CƏHD

is. [ ər. ] Bir işi yerinə yetirmək və ya bir şeyi əldə etmək üçün ciddi çalışma, səy və qeyrət göstərmə.
[Vaqif:] Mirzə Əliməmməd, mənə elə gəlir ki, “cəhd çarıq yırtar!” doğru məsəldir. Çəmənzəminli.
Sübhanverdizadənin bütün cəhdləri əbəs yerə qanad çalan kor yatalaq kimi uçub getdi. S.Rəhimov.

□ Cəhd etmək – çox çalışmaq, səy və qeyrət göstərmək, cidd-cəhd etmək, can yandırmaq.
[Mehriban] nə qədər cəhd edir, cəld işləməyə çalışırdısa da, olmurdu, tez-tez çaşırdı. H.Seyidbəyli.
Hər dəfə udqunub nəfəs almağa cəhd etdikcə [Əlləzoğlu] qızarıb pörtür, nazik boğazının damarları şişib, barmaq yoğunluğunda olur. İ.Hüseynov.

// Məqsəd. Cəhdin nədir?

Синонимы

  • CƏHD cəhd bax səy
  • CƏHD çalışma — çapalama — səy
CƏHALƏTPƏRƏSTLİK
CƏHDLƏ

Значение слова в других словарях