CAH-CALALLI
CAHAN
OBASTAN VİKİ
İsmayıl Calallı
İsmayıl Calallı (İsmayıl Calal oğlu Sadıqov; 24 may 1962, Xalisa, Vedi rayonu) — İnformatika terminlərinin izahlı lüğətinin müəllifi == Həyatı == 1962-ci il 24 may tarixində Vedi rayonunun Xalisa kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetində mexanika-riyaziyyat ixtisası üzrə ali təhsil alıb. Azərbaycanda avtomatlaşdırma və proqramlaşdırma üzrə bir çox layihələrin rəhbəri olub. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmi fəaliyyətlə məşğul olub. Təhsil Nazirliyinin TİMS şöbəsinin müdiri vəzifəsində çalışıb. Ümumtəhsil məktəblərinin 1–11 sinifləri üçün "İnformatika" dərsliklərinin (2006–2022) əsas müəlliflərindəndir. == Kitabları == "Azərbaycan: Kim Kimdir…" kompakt-diski — Azərbaycanda ilk multimedia soraqçası (1998) Kompüter. Bunu öyrənməyə nə var ki!… (2005, 2008, 2011) Beynəlxalq İnformatika Olimpiadaları" (2012) İnformatika terminlərinin izahlı lüğəti (ingiliscə-rusca-türkcə-azərbaycanca) (2017) "Mətnlərin mürəkkəbliyi və onun qiymətləndirilməsi yolları" monoqrafiya == Təltifləri == 2008-ci ildə Rabitə ustası fəxri adına layiq görülüb.[mənbə göstərin] 2009-cu ildə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Значение слова в других словарях