DÖV

1. мифическое существо, сказочный великан огромной силы, людоед, циклоп; 2. перен. исполин, человек огромного роста и силы;
DÖŞÜZƏİF
DÖVLƏT
OBASTAN VİKİ
Dövri sistemin beşinci periodu
5-ci period elementləri — beşinci periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Dövri sistemin birinci periodu
1-ci period elementləri — birinci periodda yerləşən elementlərdir. Bu periodda 2 element yerləşir: Hidrogen və Helium. == Xarici keçidlər == Bloch, D. R. Organic Chemistry Demystified. McGraw-Hill Professional. 2006. ISBN 0-07-145920-0.
Dövri sistemin dördüncü periodu
4-cü period elementləri — dördüncü periodda yerləşən elementlərdir. Bu periodda 18 element yerləşir.
Dövri sistemin ikinci periodu
2-ci period elementləri — ikinci periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Dövri sistemin səkkizinci periodu
8-ci period elementləri — yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Aktinoidlərlə birlikdə 32 element yerləşir.
Dövri sistemin yeddinci periodu
7-ci period elementləri — yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Lantanoidlərlə birlikdə 32 element yerləşir. Perioddakı elementlərin hamısı Radioaktiv elementlərdir. Periodda Yer kürəsində təbii halda ən ağır element olan Uran elementi yerləşir.
Dövri sistemin üçüncü periodu
3-cü period elementləri — üçüncü periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Dövriyyə dəqiqədə
Dəqiqədə edilən dövriyyə sayı (dövr/dəq, 1/dəq, dəq−1, həmçinin rpm [revolutions per minute]) — Dərəcə tezliyinin ölçü vahidi (sabit ox ətrafında baş verən tam dövriyyələrin sayı). Mexaniki komponentlərin fırlanma sürətini ölçmək üçün istifadə olunur. Həmçinin saniyədə dövrlər sayı istifadə olunur (simvollar: dəq/s və ya s−1). Dəqiqədəki dövrlər sayı 60-a bölünmə ilə saniyədə dövrlər sayına çevrilir. Əks dönüşüm: saniyədə dövrlər dəqiqədəki dövrlər sayına keçmək üçün 60 tərəfindən vurulur.
Dövriyyə kapitalı
Dövriyyə kapitalı — Adam Smitin klassik siyasi iqtisadiyyat konsepsiyası. Həmçinin Karl Marksın siyasi iqtisadiyyatın əsas anlayışlarından biri hesab edilir. Dövriyyə kapitalı əsas kapital kimi sahibkarlıq sahəsinin tərəqqi ilə inkişaf edən müəyyən istehsal münasibətlərini ifadə edir. Mühasibatlıq termini olan öz dövriyyə vəsaiti ilə qarışdırılmamalıdır. Öz dövriyyə kapitalı (bəzən xalis dövriyyə kapitalı) cari aktivlər ilə cari öhdəliklər arasındakı fərqdir, burada dövriyyə kapitalı istifadəsini şirkət tərəfindən həyata keçirilən obyektlərə bir reproduksiya dövrü və ya nisbətən qısa təqvim dövrü ərzində (adətən bir ildən çox olmayan) yatırılan maliyyə resurslarıdır. == İzahı == Dövriyyə kapitalı hər bir əməliyyat dövrü ərzində cari əməliyyatlara qoyulan kapitaldır. Bu, çox vaxt dövriyyə aktivləri, dövriyyə kapitalı kimi şərh olunur. Dövriyyə kapitalı yalnız bir istehsal tsiklində iştirak edərək öz dəyərini tamamilə məhsula köçürür, əsas kapital isə istehsal prosesində dəfələrlə iştirak edərək, öz dəyərini hissə-hissə məhsula köçürür. Buna görə də dövriyyə kapitalı əsas kapitala nisbətən daha tez dövr edir. Avans kapitalının ümumi məbləğində dövriyyə kapitalının payının artması ilə bütün kapitalın dövriyyə müddəti azalır.
Dövriyyə vəsaitləri
Dövrus
Dövrus — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dovruz kimi qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm də Tovruz kimi göstərilir. Toponim türk mənşəli xəzər tayfasına mənsub tavris etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 11 nəfər, 1873 - cü ildə 74 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 303 nəfər, 1904 - cü ildə 268 nəfər, 1914 - cü ildə 297 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 144 nəfər, 1931-ci ildə 171 nəfər azərbaycanlı yaşamışdır.
Dövrü(tsikl) işsizlik
Dövrü (tsikl) işsizlik — işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.
Dövrü (tsikl) işsizlik
Dövrü (tsikl) işsizlik — işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.
Dövrü alqoritm
Dövri alqoritm - hesablama prosesində tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə olunur. Dövrlər sadə və mürəkkəb olur. Sadə dövrlü alqoritmin bir dövrü olur. Əgər hər hansı bir alqoritmdə bir neçə daxili dövr iştirak edirsə, onda belə dövrlərə mürəkkəb dövr deyilir.DÖVRİ ALQORİTM BLOK SXEM ŞƏKLİNDƏDƏ OLA BİLƏR. == Mənbə == AMEA İnformasiya Texnologiyaları İnstitutu, "", tex.f.d.
Dövrün dəyirmanı (kitab)
Dövrün dəyirmanı — Musa Yaqub tərəfindən yazılmış poema və şeirlər toplusu. == Haqqında == “Dövrün dəyirmanı” adlanan kitab şairin 75 yaşı münasibətilə işıq üzü görüb. Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. Poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb. Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından sayılan istedadlı şairin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır. Kitabda şairin 19 poeması ilk dəfə olaraq cəm halında nəşr olunub. Ənənəvi kitab çapından fərqli olaraq əvvəldə poemaların sıralanması ilə başlayan yaradıcılıq məhsullarını şairin müxtəlif dövrlərdə qələmə aldığı seçmə şeirləri “Gördüm yol ayrıcında”, “Dövrün dəyirmanı”, “Sevgi sətirləri” bölümləri müşayiət edir. Kitab şairin “Açıq qoydum qapımı, ümid girsin içəri” və “Ömür yoldaşım Zöhrənin xatirəsinə” bölümləri altında yeni şeirlərlə başa çatır. “Dövrün dəyirmanı” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, bədii tərtibatçısı gənc yazar Zaur Qəriboğludur.
Dövrün tapılması
İnformatikada dövrün tapılması iterativ funksiyalar ardıcıllığında dövrün tapılması üçün alqoritmik problemdir (alqoritmdir). Sonlu S {\displaystyle S} çoxluğunun özünə uyğun gələn, hər hansı bir f {\displaystyle f} funksiyası üçün, və eyni zamanda S {\displaystyle S} çoxluğundan olan x 0 {\displaystyle x_{0}} başlanğıc nöqtəsi üçün iterativ funksiyalar ardıcıllığı aşağıdakı kimidir: x 0 , x 1 = f ( x 0 ) , x 2 = f ( x 1 ) , … , x i = f ( x i − 1 ) , … {\displaystyle x_{0},\ x_{1}=f(x_{0}),\ x_{2}=f(x_{1}),\ \dots ,\ x_{i}=f(x_{i-1}),\ \dots } Nəticə etibarilə burada funksiyanın eyni qiyməti aldığı cütlük olmalıdır, yəni elə bir i {\displaystyle i} və j {\displaystyle j} cütlüyü olmalıdır ki, x i = x j {\displaystyle x_{i}=x_{j}} şərti ödənmiş olsun. Bu baş verən andan ardıcıllıq dövri olaraq x i {\displaystyle x_{i}} və x j − 1 {\displaystyle x_{j-1}} aralığında eyni ardıcıllığı təkrarlayacaqdır. Dövrün tapılması məsələsi f {\displaystyle f} və x 0 {\displaystyle x_{0}} -a görə i {\displaystyle i} və j {\displaystyle j} qiymətlərinin tapılmasıdır. Bu məsələnin həlli üçün müxtəlif alqoritmlər mövcuddur. Məsələn, Floydun "bağa və dovşan alqoritmi" iki göstəricinin müxtəlif sürətlərlə hərəkət etdirilməsi və onlarn hansısa bir nöqtədə rastlaşmasına əsaslanır. Brentin alqoritmi isə eksponensial axtarış üsuluna əsaslanıb. Hər iki alqoritm iki göstəricidən istifadə edir. Yaddaşı daha çox istismar etməklə hesablamaları bir qədər azaldan digər müxtəlif alqoritmlər də mövcuddur. Dövrün tapılması alqoritminin tətbiqi müxtəlifdir, nümunə olaraq psevdo-təsadüfi ədədlər generatoru, kriptoqrafik həş funksiyalar, ədədi üsullar üçün alqoritmlər, kompüter proqramlarında və konfiqurasiyalarında sonsuz dövrlərin tapılması və s.
Dövrə şəhristanı
Dövrə şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sarab Dövrə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 44,146 nəfər və 9,722 ailədən ibarət idi.
Dövrəli su təchizatı sistemi
Dövrəli su təchizatı sistemi — Sudan qənaətlə istifadə etmək üçün yaradılır. Suyu soyutduqdan, təmizlədikdən sonra yenidən istehsalata verirlər, su mənbəyindən (anbar, kanal) isə suyu ancaq su itkilərini tamamlamaq üçün götürürlər.
Dövrəxaraba
Dövrəxaraba - İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı == Tarixi və toponimi == Mənbədə Dovratəpə kimidir. XIX əsrin ortalarında kənddə ermənilər də yerləşdirilmişdir. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılar və ermənilər idi. XIX əsrin 30-cu illərində azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır . Kənd yaxınlıqdakı "Dövrətəpə" adlı yerdə xarabalığın adı ilə adlanmışdır.
Dövtəpə
Döyüşən çarlıqlar (dövr)
Döyüşən çarlıqlar (çin. ənən. 戰國時代, sadə. 战国时代, pinyin: Zhànguó Shídài, hərfi mənası: "Çjanqo şisay") — Qədim Çın tarixində e.ə. V əsrdən başlayaraq Çinin birləşdirilməsinə qədər - e.ə. 221-ci ilə dək olan bir dövrdür. Bu dövrdə Şərqi Çjou ondan sonra gələn Çuntsyu, Çjou sülalələri hakimiyyətdə olmuşdurlar. Tsin imperiyasının yaranması ilə Döyüşən çarlıqlar düvrü sona çatmış olur. Bu dövr haqqında ilk məlumatlar “Döyüşən çarlıqların strategiyası” (çin. ənən.
Dünya dövlətlərinin siyahısı
Bu siyahıda aşağıdakı tiplərə bölünən 244 ölkə və ərazi var: 195 dövlət – Beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət: 193 dövlət – Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər. 2 dövlət – beynəlxalq səviyyədə tanınan, lakin BMT üzvü olmayan (BMT-nin daimi müşahidəçisi): Müqəddəs Taxt-Tac tərəfindən idarə olunan – Vatikan Şəhər Dövləti və Fələstin Dövləti 8 dövlət – beynəlxalq səviyyədə tanınmamış, lakin heç biri BMT-nin üzvü olmayan, Montevideo Razılaşması presedentinə əsaslanan adi beynəlxalq hüquq çərçivəsində dövlətlər kimi müəyyən edilə bilən: 1 dövlət – 1971-ci ildən sonra BMT üzvü olmayan, BMT-yə üzv 22 dövlət və Vatikan tərəfindən tanınan və hal-hazırda bir çox başqa ölkələrlə faktiki beynəlxalq münasibətləri olan Çin Respublikası (adətən Tayvan adlandırılır). 1 dövlət – BMT-yə üzv 46 dövlət tərəfindən tanınan, lakin BMT tərəfindən tanınmayan, ərazisinin çox hissəsi Mərakeşin faktiki idarəsi altında olan, Qərbi Səhrada yerləşən – Səhravi Ərəb Demokratik Respublikası. 1 dövlət – BMT üzvü olan 43 dövlət və Çin Respublikası tərəfindən tanınan – Kosovo Respublikası. 1 dövlət – BMT üzvü olan 6 dövlət tərəfindən tanınan – Abxaziya. 1 dövlət – BMT üzvü olan 5 dövlət tərəfindən tanınan – Cənubi Osetiya. 1 dövlət – diplomatik olaraq Türkiyədən başqa BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan – Şimali Kipr Türk Respublikası. 2 dövlət – faktiki müstəqil, lakin BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan:Prednestroviya və Somalilend. 38 məskunlaşdırılmış asılı ərazi: 3 xarici ərazi – Avstraliyanın xarici əraziləri: Milad adası, Kokos adaları və Norfolk adası. 2 xarici ölkə – Danimarka Birləşmiş Krallığında: Farer Adaları və Qrenlandiya adası.
Dünyəvi dövlət
Dünyəvi dövlət — dinin dövlət idarəetməsindən uzaqlaşdırılması nəticəsində yaranmış dövlətdir. Bu kimi ölkələrdə dövlət orqanlarının qərarları dini əsaslı ola bilməz. Buna baxmayaraq, dünyəvi dövlətin qanunvericiliyi tam və ya qismən dini normalara uyğunlaşa bilər. "Dünyəvilik" dini baxış və onun qanuniliyinə qarşı çıxmaqla yox, bunlardan azad olmaqla müəyyən edilir və seçilir. Məsələn, dünyəvi dövlətlərdə əhalinin dindar hissəsinin rahatlığına və ya ümumi say çoxluğuna görə (və ya digər bu kimi səbəblərə görə) hər hansı dini bayram istirahət günü və ya dövlət bayramı elan edilə bilər. Hər bir insan hər hansı dünyəvi dövlətdə dini institutlara müraciət etmədən yaşaya biləcəyinə arxalana bilər. Məsələn, ailə qurduqda müəyyən dini inanc və adətlərdən istifadə etməmək və sair bu kimi hallar. Dünyəvi dövlətdə bütün dini inanclar və onların daşıyıcıları qanun qarşısında bərabərdirlər. Hazırda Avropa ənənələrinə malik bütün ölkələr, Cənub-Şərqi Asiya və Afrikanın bir sıra ölkələri, həmçinin Şimali və Cənubi Amerikanın əksər dövlətləri dünyəvidir. Lakin bir çox müsəlman ölkələri tam dünyəvi deyil.
E-dövlət
Elektron hökumət və ya e-hökumət — bir ölkədə və ya regionda vətəndaşlara və digər şəxslərə dövlət xidmətləri göstərmək üçün kompüterlər və internet kimi texnoloji kommunikasiya cihazlarından istifadə edilməsi. Elektron hökumət vətəndaşların hökumətə birbaşa və daha rahat çıxışı, hökumətin vətəndaşlara birbaşa xidmətlərinin göstərilməsi üçün yeni imkanlar təklif edir. Bu termin vətəndaşlar ilə onların hökuməti (C2G), hökumətlər ilə digər dövlət qurumları (G2G), hökumət ilə vətəndaşlar arasında (G2C), hökumət ilə işçilər arasında (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. Elektron hökumətin çatdırılması modelləri bu kateqoriyalara bölünə bilər: Bu qarşılıqlı əlaqələr vətəndaşların hökumətin bütün səviyyələri (şəhər, ştat/vilayət, milli və beynəlxalq) ilə ünsiyyət qurmasından, vətəndaşların informasiya və kommunikasiya texnologiyalarından (İKT; kompüterlər və veb-saytlar kimi) istifadə etməklə idarəetməyə cəlb edilməsini asanlaşdırmaqdan və biznes prosesinin yenidən qurulmasından (BPR) ibarətdir. Brebem və Qut 2017-ci ildə Şimali Amerikada e-hökumət alətlərinin üçüncü tərəf dizaynerlərindən mütərəqqi dəyərləri, hər yerdə iştirakı, geolokasiya və ictimaiyyətin maarifləndirilməsini əhatə edən texnologiyalarına qurduqları istifadəçi qarşılıqlı əlaqəsi idealları haqqında müsahibə götürmüşdülər. Digər təriflər texnologiyanın obyekt olduğu, e-hökuməti sadəcə vasitəçi və ya alət kimi müəyyən etdiyi, diqqəti dövlət idarəçiliyi məsələlərində xüsusi dəyişikliklərə yönəltdiyi fikrindən kənara çıxır. Hökumətin daxili transformasiyası mütəxəssis texnoloq Mauro D. Riosun əsasını qoyduğu tərifdir. O, "Elektron hökumətin tərifi axtarışında" adlı məqaləsində qeyd etmişdir: "Rəqəmsal hökumət ictimai işlərin təşkili və idarə olunmasının yeni üsuludur. Bu, idarəetmədə və təşkilat sxeminin strukturunda müsbət transformasiya proseslərini başlatmış və bu transformasiyaların asanlaşdırıcısı kimi informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və davamlı mənimsənilməsi yolu ilə, göstərilən prosedurlara və xidmətlərə əlavə dəyər qatmışdır." == Terminologiyası == Elektron hökumət e-hökumət, internet idarəçiliyi, rəqəmsal hökumət, onlayn hökumət, əlaqəli hökumət kimi də tanınır. 2014-cü ildən İƏİT hələ də rəqəmsal hökumət terminindən istifadə edir.
E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr

Digər lüğətlərdə