DÜM…

первая часть сложных прилагательных, придающая усилительное значение; см. dümağ , dümdüz
DÜLÜK
DÜMAĞ
OBASTAN VİKİ
Düm Tek Tek
Düm Tek Tek-Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Belçikada yaşayan türk müğənni Hadisə ifa edəcəkdir. == Klip == Bu il may ayında Moskvada keçiriləşəcək 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisə “Düm Tek Tek” adlı mahnısına klip çəkdirib. Klipin çəkilişi Tarkanın kliplərinin rejissoru Metin Arolata həvalə olunub. Hadisə çəkilişlərdə alovlar içində “Düm Tek Tek” mahnısını səsləndirib. Klip bəzi səbəblərə görə Türkiyənin TRT kanalında klipin yayımlanması qadağan olunmuşdur.
Aleksandr Düma
Aleksandr Düma (fr. Alexandre Dumas; 24 iyul 1802[…], Ville-Kotre[d][…] – 5 dekabr 1870[…], Pyuys[d], Dənizkənarı Sena) — tanınmış fransız yazıçısı. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. == Həyatı == Aleksandr Düma 24 iyul 1802-ci ildə Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Zənci atası Tomas-Aleksandr Davi-Düma de La Payetri ordu generalı, anası Mari-Lüzi Elizabet Labure isə keçmiş mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq bu, gənc Dümanın kitablara olan sonsuz məhəbbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır.
Aleksandr Düma (ata)

Aleksandr Düma (oğul)
Aleksandr Düma (27 iyul 1824[…] – 27 noyabr 1895[…], Marli-le-Rua[d][…]) — Fransız yazıçı. == Həyat və yaradıcılığı == Aleksandr Düma 27 iyul 1824-cü ildə Fransada dünyaya göz açmışdır. Anası Mariya Katerina Labay, atası isə məşhur fransız yazıçı Aleksandr Dümadır. Gənc yaşlarından yazıçılığa yönəldiyi üçün təhsilini yarımçıq buraxmış Düma müxtəlif şeirlər, 15-ə yaxın roman, eyni zamanda bir çox pyeslər qələmə almışdır. Onun ən tanınmış əsəri atasının kef məclislərinin birində tanıdığı Marie Duplessis adlı xanımdan təsirlənərək yazdığı La Dame aux Camelias (Kameliyalı Qadın) adlı romanıdır. 1848-ci ildə nəşr edilən əsər daha sonra yazıçı tərəfindən pyes olaraq da qələmə alınmışdır. Pyesin bir çox yerdə səhnələşdirilməsiylə Düma məşhurluq qazanmışdır. Yazıçı 1895-ci ildə, 71 yaşında vəfat etmişdir.
Dümbək
Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir. == Tarixçə == Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. == Quruluşu == Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.
Dümdümə (Ərdəbil)
Dümdümə (fars. دمدمه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (53 ailə).
Dümyat
Dümyat (ərəb. دمياط‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 206.664 nəfərdir (2006).
Fransua Ribado Düma
Fransua Ribado Düma (fr. François Ribadeau Dumas; 14 iyun, 1904 – 27 dekabr, 1998) — fransız yazıçı, tarixçi və publisist. == Həyatı == Fransua Ribado Düma 14 iyun 1904-cü ildə Nöyi-sür-Sendə anadan olmuşdur. Gizli ezoterik elmlərlə üzrə mütəxəssis. O, rəsmi Paris-Rive Qaşe bələdçi-direktoru və Qastronomiya Mətbuat Assosiasiyasının (l'Association de la presse gastronomique) qurucu üzvü olmuşdur. Parisin 7-ci dairəsinin (Saint-Tomas-d'Aquin) müşaviri və Senanın baş müşaviri idi. Fransua Ribado Düma 27 dekabr 1998-ci ildə vəfat etmişdir. == Əsərləri == Histoire de Saint-Germain-des-Prés (1959); Hitler et la sorcellerie (1975). (Azərbaycanca tərcüməsi: Hitler: insan, yoxsa şeytan? Bakı: TEAS-Press, 2021); Spiritualité de la magie (1995); Grandeur et misère des Jésuites (1994); La Magie chez les Jésuites (1989); La Lumière et l'illumination (1984).
Şarl Cozef Bartelemi, Baron Dümort
Şarl Jozef Bartelemi Dümortye — Belçika bitaniki, təbiətşünası və siyasi xadimi, Belçika parlamentinin nümayəndələr palatasının üzvü, Belçikanın Dövlət naziri. Şarl Jozef Bartelemi Dümortye əvvəlcə Belçikanın florasını öyrənmiş, sonra isə onurğalı və onurğasız heyvanların tədqiqi ilə məşğul olmuşdur. Dümortyenin çoxsaylı elmi işlərində bitkilərin sistematikası və anatomiyasına, bağırsaqboşluqluların anatomiyası və fiziologiyası, molyuskların embriologiyası, insanabənzər meymunlarla delfinlərin müqayisəli anatomiyası yer almışdır. 1832-ci ildə ilk dəfə olaraq yosun hüceyrələrinin bölünməsini təsvir etmişdir. Commentationes botanicae. Observations botaniques. Imprimerie de C. Casterman-Dieu, Tournay, 1823 Observations sur les graminées de la flore de Belgique. J. Casterman aîné, Tournay, 1823 Analyse des familles des plantes, avec l’indication des principaux genres qui s’y rattachent. J. Casterman aîné, Tournay, 1829 Lettres sur le manifeste du Roi et les griefs de la nation, par Belgicus. J. Casterman aîné, Tournay, 1830 Sylloge Jungermannidearum Europae indigenarum, earum genera et species systematice complectens.
Şarl Dümulen
Şarl Dümulen (fr. Charles Dumoulin; lat. Carolus Molinaeus; 1500, Paris – 28 dekabr 1566, Paris, Fransa) — fransız hüquqşünas.
Şarl Jozef Bartelemi Dümortye
Şarl Jozef Bartelemi Dümortye — Belçika bitaniki, təbiətşünası və siyasi xadimi, Belçika parlamentinin nümayəndələr palatasının üzvü, Belçikanın Dövlət naziri. Şarl Jozef Bartelemi Dümortye əvvəlcə Belçikanın florasını öyrənmiş, sonra isə onurğalı və onurğasız heyvanların tədqiqi ilə məşğul olmuşdur. Dümortyenin çoxsaylı elmi işlərində bitkilərin sistematikası və anatomiyasına, bağırsaqboşluqluların anatomiyası və fiziologiyası, molyuskların embriologiyası, insanabənzər meymunlarla delfinlərin müqayisəli anatomiyası yer almışdır. 1832-ci ildə ilk dəfə olaraq yosun hüceyrələrinin bölünməsini təsvir etmişdir. Commentationes botanicae. Observations botaniques. Imprimerie de C. Casterman-Dieu, Tournay, 1823 Observations sur les graminées de la flore de Belgique. J. Casterman aîné, Tournay, 1823 Analyse des familles des plantes, avec l’indication des principaux genres qui s’y rattachent. J. Casterman aîné, Tournay, 1829 Lettres sur le manifeste du Roi et les griefs de la nation, par Belgicus. J. Casterman aîné, Tournay, 1830 Sylloge Jungermannidearum Europae indigenarum, earum genera et species systematice complectens.

Digər lüğətlərdə