayır.
Gümülcinəli Kürəkən Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, Konstantinopol) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür. 1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır.
Gəvlən (Salmas-Kürəsinli)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Kürəbulaq
Kürəbulaq (Şot)
Kürəbulaq (Məlikan)
Kürəbulaq (fars. كوره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (59 ailə).
Kürəbulaq (Çaypara)
Kürəbulaq (fars. كورابلاغ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (14 ailə).
Kürəbulaq (Şot)
Kürəbulaq (fars. كورابلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Kürədərə (Əhər)
Kürədərə (fars. كوره درق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (23 ailə).
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Kürək (dəqiqləşdirmə)
Kürək
Kürək (texnika)
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir. Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir.
Kürək sümüyü
Kürək sümüyü (lat. scapula) — çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük. İnsanda kürək sümüyü yastı, üçbucaq formaya malikdir, əmək aləti olan belə bənzəyir. Kürək sümüyü çiyin oynağını əmələ gətirən əsas sümük olub, xüsusi oynaq səthləri ilə körpücük sümüyü və bazu sümüyü ilə birləşmə əmələgətirir.
Kürəkaltı əzələ
Kürəkaltı əzələ (lat. musculus subscapularis) üçbucaq formalı böyük çiyin əzələsi olub, kürəküstü çuxurdan başlanır, bazu sümüyünün kiçik qabarına bağlanır. Rotator manjetinin 4 əzəsindən biri olan kürəkaltı əzələ həmin əzələlər içərisində ən böyüyü və ən güclüsüdür, belə ki, bu əzələ manjetin ümumi gücünün 50%-ni təşkil edir. Əsas funksiyası qolun daxilə rotasiyasını təmin etməkdir.
Kürəkayaqlılar
Kürəkayaqlılar (lat. Scaphopoda) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi.
Kürəkbasan mahalı
Kürəkbasan mahalı — Gəncə xanlığının mahallarından biri. Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Sərhədləri — 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir. Onlardan biri də Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalıdır.
Kürəkburun
Kürəkburun (lat. Scaphirhynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi. Şimali Amerikanın şirin sularında yaşayır.
Kürəkburunlar
Kürəkburunlar (lat. Scaphirhynchinae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan yarımfəsilə.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Kümə
Kümə — İranın İsfahan ostanının Səmirüm şəhristanının Padina bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,305 nəfər və 551 ailədən ibarət idi.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Küçə
Küçə — yol infrastrukturunun bir hissəsi. Bir qayda olaraq kənarında xüsusi sıra sayına malik binalar olur. Küçələr təyinatına görə təsnifatlanırlar . Şəhər əhəmiyyətli magistral küçələr; Rayon əhəmiyyətli magistral küçələr; yerli əhəmiyyətli küçələr: Kvartallar arası küçələr; Kvartal daxili küçələr; Yaşayış küçəsi; Tramvay-piyada küçəsi; Piyada küçəsi. Əsas küçələr; yaşayış küçələri; keçidlər. Yaponiyada küçələrin adları olmur. San-Fransiskoda bir küçə hərlənərək özü - özünü kəsir.
Küpə
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Küri
Pyer Küri
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı "cürə" (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300–320 mm, hündürlüyü 340–360 mm-dir. Çiling nağara əsasən zurnaçılar dəstəsində istifadə edilir.
Cırıldayan cürə
Cırıldayan cürə (lat. Spatula querquedula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Enlidimdik cürə
Enlidimdik cürə (lat. Spatula clypeata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Halqalı cürə
Halqalı cürə (lat. Callonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Küri (krater)
Kuri krateri — Mars planetində yerləşən 29,1° şimal və 4,8° qərb koordinatlarında yerləşən kosmik obyektdir. Onun diametri 144.1 kilometrdir və adı fransız fizik-kimyaçı Pyer Kürinin şərəfinə qoyulub.
Küri nöqtəsi
Küri nöqtəsi və ya Küri temperaturu ( T C {\displaystyle T_{C}} ) — ferromaqnit maddələrin kimyəvi xassələrinin dəyişmə nöqtəsi və ya temperaturudur. Bu temperaturdan yuxarı, ferromaqnit maddələr maqnitliyini itirir və paramaqnitli olur. "Küri nöqtəsi" anlayışı ferromaqnitlərin bu xassəsini kəşf edən fransız alimi Pyer Kürinin şərəfinə adlandırılmışdır. Maqnetit üçün Küri nöqtəsi 5800 C, pirrotin üçün 3000 C, hematit üçün 6750 C. Küri nöqtəsidə istilik tutumu, istilik keçirmə və başqa fiziki xassələr kəskin dəyişir. Sinonim: Küri temperaturu. Horst Stöcker: Taschenbuch der Physik, 4. Auflage, Verlag Harry Deutsch, Frankfurt am Main 2000, ISBN 3-8171-1628-4 Hans Fischer: Werkstoffe in der Elektrotechnik, 2. Auflage, Carl Hanser Verlag, München/Wien 1982 ISBN 3-446-13553-7 Werner Schröter, Karl-Heinz Lautenschläger, Hildegard Bibrack: Taschenbuch der Chemie, 9. Auflage, Verlag Harry Deutsch, Frankfurt am Main 1981, ISBN 3-87144-308-5 Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Kürzə (Xudafərin)
Kürzə (fars. كورزق‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 316 nəfər yaşayır (63 ailə).
Kufrə
Kufrə Liviyanın Kirenaika ərazisində şəhər. Xüsusilə təcrid olunmuş bir ərazidə yerləşir, yalnız Saxara səhrasının ortasında olduğu üçün deyil, həm də üç tərəfdən çöllərin şərq-qərb quru nəqliyyatında keçidini üstün edən depressiyalarla əhatə olunduğu üçündür. Müstəmləkəçi italyanlar üçün bu, İtaliyanın Şərqi Afrikasına şimal-cənub hava yolunda bir stansiya kimi də vacib idi. Bu amillər, Kufrənin Liviyanın cənub-şərqi Kirenaika bölgəsinə hakim olması ilə birlikdə, vahidin strateji əhəmiyyətini və II Dünya Müharibəsi əsnasında qarşıdurma nöqtəsi olduğunu vurğuladı.
Kufə
Kufə, (Ərəbcə: الكوفة əl Kufə) — İraqda şəhər, Bağdadın 170 km cənubunda, Nəcəfin 10 km şimal-şərqində yerləşir. Fərat çayı kənarındadır. 2003-cü il məlumatına görə əhalisi 110.000 nəfərdir. Əli bin Əbu Talib dönəmində xilafətin mərkəzi idi. Paytaxt olduğu müddətdə mədəni təbəqəsi və müasir dövrdə Şiə Müsəlmanlardan ibarət idi. Nəcəf və Kufə şəhərləri bir-birlərinə çox yaxındırlar və bu səbəbdən onları iki ayrı şəhər hesablamaq olmur. Muxtar Seqefinin İmam Hüseyn İbn Əli uğrunda qaldırdığı üsyan bu şəhərdə olub.
Kupe
Kupe, 2 və ya 4 oturacaqlı, 2 qapılı, 2 və ya 4 yan şüşələri olan üstü bağlı olan sərnişin daşımaq üçün nəzərdə tutulmuş olan avtomobil kuzası növüdür. 4 qapılı kupe (məsələn, mercedes cls350) nəqliyyat vasitələrində olduğu kimi, buradakı tərif də, tam deyil və ya səhvdir. İki nəfərlik olub bir arxa oturacağı olanlar klub kupe adlandırılmışdır. Avtomobil qısaltmaları kupeni daxili həcmi 934 litrdən daha az olan avtomobillər üçün tanıdığı halda, fransızlar sərnişin salonunun bir şüşə arakəsmə vasitəsilə sürücü bölməsindən ayrılaraq, maşının sürücüsünün açıqda, sərnişinlərinin isə qapalı məkanda hərəkət etdiyi ilk nəqliyyat vasitələrinə coupe chauffeur adını vermişdilər. Ümumiyyətlə, dörd oturacaqlı iki qapılı, arxa oturacaq yerləri sabit tavanlı, qabaqdakı oturacaq yerlərinin üstü açıla bilən maşınlar da coupe de ville ya da town coupe olaraq adlandırılmışdır. Renault və Bugatti bu addan Panel Brougham nəqliyyat vasitələri üçün istifadə etmişdirlər. Brougham, motorlu nəqliyyat vasitələrinin erkən mərhələlərində iki və ya dörd nəfərlik qapalı bir avtomobili təsvir etmək üçün istifadə edilmişdir. Belə avtomobillərin kəskin xətləri və hamar səthləri olanlarına isə Panel Brougham deyilmişdir. İki qapılı, sürücünün yanındakı oturacağın yığıla bilindiyi maşınlar isə Opera kupe olaraq adlandırılır.
Kurd
Kürd — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kürd kəndi mərkəzdən 25 km. cənub-qərbdə, Ərəş düzündə-dir. Torpağı dəmyə ərazilərdən sayılır və spesifik məhsullar əkilir. Əsasən üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar, işığı fasiləsizdir. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidə yerləşir.
Kureş
Kureş Tuva Respublikasının ənənəvi güləşidir. Sibirin cənubunda yayılmışdır. Sözün Tuva ilə qardaş olan, yəni eyni olan türk dilləri ilə əlaqələri var, məsələn, bu idman türklərin yağlı güləşi və tatarların koraşı ilə eynidir. (hamısı qədim türk dilindən alınmışdır).
Kurp
Kurp (Kabard.-çərk. КурпI, Oset. Куырыпп) - Terekin sağ qolu olub Şimali Osetiya və Kabardina-Balkariyada çaydır . Uzunluğu 50 km, hövzəsi 337 km²-dir. Ən böyük qolu Joronka çayıdır (sağ, 21 km). Çay Şimali Osetiyanın Kirov rayonunda, Sunja silsiləsinin şimal yamacındakı ən yüksək zirvəsi Zamankul dağından (926 m) 7,5 km şimal-şərqdə , buynuzlu -fıstıq meşələrdə yaranır.Razdzoq kəndi mənbədən 6,5 km cənubda yerləşir. Əvvəlcə cərəyanın ümumi istiqaməti şimal-qərbə yönəlir. Yuxarıda dağ meşələri arasında axır və düzənliyə çıxır.Çay Kusova kəndindən aşağıda, Kabardina-Balkariyanın Terek rayonundadır. İnarkoy kəndi yaxınlığında çay sol qolu olan Suxoy Kurpa (12 km) qovuşur və bundan sonra şimal-şərqə dönür. Aşağı Kurp kəndi yaxınlığında, Aşağı Malqobek kəndindən şərqə doğru kənara çıxaraq, bu andan başlayaraq şimala axanadək ən böyük özəyi olan Joronka çayı ilə qovuşur.
Kurse
Kurse (fr. Courçais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03088. 2008-ci ildə əhalinin sayı 294 nəfər təşkil edirdi. 2007-ci ildə 186 yaşda olan (15–64 yaş arasında) 147 nəfər iqtisadi cəhətdən, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,0%, 1999-cu ildə 71,0%). Fəal olan 147 nəfərdən 133 nəfər (82 kişi və 51 qadın), 14 nəfər işsiz (2 kişi və 12 qadın) idi. 39 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kurt
Kurt — ad. Kurt Hödel — Avstriya əsilli Amerikan Kurt Sprengel — alman botaniki, həkim və filoloq. Kurt Kobeyn — musiqiçi, bəstəkar. Kurt Kalleya — Maltalı müğənni. Kurt Marti — İsveçrəli teoloq və şair.
Kuzə
Kuzə və ya Sənək— mayenin saxlanması üçün qulpu və lüləyi olan uzunsov qab. Çaydana oxşasa da ondan hündürdür. Kuzəni müxtəlif materiallardan, ilk növbədə gildən, şüşə və plastikadan düzəldirlər.
Püre
Püre (fr. purée) — bişirilmiş, əzilmiş, qarışdırıcıdan və ya süzgəcdən keçirilmiş, xəmir və ya qatılaşdırılmış halda olan, əsasən meyvə, tərəvəz və ya paxlalı bitkilərdən hazırlanan yemək. Müəyyən ərzaqların püresinin xüsusi adları olur; məsələn, alma püresi və ya humus. Termin fransız mənşəlidir, qədim fransız dilində (XIII əsr) təmizlənmiş və ya rafinadlaşdırılmış deməkdir. Püre digər yeməklərlə, məsələn, ağır şorbalar, kremlər və souslar ilə bənzər tərkibə malikdir, baxmayaraq ki, bu terminlər daha mürəkkəb reseptlər və bişirmə proseslərini ifadə edir. Kuli də ona oxşar olsa da, daha geniş termindir və daha çox meyvə püreleri üçün istifadə olunur. Püre termini ümumən un məhsullarından hazırlanan xəmir yeməklərinə (məsələn, lapa və müsli) və ya yağlı fındıq əzməsinə (məsələn, fıstıq əzməsi) münasibətdə istifadə edilmir. "Xəmir" termini çox zaman qida kimi qəbul edilməkdən çox inqrediyent kimi istifadə üçün nəzərdə tutulmuş pürelər üçün işlədilir. Pürelər qarışdırıcı və ya kartofəzən vasitəsilə, eləcə də yeməyi süzgəcdən keçirtməklə və ya sadəcə qazanda əzməklə hazırlana bilər. Püre, dadını və görünüşünü yaxşılaşdırmaq, toksik maddələrdən təmizləmək və/və ya tərkibindəki suyun miqdarını azaltmaq məqsədilə, əzilməzdən əvvəl və ya sonra bişirilməlidir.
Surə
Surə - müsəlmanların müqəddəs kitabı olan Quranın bölmələri. Quranda 114 surə var. Surələr ayələrə bölünür. Ən böyük surə əl-Bəqərə surəsidir.
Turə
Turə — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Zaliyan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,167 nəfər və 571 ailədən ibarət idi.
Vure
Vure (fr. Vourey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38566. Kommunanın 1999-cu il üçün əhalisi 1548 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 181 ilə 402 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 22 km şimal-qərbdə yerləşir.
Kurm
Kurm (fr. Courmes) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Valbonn kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Le-Bar-sür-Lu kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 15,71 km², əhalisi — 93 nəfərdir (2006) artım tendensiyası ilə: 106 nəfər (2012), əhalinin sıxlığı 6,7 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 98 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 106 nəfər.