Xalqın xidmətçisi (teleserial, 2015)
"Xalqın xidmətçisi" (ukr. Слуга народу, rus. Слуга народа, bəzən "Millətin xidmətçisi" kimi tərcümə olunur) — efirdə ilk dəfə 16 oktyabr 2015-ci ildə göstərilən və siyasi satira komediyası janrında çəkilən Ukrayna televiziya serialı. Serial orta məktəbdə işləyən otuz yaşlı tarix müəllimi Vasili Petroviç Qoloborodkonun (Vladimir Zelenski) hekayəsindən bəhs edir. Şagirdlərindən biri baş qəhrəmanın ədəbsiz dildə hökumət korrupsiyasına qarşı ifadələr işlətdiyi videosunu paylaşır və video ölkədə o qədər rəğbət qazanır ki, müəllim gözlənilmədən Ukraynada Prezident seçkilərində qalib gəlir.
Serialın prodüser şirkəti "Kvartal 95"-dir, hansı ki baş kişi rolunu canlandıran Vladimir Zelenski tərəfindən qurulmuşdur. Serial Ukraynanın real siyasətinə çox təsir etmişdir; 31 mart 2018-ci ildə serialla eyniadlı siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Bundan əlavə, serialda Ukrayna Prezidenti rolunu canlandıran Zelenski 21 aprel 2019-cu ildə həqiqətən Ukrayna Prezidenti seçildi.
Vasili Petroviç Qoloborodko (Vladimir Zelenski): Ukrayna prezidenti, keçmiş orta məktəb tarix müəllimi
Yuri İvanoviç Çuyko (Stanislav Boklan): Ukraynanın baş naziri
Pyotr Vassilyeviç Qoloborodko (Viktor Saraykin): Vasilinin atası
Mariya Stefanovna Qoloborodko (Nataliya Sumska): Vasilinin anası
Svetlana Petrovna Saxno (Yekaterina Kisten): Vasilinin bacısı, vergi xidmətlərinin keçmiş 1-ci müavini
Olqa Yuryevna Mişçenko (Yelena Kravets): Vasilin keçmiş həyat yoldaşı, Mərkəzi Bankın direktoru, daha sonra Baş nazir vəzifəsinə keçdi
Sergey Viktoroviç Muxin (Yevgeni Koşevoy): Xarici İşlər Naziri, keçmiş aktyor
Oksana Skovoroda (Olqa Jukovtsova); Sergey Muxinin hiper effektiv köməkçisi və işləyici
Mixail İvanoviç Sanin (Yuri Krapov): Maliyyə Naziri
İvan Andreyeviç Skorik (Aleksandr Pikalov): Müdafiə naziri, keçmiş kapitan
Mixail Aşotoviç Tasunyan (Mixail Fatalov): Ukrayna Gizli Xidmətinin (SBU) rəhbəri
Nataşa Saxno (Anna Koşmal): Vasilin qardaşı qızı
Anna Mixaylovna (Qalina Bezruk): Vasilin sevgilisi
"Xalqın xidmətçisi" Ukraynada 1+1 kanalında yayımlandı. Studiya həmçinin bütün bölümləri pulsuz olaraq "Youtube"a yerləşdirdi.