Ədəbi cərəyan
Ədəbi cərəyan - hәyatı әksetdirmә üsulları bir-birinә yaxın yazıçıların, әdәbi qrup vә mәktәblәrin yaradıcılığı üçün sәciyyәvi olan fundamental ideya-mәzmun vә estetik prinsiplәrin mәcmusunu, hәmçinin yaradıcılıq proqramının mәqsәd, mövzu, janr vә üslub uyğunluğunu ifadә edәn anlayış.
Elmi әdәbiyyatda mәktәb, metod vә yaxud üslubun sinonimi mәnasında da işlәdilir. Ayrı-ayrı tarixi dövrlәrdә vә ölkәlәrdә müxtәlif klassisizm, sentimentalizm, romantizm, realizm vә s. kimi ədəbi cərəyanlar yaranmışdır. Ədəbi cərəyan müәyyәn tarixi şәraitdә meydana gәlir vә dövrün ideoloji, ictimai-siyasi mübarizәsini әks etdirir. Fransız klassisizminin qabaqcıl nümayәndәlәri Pyer Kornel, Jan Rasin vә Nikola Bualonun faciәlәrindә vәtәnpәrvәrlik vә qәhrәmanlıq başlıca motivlәr idi. Bu motivlәr monarxiyanın möhkәmlәndirilmәsi siyasәtinә kömәk mәqsәdilә ön plana çәkilirdi.
XX əsrin әvvәllәrindә Azәrbaycan yazıçılarının bir qrupu realizm ədəbi cərəyanlarını(“mollanәsrәddinçilәr”) Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Məmməd Səid Ordubadi və başqaları, digәr qrupu isә romantizm ədəbi cərəyanlarını (“füyuzatçılar”) Əli bəy Hüseynzadə, Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq, Hüseyn Cavid, Əliabbas Müznib, Əhməd Cavad, Cəfər Cabbarlı və başqaları tәmsil edirdilәr.
XX әsrin ikinci yarısı vә XXI әsrin ilk onilliklәrindә yaranan әdәbiyyat klassik-әnәnәvi vә postmodernizm olmaqla iki qrupda ümumilәşdirilir.
Hansı ədəbi cərəyanlarına mәnsubluğundan asılı olmayaraq, tarixәn vә müasir dövrdә dә fәrqli sәnәtkarlıq platformalarının vahid mәqsәdi tәsirli, estetik dolğunluğa malik bәdii mәtnlәrin yaradılmasından ibarәt olmuşdur.