Düyün, düymə, düymək sözləri kökdaşdır. Düymə “bağlama vasitəsi”dir. Yəqin ki, yuxarıdakı kəlmələrin hamısı ilmək (yəni “bağlamaq”) sözü ilə qohumdur və təhrif nəticəsində formaları dəyişdirilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Sözün əsli holland dilinə məxsusdur və dyum şəklindədir. Bu düym (2,540 sm) sözünün təhrifindən əmələ gəlmiş ölçü vahididir (dəniz mili-1852,2 m, arşın - 71,12 sm, fut - 12 düymə, verst - 1500 arşın, sajen-3 arşın kimi uzunluq, pud-16,38 kq, funt-0,40951 kq kimi çəki vahidləri də olub). Bizdə barmaq sözündən istifadə olunub (müq. et: bir barmaq kağız nədir ki...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)