Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Böyük şor
Böyükşor — Azərbaycan Respublikasının Bakı şəhərinin Nərimanov rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Böyükşor gölünün yaxınlığındadır. Adını eyniadlı göldən almışdır. Nardar Bayramlı. "Nərimanov rayonu Böyükşor qəsəbəsində seçicilərlə görüş keçirilib". "Yeni Azərbaycan" qəzeti (az.). yeniazerbaycan.com. 04-12-2009. İstifadə tarixi: 2014-07-09.
Dağlıq Şor
Dağlıq Şor (rus. Горная Шория, şor. Tağlığ Şor), Kemerovo vilayətinin cənubunda Altay, Sayan və Aba-Tura Aladağı (Alatau) qovuşan yerdə dağlar və meşələrdən ibarət (Tayğa) bölgə. Məşrut olaraq, bölgəni Altay Dağ sisteminə salmaq olar. Şoran öz adını bu yerdə tarix boyu dəmirçilik ilə məşğul olan və o işə görə Sibirdə peşəkar bilinən azsaylı bir türk xalqı Şorlardan (keçmiş adı Aba-Tura tatarları) aldı.
Hovard Şor
Hovard Lesli Şor (ing. Howard Leslie Shore; 18 oktyabr 1946, Toronto) — kanadalı bəstəkar və dirijor, çoxsaylı Hollivud filmləri üçün musiqi müəllifidir. Rejissor Devid Kronenberqla uzunmüddətli əməkdaşlıqıynan tanınır. Piter Ceksonun çəkdiyi «Üzüklərin Hökmdarı» və "Hobbit" trilogiyalarının həmdə Conatan Demminin "Quzuların səssizliyi" filminin musiqi müəllifidir. Hovard Şor 18 oktyabr 1946-cı ildə Kanadanın Toronto şəhərində yəhudi ailəsində anadan olub. Valideynləri Bernis və Mak Şordur. 8 və ya 9 yaşında musiqini öyrənməyə başlayıb. Bostonda Berkli Musiqi Kollecini bitirib. 70-ci illərin əvvəllərində bir növ mütərəqqi hard rok oynayan "Lighthouse" qrupunun saksofonçusu idi. Qrupdan ayrıldıqdan sonra Şor illüzionist Doug Henning'in "Spellbound" şousunun musiqisini yazmışdı.
Böyük Şor gölü
Böyük Şor gölü — Abşeron gölləri içərisində ən böyük su səthi olan və gərgin ekoloji vəziyyətdə olan göldür. Böyük Şor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin Binəqədi, Sabunçu və Nərimanov rayonları sərhəddində yerləşir. Bakı Olimpiya Stadionu Böyükşor gölünün şərq sahilində yerləşir. Aparılmış müşahidələrin nəticələrinə əsasən göl akvatoriyasının açıq yerlərində dərinliklər 3,40–3,95 m, maksimal dərinlik isə 4,20 m təşkil edir. Gölün yaxın hissələrində dərinlik 0,50–1,70 m arasında dəyişir. Oval formada olan gölün uzunluğu şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənməklə 10 km-ə çatır, maksimal eni isə 1,5–2,0 km-dir. Göl şimal tərəfdən qədim Xəzərin terrasından ibarət olan maili, cənubdan isə düzbucaqlı kəsilmiş yamacla əhatə olumuşdur. Hazırda Böyük Şor gölü, bütün ətraf ərazilərdən yeraltı su axınının yönəlmiş olduğu qapalı bir hövzədir. Gölün su səthi 1300 ha, həcmi isə 45 mln kub metrdir. Böyük-şor gölünə şəhərin Binəqədi, Sabunçu və Nərimanov rayonlarının göl ətrafında salınmış və kanalizasiya sistemləri ilə təchiz olunmayan məişət, ticarət və digər obyektlərindən, fərdi evlərdən tullantı suları axıdılır.
Şor Dəniz
Urmiya gölü (az-əbcəd. اۇرمیه گؤلۆ‎) və ya Urmu gölü (az-əbcəd. اۇرمۇ گؤلۆ‎) — İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göl. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur. Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatırdı. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir.
Şor Göl
Şorgöl (Bünab) Şorgöl (Biləsuvar) Şor Göl (Salmas) Şorgöl — Ağcabədi rayonu ərazisində süni təpə. Hündürlüyü 10 m. Şorgöl — Ağcabədi rayonu ərazisində göl. Mil düzündədir; Şorgöl — Bakı şəhəri Suraxanı rayonu ərazisində göl.
Şor bulaq
Şor Bulaq (Xoy) —
Şor dili
Şor dili (şor dilində - шор тили, тадар тили) — şorların dili. Rusiyanın Kemerovo vilayətində (Taştaqol rayonu, Mıski, Mejdureşensk), Altay vilayətinin şimal dağ ətəklərində, Tom çayının sahillərində, Xakasiya və Altay Respublikasının sərhədlərində yaşayırlar. Şor dilində danışanları təxmini sayı 6 min nəfərdir (2002-ci il, siyahıyaalma). Türk dillərinin şimal-şərqi qrupunun xakass yarımqrupuna aiddir. İki dialekti var: mras və ədəbi dilin əsasını təşkil edən "zeka" dialekti (XX əsrin 20-30-cu illərində mövcud olub). Bir sıra ləhcələrə bölünən Kondoma dialekti də var. Mrass dialekti xakass, kondoma dialekti isə şimali Aştay dialektinə yaxındır. Амзоров М. П. Грамматика шорского языка. Новокузнецк, 1992. Дыренкова Н. П. Грамматика шорского языка.
Şor dərə
‎Şordərə-i Süfla (Germi) ‎Şordərə-i Ülya (Germi) Şordərə (Mərənd) Şordərəçay — Ordubad rayonu ərazisində çay. Şordərə — Abşeron yarımadasının c.-q.-ində, Güzdək qəsəbəsindən ş.-da quru çay dərəsi; Şordərə — Lerik rayonu ərazisində çay.
Şor qoğal
Şor qoğalı — Azərbaycanda milli şirniyyat növü. Xəmir: Maya 30 qr Yumurta 1 əd. Qızdırılmış süd 0,5 l Un təxminən 1 kq Yağ 250 qr İç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ. Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur. Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır.
Şor qoğalı
Şor qoğalı — Azərbaycanda milli şirniyyat növü. Xəmir: Maya 30 qr Yumurta 1 əd. Qızdırılmış süd 0,5 l Un təxminən 1 kq Yağ 250 qr İç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ. Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur. Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır.
Şor Bulaq (Xoy)
Şor Bulaq (fars. شوربلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.182 nəfər yaşayır (215 ailə).
Şor Bulaq (Çaldıran)
Şor Bulaq (fars. شوربلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (14 ailə).
Şor Göl (Salmas)
Şor Göl (fars. شورگل‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. Kənd salmasdan 18 kilometr güneydə, dağlıq ərazidə yerləşir. 2006-cı il məlumatına görə kənddə 430 nəfər yaşayır (119 ailə). Burada yaşayanlar tamamı ilə şiə inanclı Azərbaycan türklərindən ibarətdir. Şor Göllülərin arasında qurdqoyun oyunu və ayran aşı və küftə kimin yeməklərin bişirib hazırlaması çox yayğındır. Buranın yaxınlığında bir çox mineral su bulağları vardır ki onların ən önəmlisi Tamtama gölüdür.
Şor Kənd (Urmiya)
Şor Kənd (fars. شوركند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 347 nəfər yaşayır (89 ailə).
Şor bulaq (Şuşa)
Şor bulaq — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq 1854-cü ildə tikilmişdir. Bulağın suyu bir qədər şor olduğu üçün belə adlandırılmışdır. Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Təzəkənd-i Şor (Miyanə)
Təzəkənd-i Şor (fars. تازه كندشور‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Şor-i Qarakənd (Çaroymaq)
Şor-i Qarakənd (fars. شورقره كند‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (66 ailə).
Azərbaycan şorbası
Ağacvari şoran
Aşağı Şorbulaq (Puldəşt)
Aşağı Şorbulaq (fars. شوربلاغ سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 516 nəfər yaşayır (97 ailə).
Aşağı Şorca
Aşağı Şorca — Göyçə mahalında kənd. Əsrarəngiz təbiətə malik olan Şorca kəndi Şərqi göyçə silsiləsinin suayrıclarında, dəniz səviyyəsindən 2250–2400 m yüksəklikdə, orta və dik meyilli yamacda yerləşmişdir. Kəndin ərazisindən iki çay(Yellidərə çayı və Keyti çayları) axırdı. Kəndin ərazisində çoxlu sayda bulaqlar var ki, suyunun mineral tərkibinə görə dünyanın ən yaxşı içməli suları sırasına daxildir. Kəndin ərazisində tektonik və vulkanik mənşəli çoxlu sayda qayalıqlar mövcuddur ki, bunlar da təbiətə xüsusi gözəllik verir. Bu qayaların bəzilərinin nisb hündürlüyü 50 m dən çoxdur (Buğauçan qaya, Qalaçan qayası, Qara qaya, Atuçan qaya və s.). Kəndin yuxarı hissələrindən Göyçə gölünə füsunkar bir mənzərə açılır. Kəndin ərazisi əsasən alp çəmənliklərindən ibarətdir. Buna görə də kəndin ərazisində 3000 dən artıq növ çəmən bitkiləri yayılmışdır ki, bunların 200 dən çoxu qiymətli dərman bitkiləridir. Ot bitkilərindən Qafqaz bənövşəsi, Nərgiz çiçəyi, Lalə, bat-bat, kəklikotu, bağyarpağı, Boymadərən, pişikotu, xoruzgülü, xanımotu, alp dişəsi, qantəpər, əvəlik, lilpar, zəncirotu, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc, çəmənlik üçyarpaq yonca, dəvəqanqalı, alaqanqal və s.
Balıq şorbası
Balıq şorbası – Azərbaycan və Türkiyədə balıqdan hazırlanan şorba növü. Balıq şorbası reseptinə ilk dəfə 1844-cü ildə Mehmed Kamil tərəfindən yazılmış "Aşbazların sığınacağı" kitabında rast gəlinmişdir. Balıq şorbasının tərkibi balıq, limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı, soğan, pomidor, kartof, balıq suyu, cəfəri, kəklikotu, çörək kimi inqredientlərdən ibarətdir. Balıq şorbası hazırlanarkən balıq qaba yerləşdirilir və üzərində limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı əlavə olunur. Soğan, pomidor, kartof, balıq suyu qazanda bişirilir və bir müddət sonra balıq da qazana qoyulur. Cəfəri və kəklikotu kimi göyərtilər də şorbaya əlavə oluna bilər. Balığın qılcıqlarından ayrılması üçün 15-20 dəqiqə bişirilir.
Boz şoran
Boz şoran - (lat. Salsola cana C. Koch.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Gövdəsiqısa tüklərlə örtülü, 20-35 sm hündürlükdə, gümüşü –bozumtul yarımkolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1-2 mm enində, növbəli xətvari, yarımsilindrik, sərtvari, kütvari, sıx, qısa, ağımtıl-boz tüklərlə örtülü, vegatasiyanın sonunda çılpaqdır. Çiçəkaltı yarpaqlar bir qədər kiçikdir; çiçəkaltlıqları geniş, çiçəə bərabər və ya çiçəkdən bir qədər uzundur. Toxumları şaquli və ya çəpdir. Çiçəkləmə və meyvə əmələgətirmə dövrü sentyabr-noyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır.
Boz şorangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. Qafqaz. Naxçıvan düzündə adətən az və ya çox şoranlaşmış quru gilli və ya gilli-daşlı yamaclarda təbii yayılmışdır. Azərbaycanın nadir bitkisidir.VU D2. Duzlaşmış gilli-daşlı yerlərdə yayılmışdır. Arealı geniş deyildir. Hündürlüyü 20-35 sm, bozumtul rəngli, budaqlı yarımkoldur. Yaşlaşmış budaqları oduncaqlı, cavan birillik zoğları tez sınan, bozumtul-sarı, xırda tükcüklü, bəzən çılpaq və hamardır. Yarpaqları oturaq, xətvari, növbəli, yarımsilindrik, codtəhər, küt, ağımtıl-boz tükcüklərlə sıx örtülmüşdür.
Cek Şort
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Dağlı Şoran
Dağlıq Şor (rus. Горная Шория, şor. Tağlığ Şor), Kemerovo vilayətinin cənubunda Altay, Sayan və Aba-Tura Aladağı (Alatau) qovuşan yerdə dağlar və meşələrdən ibarət (Tayğa) bölgə. Məşrut olaraq, bölgəni Altay Dağ sisteminə salmaq olar. Şoran öz adını bu yerdə tarix boyu dəmirçilik ilə məşğul olan və o işə görə Sibirdə peşəkar bilinən azsaylı bir türk xalqı Şorlardan (keçmiş adı Aba-Tura tatarları) aldı.
Fo (şorba)
Fo (vyet. phở) — vyetnam mətbəxinin xörəyidir. Təqdim ediləndə mal və ya toyuq əti, gec-gec qızardılmış balıq əti ilə təqdim edilən, ərişdəli şorbadır. Bu təyam bir neçə ad daşıyır: birinci halda — fo bo (vyet. phở bò), ikinci halda — fo qa (vyet.phở gà), üçüncü halda isə — fo ka (vyet. phở cá). Şorba üçün ərişdəni əsasən düyü unundan hazır edirlər. Xörəyi reyhanın aziya növü, nanə, laym və munq tumları ilə bəzəyirlər. Xörək Hanoy ilə əlaqələndirir, orda 1920-ci ildə ilk fo restoranı açılmışdı. Fo XX əsrin əvvəllərində Vyetnamın şimal hissəsində meydana gəlmişdi.
Fransız soğan şorbası
Fransız soğan şorbası (fr. soupe à l'oignon) — bulyon soğan, pendirlə hazırlanır. Soğanlı şorba qədim zamanlardan məşhur olub. Bu yemək xüsusilə Roma erasından geniş yayılmışdır. Bu yemək xüsusilə kasıb ailələrin yeməyi olub. Buna səbəb isə soğanın ucuz olması idi. Yeməyin yeni növü Fransaya XVII yüzilliyində gəlir. Ancaq bu dövrdə onu quru çörəkdən hazırlayırdılar. Yeməyin dadı və iyi əsas soğan verir. Soğan tez bir zamanda qırmızı-qəhvəyi rəngdə olur.
Gəngiz şoranı
Kartof şorbası
Kartof şorbası (alm. Kartoffelsuppe‎) — alman və avstriya mətbəxinə məxsus, əsas inqrediyenti kartof olan ənənəvi şorba. Çox qatı olduğunda şorba kartof ayntopfu adlandırılır. Azərbaycan mətbəxində də kartof şorbası mövcuddur. Kartof şorbasının tərkibi ət suyu, kartof, soğan, yağ, un, duz, bəzən isə yumurta sarısı və süd kimi ərzaqlardan istifadə olunur. Kiçik-kiçik doğranmış soğanı yağda azca qovurulduqdan sonra unla qarışdırılır. Doğranmış kartoflar və duz əlavə edilərək bişirilir. Bişən şorbanı blender vasitəsilə püre halına gətirilir. Ayrı bir qabda hazırlanan yumurta və süd qarışığı şorbaya əlavə oluna bilər. Bir az daha qaynatdıqdan sonra kartof şorbanız servisə verilir.
Keçə şoranı
Kol şoranı
Qarağan şoranı və ya kol şoranı Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Komarov şorgiləsi
Komarov şorgiləsi (lat. Nitraria komarovii) — şorgiləkimilər fəsiləsinin şorgilə cinsinə aid bitki növü. Qafqaz, Rusiya (Aşağı Volqa), Qazaxıstan, Türkmənistan, Avstraliya, Mərkəzi Asiya, Afrika, Ərəbistan və Fələstində yayılmışdır. 1-1,4 m hündürlükdə, yarpağını tökən koldur. Yarpaqları növbəli, sadə, ətlidir. Çiçəkləri sarımtıl və ya ağdır, qısa ayaqlarda, yumşaq, qoltuq qıvrımlarda yerləşir. May ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Meyvəsi giləmeyvə, sulu, oval çəyirdəkdir. İşıqsevən bitkidir. Şorgilə növləri qumluqların təbii bərkidiciləri kimi istifadə edilə bilər.
Koypasa şoranlığı
Koypasa şoranlığı (isp. Salar de Coipasa) — şoranlıq Boliviya və Çili sərhədində, Oruro departamenti və Tarapaka vilayəti əerazisində yerləşir. 3680 metr hündürlüyə malikdir. Sahəsi 2218 km²-dir ki, bununda cəmi 25 % Çili ərazisinə düşür. Şorun qalınlığı 100 metrdir. Koypasa şoranlığı sahəsinə görə Boliviyanın Uyuni şoranlığından sonra ikincidir. Poopo gölündən qidalanan Koypasa gölü bütünlüklə Koypasa şoranlığı ilə əhsatələnmişdir. Vikianbarda Koypasa şoranlığı ilə əlaqəli mediafayllar var.
Köpək balığı üzgəclərindən şorba
Köpək balığı üzgəclərindən şorba — əsasən toy və ya ziyafətlərdə süfrəyə verilən Çin mətbəxinin yeməklərindən biri. Şorba əsrlər əvvəl Sonq xanədanında imperatorun ailəsinə və məhkəmə üzvlərinə verilən zaman ortaya çıxdı. Balıqçılıq ticarəti artdıqda şorba dünyada məşhur oldu. 2011-2013-cü illər arasında Çində istehlak 50-70 % azaldı.
Kövrək şoran
Kövrək şoran - (lat. Salsola futilis Iljin.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. Gövdəsiz, kövrək, qonur qabıqla örtülü, çılpaq, 15-20 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15–25 mm uzunluqda, 2-2,5 mm enində, yarımsilindrik, xətvari, göyümtül, kütdür. Çiçəkləri tək-tək, çiçəkaltlığı yarpaqlarının qoltuğunda sünbülvari çiçək qrupunda toplanmışdır. Qanadları tünd –qırmızı rəngdədir, aşağı üç qanadı bir qədər genişdir, böyrəkvari-dairəvi, digərləri tərs - yumurtavaridir. Tozcuq cıxıntıları lansetvaridir.
Kövrək şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Kövrək şorəngə
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sor
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir. Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir.
Bor
Bor (B) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 5-ci elementdir. Amorf bor, fərqli olan yaşıl rəngli olduğu üçün pirotekni (fişəng) sahəsində və atəşləyici olaraq raketlərdə istifadə edilir. Tennis raketlərinin, nüvə stansiyalarında istifadə edilən tənzimləyicilərin və istiliyə dayanıqlı şüşə məhsullarının istehsalında da əhəmiyyət daşıyır. Borun ən əhəmiyyətli ticarət qarışığı, izolyasiya məqsədilə şüşə lifinin və bir ağardıcı olan natrium perboratın istehsalında istifadə edilir. Digər bor birləşmələri də, borosilikat şüşələrin istehsalında istifadə edilir. Toxuculuq sahəsində əhəmiyyət daşıyan bir digər bor qarışımı isə, bor turşusudur. Elektrikə qaşı izolyatorik davranarkən, bir metalinkinə bənzər istilik keçiriciliyi göstərən boron nitrit qarışığı, eyni zamanda, qarışdırıldığı hər hansı bir maddəni almaz sərtliyinə gətirici xüsusiyyətdədir. Titan və volfram ilə birlikdə istifadəsi nəticəsində, çəkisi aşağı olur ancaq istiliyə qarşı müqavimətli ərintilər əldə edilir. Boron-10 izotopu, nüvə stansiyalarında mühitdəki neytronları sürətlə əmərək reaksiyaları ləngitmək və ya dayandırmaq üçün, nüvə radiasiyasına qarşı qalxan olaraq və neytron müəyyənləşdirici alətlərdə istifadə edilir. Yaxın zamanda artrit (oynaqların iltihabı) müalicəsində istifadə edilməyə başlanan bor birləşmələri də ümid vəd edir.
Hor
Hor (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — XIII sülaləyə aid qədim Misirdə e.ə.1732-ci ildə firon (çar) olmuşdur. Hor Misir ehramlarından şimalda III Amenemhetin ehramı yerləşən ərazidə dəfn olunmuşdur. İlk dəfə 1894 cü ildə Jak de Morqan tərəfindən kurqan qəbirdə aşkar olunmuşdur. Horun mumiyası dekorasiyasız bir sarkofaqda və onun içidəki qızıl üzlüklü taxta tabutun içərisində yerləşmişdir. Burada qədim Misirin tanrılarından olan Kanın üzəri qızıl təbəqəsi ilə işlənmiş taxtadan hazırlanmış heykəli də tapılmışdır. Hazırda bu heykəl Qahirə misirşünaslıq muzeyinin ən qizmətli eksponatı sayılır.
Lor
Lor — Lor (Sisyan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Por
Por (Ermənistan)
Qor
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur. Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır".
Sor-Sor xalçaları
Sor-Sor xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Sor Sor bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Anyer-sür-Son
Anyer-sür-Son (fr. Asnières-sur-Saône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01023. 2010-ci ildə əhalinin sayı 73 nəfər təşkil edirdi.
Kormoranş-sür-Son
Kormoranş-sür-Son (fr. Cormoranche-sur-Saône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01123. Kommuna Paris şəhərinin 350 km cənub-şərqində, Lion şəhərindən 55 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 31 km qərbdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1058 nəfər təşkil edirdi. 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 675 nəfər arasında 500 nəfər iqtisadi cəhətdən aktiv, 175 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi% 74,1, 1999-cu ildə 72,4%). 500 aktiv sakindən 461 nəfər işləyirdi (247 kişi və 214 qadın), 39 işsiz var (19 kişi və 20 qadın).
Son söz (albom)
Son söz – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 12 mahnı daxildir. Aygün Kazımovanın 2004-cü ildə "Melodiya Azərbaycan" şirkətinin logosu ilə satışa çıxardığı audio-kaset və CD formatındakı albomudur. Albomdakı "Son söz" və "Ayağıma dəyən daşlar" mahnılarına gürcüstanlı rejissor Basa Potskhishvili Gürcüstanda lentə almışdır. Aygün Kazımova albomdakı Bir söz yetər mahnısına çəkilən klipin rejissorluğunu özü etmişdir. Albomdakı Siqara mahnısına rejissor Nailə Əkbərova Türkiyədə klip çəkmişdir. Albomdakı Sevgilim, Süz mahnısına Aqil M. Quliyev klip çəkmişdir. Albomdakı Mən Aygünəm mahnısına Fuad Əlişov klip çəkmişdir. Aygün Kazımovanın albomdakı yeganə dueti olan Sevdi Ürək mahnısını meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə duet şəklində ifa etmişdir. Aygün Kazımovanın albomundakı ən son ifası Uçacaksın mahnısıdır.
Şalon-sür-Son
Şalon-sür-Son (fr. Chalon-sur-Saône [ʃa.lɔ̃.syʁ.soːn]) — Fransanın şimalında, Sona və Luara departamentimda şəhər. Sona çayı va Mərkəzi kanal sahilindədir. Metallurgiya və maşınqayırma sənayesi, metal konstruksiyalar, fotoplyonka müassisəlari, şəkər zavodu var. 2007-ci ildə əhalisi 52,260 nəfər idi. Шалон на Соне // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Musa Sor
Musa Sor (hərf. "Qırmızı Musa"), həmçinin Şeyx Mus və ya Muse Sor (kürd. Mūsē Sōr) — yezidi övliyası. Onu hava və külək rəbbi də adlandırırlar. Yezidlər ona ağciyər və revmatizm xəstəliklərinin hamisi kimi ehtiram edirlər. Adani Şeyx nəslinin bir bölməsi də onun adını daşıyır. Əbdi Rəşo Şeyx Musa Sorun yoldaşı idi. Musa Sor küləklər və hava ilə əlaqələndirilir. Küləklər taxılları samandan ayırmağa kömək edə bilsin ki, o, ovlama zamanı çağırılır. Şimali İraqın Ləliş vadisində Bəhzənə kəndində Musa Sorun adına məzar var.
Sen-Loran-sür-Son
Sen-Loran-sür-Son (fr. Saint-Laurent-sur-Saône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Son söz (film, 1981)
Film alkoqolun insan psixikasına məhvedici təsirindən, çox vaxt cinayətlə qurtaran alkoqolizmin faciəli nəticələrindən danışır. Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Operator: Şərif Şərifov Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Marat İsgəndərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Vilfranş-sür-Son (rayon)
Vilfranş-sür-Son (fr. Villefranche-sur-Saône) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Rona (departament). Suprefektura — Vilfranş-sür-Son. Rayon əhalisi 2006-cı ildə 186528 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 124 adam / km². Rayon sahəsi — 1503 km².
Şalon-sür-Son (rayon)
Şalon-sür-Son (fr. Chalon-sur-Saône) — Fransanın Burqon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sona və Luara. Suprefektura — Şalon-sür-Son. Rayon əhalisi 2006-cı ildə 196 311 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 114 nəf / km². Rayon sahəsi — 1726 km².