CANLI

s. 1. alive; lively; spirited; living; brisk, very active; vivacious; ~ dil a living language; ~ nitq lively speech; 2. animated; qram. ~ əşya (cisim) animated object; ~ təbiət animate nature; 3. strong; bigbodied, d.d. very strong, big, heavy, robust, muscular; ~ adam a strong man* / person, a man* of strong build; 4. (televiziya verilişi) ~ veriliş / yayım live (broadcast)

CANLANMAQ
CANSAĞLIĞI
OBASTAN VİKİ
Canlı orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Canlı sədd
Canlı sədd (ing. Human shield) — düşməninin döyüş hədəflərinə hücumun qarşısını almaq üçün, döyüş hədəfləri daxilində və ya ətrafında qeyri-döyüşçülərin qəsdən yerləşdirilməsini izah edən hərbi və siyasi termin.
Canlı Naxışlar (1987)
Canlı konsert (albom)
Canlı Tereza (film, 1939)
Canlı Tereza (it. La Vispa Tereza) — 1939-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş qısametrajlı dramatik filmdir. Canlı Tereza — Internet Movie Database saytında.
Canlı naxışlar (film, 1987)
Canlılarda qidalanma
Canlılarda qidalanma — orqanizmlərdə gedən bioloji proseslərin hər biri üçün müəyyən enerji lazımdır. Enerji isə qidalanma ilə ödənilir. Bütün canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri orqanizmin qurulmasına sərf olunur, onu böyümə və inkişaf üçün gərəkli enerji ehtiyatı ilə təchiz edir və bütövlükdə orqanizmin həyat fəaliyyətini davam etdirməsinə təminat yaradır. Qidalanma formalarına görə canlıları, əsasən, 2 qrupa ayırırlar. Bu qruplar da hər biri özlüyündə iki qrupa bölünür. Bütün canlılar kimi bitkilər də qidalanırlar. Qidalanma bitkilər üçün onların yaşamasını təmin etməklə bərabər, bitkilərin bizim həyatımız üçün vacib olan funksiyaları həyata keçirməsini də təmin edir. Yabanı bitkilər insanların iştirakı olmadan qidalanmasını təmin edir. Bəzi bitkilər, xüsusilə kənd təsərrüfatı bitkilərinin qidalanmalarını insan idarə edə bilir.
Canlılarda qıcıqlanma
Canlılarda qıcıqlanma — xarici və ya daxili baş verən dəyişikliklərə verilən cavab reaksiyasıdır. Bir orqanizmin ətrafında baş verən dəyişikliklərə cavab vermək qabiliyyəti elmi termin kimi əsəbilik olaraq bilinsə də, ancaq bu xüsusiyyəti həssaslıq olaraq da düşünə bilərik. Canlı orqanizm sağ qalmaq üçün ətraf mühitdəki dəyişikliklərə cavab verməli və uyğunlaşmağı bacarmalıdır. Küsdüm bitkisində şiddətli külək, zədələnmə, yüksək temperatur, işıq intensivliyinin dəyişməsi, yarpaqlara edilən mexaniki təsir yarpaqların ani olaraq bükülməsinə səbəb olur. Bitkinin gövdəsinə təsir etdikdə isə bu proses əksinə gedir. Yem axtaran heyvan düşməninin yaxınlaşdığını görəndə bir anlıq dayanır və sonra sürətlə qaçmağa başlayır. Küsdüm bitkisinin yarpaqlarının xarici qıcıqlara cavab verməsi, antilopun düşmənindən uzaqlaşması mexanizm qıcıqlanma adlanır. Canlıların quruluşu mürəkkəbləşdikcə qıcıqlanmalarda mürəkkəb mexanizim üzrə baş verir. Canlılar yaşamaq üçün mühit amillərinə müəyyən reaksiyalar verir və qarşılarına çıxan maneələri dəf etməyə çalışırlar. Maneələri dəf etmək qabiliyyətləri olmadıqda onlar məhv olurlar.

Значение слова в других словарях