CƏHRƏ

is.
1. Yun əyirmək üçün əl ilə işlədilən ən sadə alət.
İydə varsa, cəhrədə də var. (Məsəl).
Mahmudun evinin qabağı.
Sol tərəfdə evinin qapısı, qapının yanında bir cəhrə qoyulub. Ə.Haqverdiyev.
[Göyçək] sonra da cəhrənin böyründə oturub yun əyirməyə başladı. Ə.Vəliyev.

2. məc. Nasaz, primitiv şey haqqında.

Этимология

  • CƏHRƏ Güman edirlər ki, fars dilindən alınma sözdür, bizdə cığırcıq işlədilib (cəh­rənin çıxartdığı səslə, cırıltı ilə bağlıdır)
CƏHLKAR
CƏHRƏÇİ
OBASTAN VİKİ
Cəhrə
Cəhrə — yun, pambıq və ipək liflərdən ip əyirmək üçün alətdir. Güman edilir ki, fars dilindən alınma sözdür və mənşəyi cəhrənin çıxartdığı cırıltı səsi ilə bağlıdır. Azərbaycan xalçaçılığında bu alət əvəzedilməzdir. Yun, pambıq və ipək liflərdən eşilməklə (burulmaqla) ip əyrilir. Cəhrə bir neçə hissədən ibarətdir. Top (pərli və ya bütöv ola bilər), ön və arxa qollar, iy, döşək (ön, alt və arxa döşəklər), tağalaq və kiriş (top və iyi birləşdirən ip). Kiriş əsasən qoyun dərisindən hazırlanır.

Значение слова в других словарях

-ул-(я) вспо́мнить выре́зывание Интерне́т навига́ция о́бморочный стро́гости шипе́ние антра́ктовый браконье́рствовать еженеде́льник кардиохиру́рг провозве́стник мезгит орган autoanalyses broad-leaved Green River ground rule lacemaker Mc-Kinley wild camomile write-off обмякнуть попович