Cız-bız

Səs təqlidi sözlər əsasında yaranmış xörək adıdır. “Cızz” sözü “ət kimi maddələrin yağda qızardılan zaman çıxardığı “səs”ə deyilir. Azərbaycan dilində “cız” sözünün “yazmaq, xətt çəkmək” mənası da vardır. “Cızbız” “qoyun quyruğu və qoyunun içalatından hazırlanan xörək” mənasında Azərbaycan dilində işlənməkdədir.
Cırdala
Cikləmə
OBASTAN VİKİ
Cız-bız
Cız-bız (qırğ. Чыз-быз) — Azərbaycan (o cümlədən, xüsusilə Güney Azərbaycanın Zəncan şəhərinə aid), Qırğızıstan və Özbəkistan mətbəxlərinə aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır. Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək Kartof Pomidor və ya Tomat pastası (istəyə görə) Bağırsaq (əgər varsa) Yağ ya da quyruq Duz, istiot. Yerkökü (istəyə görə) == Hazırlanma üsulu == Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır. Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.

Digər lüğətlərdə