Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düldül
Düldül (ərəb. دلدل‎) — Məhəmməd peyğəmbərə (s.a.a.v) Misir hakimi Mukaukis tərəfindən Yağfurla birlikdə hədiyyə edilmiş bir qatır. Zil qara və ya ağ rəngdə olması nəql edilən Düldül, İslam xəlifəsi Hz Əliyə (ə.s) Məhəmməd peyğəmbər tərəfindən hədiyyə edilmişdir. Şiə alimlərinin sözlərinə görə Hz Əli Cəməl və Süffeyn döyüşlərinə onunla getmişdir. Düldülün dişi olması rəvayət edilir. Daha sonralar klasik ədəbiyyatda bir at şəklində təsvir edilmişdir. Hz Əli fars və türk klassik ədəbiyatında, dini dastanlarda əsasən Zülfüqar adlı qılıncı və Hz Məhəmmədin ona hədiyyə etdiyi atı ilə birlikdə anılır. Əslində isə o bir qatırdır. Xalq arasında Düldül güclü, qüvvətli, çevik, ağıllı kimi anlamlarla işlədilir. Azərbaycanın Şəmkir rayonu ərazisində Düldül dağının adıda buradan götürülmüşdür.
Gündüz
Gündüz — ad. Gündüz AbdullayevGündüz Abdullayev (kapitan) Gündüz Abdullayev (şəhid)Gündüz Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Gündüz Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Gündüz Abbasov — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam.
Aka Gündüz
Aka Gündüz (əsl adı Hüseyn Avni, yaxud Enis Avni; 1885, Saloniki, Osmanlı imperiyası – 7 noyabr 1958, Ankara) — Türkiyə yazıçısı. Aka Gündüz 1886-cı ildə hərbçi ailəsində anadan olmuşdur. 1908-ci il "Gənc türklər" inqilabının iştirakçısıdır. == Yaradıcılığı == "Dikmen ulduzu" (1928), "Naməlum əsgər" (1930) romanlarının müəllifidir. "Bu torpağın qızları" (1927), "Üç qızın hekayəsi" (1933), "Yaylaq qızı" (1940), " Bir qızın nağılı" (1954) və sair əsərləri qadınların, xüsusilə gənc qızların həyatına həsr edilmişdir. Bəzi romanları əsasında ("Bir sürücünün gizli dəftəri" (1928), "İki süngü arasında" (1929) film çəkilmişdir. Aka Gündüzün yaradıcılığı türk ədəbi dilinin demokratikləşdirilməsində mühüm rol oynamışdır. Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur (1931-1943). == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild. Bakı, 2009, səh.
Asım Gündüz
Asım Gündüz (türk. Asım Gündüz) (d. 1880, Kütahya – ö. 14.12.1970, İstanbul) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Kütahya Liseyini bitirdikdən sonra Kuleli Hərbi Liseyinə qəbul oldu. 1905-ci ildə Hərbi Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Mustafa Kamal, Əli Fuad və Əli İhsan ilə eyni sinifdə oxumuşdu. 1909-1911-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almış və Almaniyanın Baş Qərargahında işə başladı. == Hərbi fəaliyyəti == 27 noyabr 1911-ci ildə mayor rütbəsinə yüksəldi. Mayor rütbəsi ilə 27 noyabr 1911-ci ildə 10-cu korpusun 1-ci şöbə müdiri, 22 yanvar 1912-ci ildə qərargahın 3-cü şöbəsində, 4 iyun 1912-ci ildə müvəqqəti olaraq hərbi məktəbdə müəllim, 29 sentyabr 1912-ci ildə Balkan müharibələri əsnasında Ümumi Qərargahın Hərəkat Şöbəsinin müdirinin müavini, 22 dekabr 1913-cü ildə Hərbi Akademiyada Türk Silahlı Qüvvələrinin müəllimi olan general-mayor Veber Paşanın köməkçisi, 17 yanvar 1914-cü ildə İstehkam Qitələri və Müstahkem Mövqeyi Müfəttişliyi Qərargah başçısı, müfəttiş müavini vəzifəsinə təyin edildi.
Büğdüz boyu
Büğdüz boyu — Oğuz Xaqanın Dastanına görə Oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki irmi iki Oğuz boyundan səkkizincisi; "Büğdüz"lərdir. Oğuz türklərinin Üçoqlar qolundan bir boydur. Oğuzların müsəlmanlaşmağa başladıqları 10. əsirdən batıya köçdə önemli rol oynadılar. Daha çox Batı Anadoluya ve Orta Anadoluya gəlib yerləşdilər. Büğdüz: "Hər kəsə təvaze göstərər və xidmət edər mənasındadır. Dəclə Kürdləri bəyi olub, Həzrəti Peyğəmbərə elçi gedən (622-623 illəri arasında Mədinəyə çatan), Bogduz-Aman Xanədanı nümayəndəsi və Kürmançın iki ana qolundan olan Boğlular, Yenikənd-Yabgularından onuncu əsrdəki Şahməlikin Atabəyisi olan Quzulu, Hələb Türkmənlərindən Büğdüzler bu boydandır.
Düldül dağı
Düldül — Şəmkir rayonu ərazisində dağ. == Tarixi == Hündürlüyü 975 m. Dağın adı oradakı at ayağının izinə oxşayan dağla və həmin dağın guya Həzrət Əlinin Düldül atının izi olması inamı ilə əlaqədardır.
Dümdümə (Ərdəbil)
Dümdümə (fars. دمدمه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (53 ailə).
Dünya Düzdür
Dünya Düzdür:21-ci əsrin qısa tarixi — Tomas L.Fridmanın 2005-ci ildə nəşr edilmiş, dünyanın qloballaşmasıyla bağlı yazdığı dünyaca məşhur kitabı. Kitabın adındakı məcaz dünyanın “oyun sahəsi” olaraq görülməsi və bu oyun sahəsinin içindəki bütün “oyunçuların” bərabər imkanlara malik olmasıdır. Kitab 2006-da “yenilənmiş və genişləmiş” tirajı ilə yenidən nəşr edilmiş, 2007-də isə “daha da yenilənmiş və genişlənmiş” tirajı ilə son halını almışdır. Yazıçı kitabda 2000-ci ildə internetin sürətlə yayılması ilə qloballaşmanın “oyun sahəsini” yenidən düzləşdirdiyini, bu dönəmdə dünyanın balaca bir yer halına gəldiyini və bütün dünya əhalisinin tək bir şirkət altında birləşərək işbirliyinə getməsi müddəasını irəli sürür. Fridman bu dəyişikliklərə qarşı çıxan cəmiyyətləri tənqid edir, bütün cəmiyyətlərin qaçınılmaz bir şəkildə bu dəyişikliklərlə ayaqlaşmaq məcburiyyətində olduqlarını, əks təqdirdə, geri qalacaqlarını iddia edir. == Məzmun == Fridmana görə, qloballaşma, əslində, 3 böyük mərhələdən ibarətdir. Qloballaşma 1.0 adlanan birinci mərhələ 1492-ci il Xristofor Kolumbla başlamış, 1800-cü illərə qədər dəvam etmiş və dünyanı Böyük Ölçüdən Orta Ölçüyə endirmişdir. Bu dönəmdəki dinamik qüvvə ölkələr idi və sual bu idi “Ölkəm qlobal rəqabətin harasındadır? 1800-cü illərdən 2000-ci illərə qədərki dövr isə Qloballaşma 2.0-ı əhatə edir. Qloballaşma 2.0 dünyanı Orta Ölçüdən Kiçik Ölçüyə gətirdi.
Düşdür (Həştrud)
Düşdür (fars. دوشدور‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 176 nəfər yaşayır (28 ailə).
Gündüz (Meşkinşəhr)
Gündüz (fars. گندوز‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 116 nəfər yaşayır (25 ailə).
Gündüz Abbasov
Gündüz Şəmsəddin oğlu Abbasov (20 noyabr 1930, Bakı – 21 avqust 1995, Bakı) — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Romantik obrazların ifaçısı kimi tanınmışdır. == Həyatı == Gündüz Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlmişdir. Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi. Uşaqlıqdan sənətə həvəs göstərən Gündüz 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmişdi. Ədəbiyyat sahəsinə böyük marağı olan Gündüz Abbasovun 1950–1960-cı illərdə "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı çap olunmuşdu. Az müddət olsa da, Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri kimi vəzifələrdə çalışmışdır. Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Bundan sonra ard-arda bir neçə filmdə çəkilən aktyor çəkildiyi filmlərdə müxtəlif planlı yaddaqalan xarakterik rollarda çəkilir. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak etmişdi.
Gündüz Abbaszadə
Gündüz Balaş oğlu Abbaszadə (22 avqust 1980, Kirovabad) — Azərbaycanın idman jurnalisti, şərhçi. "Qarabağ" FK-nın mətbuat xidmətinin rəhbəri. Azərbaycanda UEFA Çempionlar liqasının ilk şərhçilərindəndir. == Həyatı == Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində "İdman" qəzeti, AzTV, ANS TV və CBC Sport-də fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə Neftçi PFK-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir.
Gündüz Abdullayev
Gündüz Abdullayev (kapitan)
Gündüz Alp
Gündüz Alp və ya Gündüzalp — Osmanlı Bəyliyinin qurucusu olan Osman Qazinin atası Ərtoğrul Qazinin soyundan olub, müxtəlif mənbələrə görə Ərtoğrul Qazinin atası və ya oğludur. Ənvərinin "Düstürnaməyi-Ənvəri" adlı əsəri və Qaramanlı Mehmet Paşaya görə Ərtoğrul Qazinin atası. Həsən bin Məhmud əl-Bəyatinin "Cam-ı Cəm-Ayin" adlı əsəri, Aşıqpaşazadənin "Aşıqpaşazadə Tarixi" adlı əsəri və Nəşrinin "Kitabı-Cihannümə" adlı əsərinə görə isə Ərtoğrul Qazinin oğlu və Osman Qazinin qardaşıdır.
Gündüz Ağayev
Gündüz Malik oğlu Ağayev (20 iyul 1981, Puşkin rayonu) — Azərbaycan rəssamı və karikaturaçısı. == Həyatı == 1981-ci il iyulun 20-də Azərbaycanın Biləsuvar rayonunda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. İlk sərgisini 2004-cü ildə keçirib. Sayca ikinci sərgisi Bakı Muzey Mərkəzində baş tutub. Gündüz Ağayevin əsərləri yalnız Azərbaycanda deyil, həmçinin Rusiya (2008), Türkiyə (2011), Fransa səfirliyinin təşkilatçılığı ilə 2012-ci ildə "Dostluq" və 2013-cü ildə Türkmənistanda beynəlxalq sərgilərdə sənətsevərlərə təqdim olunub.Rəssam kimi "Sənət Demokratiya Naminə" layihəsində də yer alıb. Azərbaycanda insan hüquqları problemlərinə və qeyri-demokratik şəraitə etiraz üslubu olaraq karikatura janrına keçib, bunun nəticəsində çoxsaylı təzyiqlərə məruz qalıb. 2014-cü ildən Azərbaycandan kənarda, Fransada yaşayır."Azadlıq Radiosu", "Meydan TV" və "AzLogos" kimi platformalar ilə əməkdaşlıq edir. "Çarli Hebdo" hücumundan sonra qeyd etmişdir ki, dini mövzularda karikaturalar hazırlamaqdan "çox qorxur" və o, Azərbaycanda oxşar hücumların asanlıqla ola biləcəyini vurğulamışdır.2023-cü ilin avqustunda Xankəndi–Laçın yolunda aksiyalardan sonra Xankəndi şəhərinə Azərbaycanın humanitar yardım göndərməyi ilə bağlı çəkdiyi karikatura qalmaqala səbəb olmuşdur. Şərhçilərə görə, o, bu karikatura ilə Azərbaycan hökümətinin və polisinin humanist olmadığını bildirmişdir.
Gündüz Cəlilov
Gündüz Ramazan oğlu Cəlilov (30 mart 1954, Zəhmət, Zəngibasar rayonu) — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri. == Həyatı == Gündüz Cəlilov 30 mart 1954-cü il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Zəngibasar rayonunun Zəhmət kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi bitirmiş, 1975-ci ildə isə Azərbaycan Neft və Kimya İnstitutundan məzun olmuşdur. İxtisasca energetik-mühəndisdir.İnstitutu bitirdikdən sonra "Azərenerjisalma" müəssisəsində mühəndis kimi çalışmağa başlamışdır. == Siyasi fəaliyyəti == Gündüz Cəlilov sovet dövründə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1983-cü ildən Azərbaycan Kommunist Partiyasının Xətai Rayon Komitəsində təlimatçı, 1985-ci ildən Neft-Mədən Maşınqayırma Zavodu Partiya Komitəsinin katibi olaraq çalışmışdır. 1988-1990-cı illərdə Xətai Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur. Gündüz Cəlilov 1990-cı ilin yanvarından 1992-ci ilin iyulunadək "Vətəndaş" Birliyinin sədri olmuşdur. Gündüz Cəlilov 9 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 706 nömrəli fərmanı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. O, 4 sentyabr 1999-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 231 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.
Gündüz Məmmədov
Gündüz Aydın oğlu Məmmədov (26 oktyabr 1974-cü ildə, Azərbaycan SSR-in Gəncə şəhərində anadan olub) — Ukrayna hüquqşünası, hüquq elmləri namizədi, dosent, Ukraynanın əməkdar hüquqşünası. 18 oktyabr 2019-cu ildən 27 iyul 2021-ci il tarixədək Ukrayna Baş prokurorunun müavini vəzifəsində çalışmışdır. == Təhsili == 1996 — “hüquqşünaslıq” ixtisası üzrə Meçnikov adına Odessa milli universitetini bitirib. 2013 — Odessa iqtisad universiteti bitirib. == Karyera == Öz əmək fəaliyyətinə 1996-cı ildə Ukrayna prokurorluğunda başlayıb. O, prokuror köməkçisi, Odessanın Primorski rayonunun prokurorluğunda təcrübə keçib, sonra rayon prokurorunun birinci müavini olub. 2012-2013 - Kiyev vilayətinin prokurorluğunda çalışıb. 2013-cü ildə Ukrayna Prokurorluğunun Milli Akademiyasının Elmi-Tədqiqat İnstitutunda cinayətkarlıqla mübarizə problemləri üzrə Tədqiqatlar Şöbəsinin baş elmi işçisi olub. 2013-cü ilin dekabrından 2014-cü ilin iyulunadək - Dnepr Ekologiya prokurorluğunun İstintaq şöbəsinin rəisi. 2014-cü ilin iyulundan - Odessa prokuroru.
Gündüz Nəsibov
Gündüz Nəsibov (Gündüz Nəsibov; d. 1967, Aslanbəyli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ — ö. 2018, Bakı, Azərbaycan) — jurnalist, Heydər Əliyev İrsini Araşdırma Mərkəzində Analitik qrupun rəhbəri. == Həyatı == Gündüz Nəsibov 1967-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub, Politexnik İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutlarını bitirib. == Fəaliyyəti == Müxtəlif qəzetlərdə redaktor olan Gündüz Nəsibov həm də bir neçə kitabın müəllifidir.
Gündüz Səfərli
Gündüz Ağəmməd oğlu Səfərli (Ağzıbir) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Ağdaş rayon Ağzıbir kənd tam orta məktəbinin bitirib. 2002-ci ildə H. Əliyev adına ali hərbi məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2007-ci ildən “N” saylı hərbi hissədə motoatıcı taqım komandiri işləyib. 2007-ci ildə xüsusi seçimlə seçilərək Xüsusi təyinatlı qüvvələrə təyinat almışdır. Fəaliyyətinə görə vaxtından qabaq kapitan hərbi rütbəsinə yüksəlmişdir. Türkiyə Respublikasında dörd gizli kəşfiyyat kursu keçib. 2016-cı ilin aprel döyüşlərində bir çox kəşfiyyat fəaliyyətlərində iştirak edib və döyüşüb. İkinci Qarabağ müharibəsini Cocuq Mərcanlı kəndinin ətrafinda vuruşaraq başlayıb və Şuşaya qədər öz bölməsi ilə irəlləyib.
Gündüz Səmədov
Gündüz Səmədov (1957, Kərkicahan – 1992, Şuşa) — Daxili xidmət leytenantı, Qarabağ müharibəsi şəhidi == Həyatı == Gündüz Hidayət oğlu Səmədov 1957-ci ildə Xankəndi şəhərinin, Kərkicahan qəsəbəsində anadan olmuşdur. Ali təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində almışdır. Gündüz Səmədov 1977-1979-cu illərdə uzaq Sverdlovsk şəhərində hərbi xidmətdə olub. 1986-cı ildən isə Şuşadakı 1 saylı həbs evində nəzarətçi, 1992-ci ilin mart ayından isə Şuşa həbs evinin rəisinin növbətçi köməkçisi vəzifəsində çalışmışdır. == Döyüşlərdə iştirakı == 1991-ci il dekabrın 28-dən sonra Kərkicahanın bir neçə dəfə ermənilərdən alınmasında Gündüzün də döyüş xidmətləri olmuşdur. Daha sonra isə Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci il may ayının 8-i Şuşa uğrunda gedən mübarizədə ermənilər həbsxana tərəfdən güclü qüvvə ilə hücuma keçir. Ağır zirehli texnikadan atılan mərmilərin qarşısını almaq çətin idi. Bütün bunlara baxmayaraq, əl qumbarası ilə ermənilərin canlı qüvvəsini məhv edən Gündüz Səmədov son anda həbsxananın qülləsinə çıxır. Bu zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına həlak olmuşdur.
Gündüz İsmayılov
Gündüz Arif oğlu İsmayılov – Azərbaycanı təmsil edən pauerliftinqçi. == Karyerası == Gündüz İsmayılov 1996-cı ildə Atlanta Paralimpiadasında mübarizə apardı. Ümumi nəticədə 170 кiloqramlıq nəticə göstərdi və X Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.Daha sonra Gündüz İsmayılov 2000-ci il Sidney Paralimpiadasında mübarizə apardı. Ümumi nəticədə 240 кiloqramlıq nəticə göstərən Gündüz İsayılov və Sidney Paralimpiadasının qızıl medalına sahib oldu. Amma Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Anti-Dopinq Komissiyası Gündüz İsmayılovdan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı olduğu məlum oldu və onun nəticələri ləğv olundu. Gündüz İsmayılov həmdə 2004-cü ildə baş tutacaq Paralimpiya Oyunlarında mübarizə aparmaqdan da məhrum edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Gündüz Arif oğlu İsmayılov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.
Gündüz Əliyev
Gündüz Etibar oğlu Əliyev (8 fevral 2002; Lerik rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Gündüz Əliyev 2002-ci il fevralın 8-də Lerik rayonunun Loda kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Gündüz Əliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Gündüz Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gündüz Əliyev sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gündüz Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Gündüz Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Gündüz Əlizadə
Gündüz Əlizadə (11 fevral 1955, Əhmədli – 9 dekabr 2017, Almaniya Federativ Respublikası) — azərbaycanlı karikatura və qrafika ustası. == Həyatı == Gündüz Əlizadə 1955-ci ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1962- ci ildə Əhmədlidə 64 nömrəli məktəbdə 1-ci sinfə getmişdir. Uşaqlıqdan şəkil çəkməyə olan böyük həvəsi onu Yuri Qaqarin adina pionerlər sarayının rəsm dərnəyinə gətirmiş, Mərhum Məsuma Ağayevanın rəhbərlik elədiyi dərnəkdə rəsm dərsi almağa baslamışdır. 1970-ci ildə 8-ci sinfi bitirmiş Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasının bedii tərtibat fakültəsinə daxil olmuş, 1974-də təhsilini uğurla basa vurmuşdur. Leninqradda Ali təhsil almaq ücün bron almış, lakin bəzi səbəblər üzündən Peterburqda təhsil almaq bas tutmamışdır. Gündüz Əlizadə 1974-cü ildə Volqaqrada hərbi xidmətə cağrilmış, orada da rəssam kimi fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə hərbi xidmətini tamamlamış Əlizadə 1977-ci ildə Mirzağa Əliyev adına incəsənət institutuna daxil olmuşdur. 1982-ci ildə ali təhsilini bitirmiş, Bakı reklam idarəsinə təyinat almışdır. === Ailəsi === Beş qardaş bir bacı olan Gündüz Əlizadə ailənin ilk övladı idi.
Osman Gündüz
Gündüz Osman Mehdi oğlu və ya Osman Qunduzov (1961, Balakən) — Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti. == Həyatı == Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. Ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökumət təşkilatının təsisçisi kimi uzun müddətdir informasiya texnologiyaları sahəsində, ölkənin milli İnternet infrastruktru haqqında araşdırmalarla məşğuldur. Osman Gündüz Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Ölkədə milli multimedia məhsulu olan "Azərbaycan panoramı" informasiya sisteminin (1997–1998), təhsildə İKT-nin tətbiqinə əsaslanan "AzTest" interaktiv tədris vəsaitinin, "AzLaws" — Azərbaycan Respublikasının qanunvericilik bazası" İnformasiya sisteminin (1999), "AzTarix"-_6 multimedia dərs vəsaitinin (2004), AzNGO İnformasiya sisteminin (2005) və digər elektron məhsulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub. 2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olub. "İnternet. Azərbaycan İnternet Resursları" (2005–2006), "Kompüter. İnformasiya texnologiyalarının əsasları" (2006), "Mobil telefonun özəllikləri.
Sündüz Babayeva
Babayeva Sündüz Hacımirzə qızı (d. 28 dekabr 1946, Dəvəçi, Pirəbədil kəndi) — Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı (1995–2007). == Həyatı == Sündüz Babayeva 1946-cı il dekabrın 28-də Dəvəçi (indiki Şabran) rayonunun Pirəbədil kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə müəllim kimi başlamış, 1990 ildən Dəvəçi Rayon XDS İcraiyyə Komitəsinin katibi, 1992-ci ildən Dəvəçi Rayon İcra Hakimiyyətində şöbə müdiri, Dəvəçi Rayonu Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, 1995–2007-ci illərdə isə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. == Mükafatları == Sündüz Babayeva "Şərəf nişanı" və "Şöhrət" ordenləri ilə təltif olunmuşdur.
Daşduz
Daşduz— Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhərində qəsəbədir. Bu dağətəyi ərazi Naxçıvan şəhərindən cənub-qərbində 12 km məsafədə yerləşir. == Etimologiya == Daşduz adının mənası qədim türk dilindən Daş (qaya, daş) və duz sözlərinin birləşməsindən yaranmışdır. Naxçıvanın Daşduz yatağı da buarada yerləşir, kəndin adı da buradan götürülmüşdür.
Kunduz
Künduz vilayəti (fars. ولایت کندز‎‎‎, puşt. کندوز ولايت) — Əfqanıstan İslam Respublikasının vilayətlərindən biri. Vilayətin sahəsi 8.040 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 900.3 min nəfər, inzibati mərkəzi Künduz şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən ibarətdir. Vilayət inzibati cəhətdən Əliabad, Ərçi, Çahardərə, İmam Sahib, Xanabad, Künduz və Qalayi Zal rayonlarına ayrılır.
Qunduz
Qunduzlar əsasən çay və göl sahillərində məskunlaşırlar. Ancaq əvvəlcə suyun axmaması üçün onu müəyyən yerdən kəsib gölcüklər yaradırlar. Bunu ona görə edirlər ki, su çoxalanda yuvalarını sel aparmasın. Gölcük tikmək üçün onlar iti dişləri ilə gəmirib ağacı yıxır, gölcüyün yan tərəflərini palçıqla suvayır, boş yerləri daşla doldururlar. Ağacın budaqlarından və yarpaqlarından isə kəsilmiş hissəsinin arxa ətrafında evciklərini tikirlər. Yuvalarına ancaq suyun altından yol qoyurlar. Qunduzlar Şimali Amerikada, Avropanın Asiyanın bəzi yerlərində yaşayırlar. Qunduzların bədəninin uzunluğu 1 metrə çatır. Çəkiləri 30-32 kq arasında dəyişir. == Qunduzların yemi == Qunduzlar bitkilərlə qidalanırlar.
Sulduz
Sulduz
Quduz
Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. == Tarixi məlumat == Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur. Fiksasiyalaşmış bu quduzluq virusu antirabik vaksinin əsasını təşkil edir. L. Paster tərəfindən bu vaksinin yaradılması tibb elminin ən böyük nailiyyəti hesab olunur.
Ulduz
Ulduz — ilk vaxtlardan bəri insan səma ilə maraqlanmış, ulduzları araşdırmaq üçün ilk ciddi addım isə, ilk teleskopu reallaşdıran İtalyan alimi Qalileo Qaliley tərəfindən atılmışdır. Göy hadisələri ilə maraqlanan elm sahəsi də "astronomiya" adı altında inkişaf etmişdir. Göy üzündə görünənlərdən də daha çox ulduz olduğu bilinməkdədir. Gözlə görülənlərin sayı, 8000 qədərdir. Şəkilləri çəkilə bilən ulduzların sayı isə 50000000000 qədərdir. Ayrıca səmada işıq verməyən ulduzlar da vardır ki, bunlar öz günəşləri olan ulduzların ətrafında dönməkdədirlər. Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisinə malik olan qaz kütlələridir. Ulduzlar kütlə, radius və işıqlıqlarına görə bir-birlərindən ciddi fərqlənirlər.
Adeh (Sulduz)
Adeh (fars. جاشيران‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (36 ailə).
Aminli (Sulduz)
Aminli (fars. امينلو‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (25 ailə).
Arena (Sulduz)
Arena (fars. ارنا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (47 ailə).
Ağabəyli (Sulduz)
Ağabəyli (fars. اقابيگلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (97 ailə).
Ağcazivə (Sulduz)
Ağcazivə (fars. اغچه زيوه‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (7 ailə).
Baçanlı (Sulduz)
Baçanlı (fars. چنلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (4 ailə).
Buyduz (Xudafərin)
Buyduz (fars. بويدوز‎) — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 25 km. cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (30 ailə).
Caşiran (Sulduz)
Caşiran (fars. جاشيران‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (58 ailə).
Dumruq (Kəleybər)
Dumruq (fars. دومريق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 186 nəfər yaşayır (40 ailə).
Dərbənd (Sulduz)
Dərbənd (fars. دربند‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (44 ailə).