CƏNİN
ananın qarnında olan doğulmamış döldür (embriondur). İslam hüququnda dölün, doğulmuş uşaq kimi bəzi hüquqları vardır. Məsələn, ona vəsiyyət edilə bilər, hətta mülkə varis belə ola bilər. Dölün öldürülməsi (abort) İslam hüququnda bəzi istisnalar olmaqla qadağandır (Quran 17: 31).