CƏNAZƏ

ruhu bədənindən ayrılan, ölmüş, ancaq torpağa tapşırılmamış insandır. Müsəlman öldükdən sonra onu qüsul aldıraraq yumaq, kəfənləmək, cənazə namazı qılmaq və torpağa tapşırmaq vacibdir. Bütün bu dini ayinləri ölmüş insanın yaxınları yerinə yetirməlidirlər. Ölənin yaxınları yoxdursa, onda bu işlərin yerinə yetirilməsi o adamın öldüyünü bilən hər bir müsəlmanın üzərinə düşür. Ölü ilə bağlı bütün vəzifələr Məhəmməd peyğəmbərin hədislərində qeyd edilmişdir. Bunları etmək hər bir müsəlmanın borcudur. Bir müsəlman ölüm ayağında olarkən o insana yaxın olan müsəlmanların onun yanında olması, ona yardım etməsi Allahın bəyəndiyi əməllərdəndir. Dünyasını dəyişmək üzrə olan insanın yanında kəlmeyişəhadət söylənilir. O da, bunu bacardıqca təkrarlamalıdır. İnsan öləndən sonra, onun ağzı və gözlərini bağlayıb, əllərini yanlarına qoymaq lazımdır. Sonra ölü kəfənlənməlidir. Ölənin bütün borcları onun malından ödənməli, malı-mülkü qalmayıbsa, onda imkanlı insanlar onun borclarının ödənilməsini öz öhdələrinə götürsələr xeyr əməl işləmiş olarlar. Hər bir insanın ölümü dərhal hamıya bildirilməlidir. Ölən insanı qüsul etdirərkən sabun, eləcə də digər təmizləyici vasitələrdən istifadə edilə bilər. Burada ətirli maddələrdən də istifadə etmək mümkündür. Ölünü yuyarkən onun övrət yerləri örtülməlidir. Ölünü yuyan (mürdəşir) bu yerləri yumaq üçün əllərinə bezdən tikilmiş parça geyinməlidir. Ölü yuyulduqdan sonra qurulanıb kəfənlənilir. Bu dində vacib hesab edilir. Cənazə üzərində ayaq üstə namaz qılınır. Bu namazda rüku və səcdə halları yoxdur. Namazın imamı ölünün qarşısında durur, müsəlmanlar isə imamın arxasında sıra ilə yer alırlar. Bu namazın qılınması vacibdir, onun yerinə yetirilməsi üçün bütün müsəlmanlar məsuldurlar. Digər din mənsubları və münafiqlərin (II) ölüləri üzərində namaz qılınmır. Sonra dəfn mərasimi başlanır. Ölünü gün batmamış torpağa tapşırmaq lazımdır. Məzarlığa onu yalnız kişilər aparmalıdırlar. Məzar dərin, eləcə də bir qədər geniş olmalıdır. Məzarın içini daş və ya kərpiclə hörmək də mümkündür.
CƏNABƏT
CƏNİN
OBASTAN VİKİ
Cənazə evi
Cənazə evi (ing. Funeral home) — Vəfat etmiş şəxsin dəfn edilməzdən əvvəl saxlanılması üçün nəzərdə tutulmuş fərdi və inzibati evlər. Cənazə evləri XIX əsrdə Amerika Birləşmiş Ştatlarında geniş yayılmışdır. XIX əsrdə cənazə evləri ölüm elanlarının hazırlanması, vəfat etmiş şəxslərin saxanılması, onlara xüsusi tibb baxımın həyata keçirilməsi və vəfat etmiş şəxs barədə müxtəlif sənədləşmə işlərinin həyata keçilməsi kimi xidmətlər göstərirdilər. Müasir dövrdə də cənazə evlərinin xidmət sahələri arasında ciddi bir dəyişiklik olmamışdır.
Şopenin Cənazə marşı
Məşhur polyak bəstəkarı, pianisti Frederik Şopenin 2-ci sonatasının üçüncü bölümünə verilən addır. Bu bölüm Lento tempində, Si bemol minor ladında yazılmışdır. Bölümün adı orjinal partiturada Marche funèbre olaraq qeyd edilir. İlk halıyla sadəcə solo piano üçün yazılan marş sonralar hərbi və simfonik orkestrlər üçün orkestrizasiya edilib. Halhazırda sonatanın tam versiyasından daha çox onun bu hissəsi məşhurdur. Melodik olaraq olduqca ağır tempdə yazılan əsər, marş tiplidir və bu səbəblə təntənəli dəfnlər zamanı o Feliks Mendelson Bartoldinin Cənazə marşı ilə birlikdə hərbi orkestr tərəfindən ifa edilir. Böyük Britaniya kraliçası II Elizabetin və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəfn mərasimində də bu əsər ifa edilmişdi.
26 Bakı komissarı cənazələrinin dəfni (film, 1920)
26 Bakı komissarı cənazələrinin dəfni filmi 1920-ci ildə Azərbaycan XMK-nın İncəsənət Şöbəsində istehsal edilmişdir. Kinosüjetdə Bakının izdihamlı küçələri, adamların çiyinlərində komissarların tabutları, Birja meydanında dəfn mərasimi və komissar Məşədi Əzizbəyovun anasının mərasimdə iştirakı təsvir olunmuşdur. == Məzmun == Kinosüjetdə Bakının izdihamlı küçələri, adamların çiyinlərində komissarların tabutları, Birja meydanında dəfn mərasimi və komissar Məşədi Əzizbəyovun anasının mərasimdə iştirakı təsvir olunmuşdur. == Filmin üzərində işləyən == Operator: Kosiçkin == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.

Digər lüğətlərdə