Məni Cəhənnəmə Sürüklə (film, 2009)
Məni cəhənnəmə sürüklə (ing. Drag Me to Hell) — Amerika istehsalı olan qorxu/triller filmidir. Sem Reiminin rejissorluq etdiyi bu film 2009-cu ildə nümayiş olunub.
Los-Ancelesdə yaşayan və bir bankda işləyən Kristin Braun öz həyatından çox məmnundur. Klayton Dalton adlı professor ən yaxın dostu olan Kristin öz həyatını yaşamaqdadır. Lakin bu sakitçilik elə də uzun çəkmir. Belə ki, bir gün Silvia Qanuş adlı yaşlı qadın müştəri banka gələrək Kristindən müəyyən şərtlər altında kredit istəyir. Kristin bu məsələnin ona aid olmadığını lakin müdir ilə danışa biləcəyini deyir. Müdür isə ona onu göndərməsini deyərək razılıq vermir. Buna bərk əsəbiləşən Silvia bunun Kristinin ucbatından olduğunu fikirləşərək ona dəhşətli cadu edir.