DƏM²
DƏM-DƏSGAH
OBASTAN VİKİ
Dəm çaydanı
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
"Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)" yubiley medalı
"Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı — 2020-ci ildə 174-VIQD nömrəli Qanuna əsasən təsis edilən dövlət təltifi. == Əsasnaməsi == "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalının Əsasnaməsi 06.10.2020-ci il tarixli 174-VIQD nömrəli Qanunu ilə təsdiq edilib. Qanunun tətbiqi isə Azərbaycan Prezidentinin 12 noyabr 2020-ci il tarixli 1178 nömrəli Fərmanı ilə müəyyən edilib. Maddə 1. Təltif edilən şəxslər: "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, Azərbaycanda dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər. Maddə 2. Təltif edən orqan: "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası: "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalının təsviri Azərbaycan Prezidentinin 01.10.2020-ci il tarixli 174-VIQD nömrəli Qanunu ilə təsdiq edilib.
"Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)" yubiley medalı

"Brenner" dəmir yolu
Brenner dəmir yolu (alm. Brennerbahn‎, it. Ferrovia del Brennero) — Avstriya ilə İtaliya arasında İnsbrukdan Veronaya qədər uzanan dəmir yolu xətti. Berlin-Palermo Transavropa nəqliyyat şəbəkəsinin bir hissəsidir. == Tarixi == XX əsrin ortalarında Avstriya-Macarıstan İmperiyasında Tirol və Şimali İtaliya arasındakı sürətli əlaqələri təmin etmək üçün bir dəmir yolu xətti təşkil edilir. Verona ilə Bolzano arasındakı yolun ilk hissəsi 10 iyul 1853-cü ildə Avstriyada dəmir yolları və körpülər inşasında işləyən Südbahnın qabaqcıl işçiləri tərəfindən, Avstriya inşaat mühəndisi Alois Neqrellinin başçılığı altında təsdiq edilir. 23 mart 1859-cu il Veronodan Trentoya və 16 may 1859-cu ildə Trentodan Bolzanaya yol açıldı. Tikinti işləri "k.k. Nord-und SüdTiroler Staatsbahn" şirkəti tərəfindən gerçəkləşdirilir. 1859-cu ilin əvvəlində isə şirkət Südbahnbahna dövr edilir.
"Dəmir xaç" ordeni
Dəmir xaç ordeni (alm. Eisernes Kreuz‎) — Almaniya ordusunda xidmətdə fərqlənməyə görə verilən mükafat. 10 mart 1813-cü ildə Prussiya kralı III Fridrix Vilhelm tərəfindən Almaniyanın Napoleondan azad edilməsinin şərəfinə təsis edilmişdir. Ordenin eskizi alman memarı və rəssamı Karl Fridrix Şinkel tərəfindən hazırlanmışdır. Ordenin kütləvi şəkildə verilməsi, Napoleon Bonapartla aparılan döyüşlərdən sonra baş vermişdir. 1870-ci ildə Fransa və Almaniya arasında yaşanan müharibədən sonra döyüşdə fərqlənən şəxslər Dəmir xaçla təltif olunmuşdular. Birinci dünya müharibəsi və İkinci dünya müharibəsi illərində minlərlə alman zabit və əsgəri bu mükafatla təltif olunmuşdur. Dəmir xaç sonuncu dəfə 31 dekabr 1946-cı ildə verilmişdir.
Abakan dəmir filizi yatağı
Abakan dəmir filizi yatağı — Rusiyaya bağlı Xakasiyada, Abaza şəhəri yaxınlığında yerləşən dəmir filizi yatağı. Qərbi Sayan dağlarının şimal-şərq tələlərində, Xansın antiklinalının cənub-şərq cinahında yerləşir. 1856-cı ildən tanınır və Ural dağları üzrə mütəxəssislər tərəfindən "Abakanskaya blaqodat" (Abakan lütfü) adlandırılır. Kəşfdən sonra filizlərin işlənməsi vaxtaşırı həyata keçirilmişdir. 1947–1959-cu illərdə filizlərin çıxarılması və zənginləşdirilməsi müəssisəsi olan Abakan Mədən İdarəsi tikilmişdir. Çıxarma və emal mərkəzləri Abaza, Abakan, Novokuznetsk şəhərləridir.
Abşeron dairəvi dəmir yolu
Abşeron dairəvi dəmir yolu (əvvəlki adı Bakı dairəvi xətti) və ya Bakı şəhərətrafı dəmir yolu — Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli elektrikli dəmiryolu xəttidir. Bu dəmiryolu xətti 2 hissədən ibarətdir: Bakı sərnişin — Biləcəri — Sumqayıt və Bakı sərnişin — Sabunçu — Sumqayıt. Hazırda Bakı sərnişin — Biləcəri — Sumqayıt xətti üzrə Biləcəri, Xırdalan və Sumqayıt stansiya və dayanacaqları mövcuddur. Gələcək planda Keşlə, Dərnəgül, Binəqədi və Güzdək dayanacaqlarının da inşası nəzərdə tutulub. Bakı sərnişin — Sabunçu — Sumqayıt xətti üzrə Nərimanov, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Gorədil, Novxanı və Sumqayıt stansiya və dayanacaqları mövcuddur. Gələcəkdə Nərimanov dayanacağında da qatarların dayanması nəzərdə tutulub. Bakı şəhərinin baş planına əsasən, gələcəkdə Zabrat 2 stansiyasından Maştağa Albalılıq Zağulba istiqamətində, Bakıxanov dayanacağından Suraxanı, Qala, Zirə, Hövsan istiqamətində xətlərin yenilənməsi, Yeni Suraxanı — Hava limanı istiqamətində xəttin çəkilməsi planlaşdırılıb. Bundan əlavə Bakının Baş planına əsasən 2027-ci ilədək 28 may və Biləcəri stansiyaları arasında 4 yeni dayanacağın (Dərnəgül, Binəqədi Cənub, N. Nərimanov) yaradılması, Lökbatandan 28 maya (Lökbatan, Heybat, Xocahəsən, Biləcəri, Binəqədi, Dərnəgül, Keşlə, N. Nərimanov, 28 may) şəhərətrafı qatarların hərəkəti, 2040-cı ilədək Bakı sərnişin — Keşlə — Dərnəgül — Binəqədi — Binəqədi Şərq — Binəqədi Şimal — Mehdiabad — Fatmayı xəttinin inşası planlaşdırılır. == Tarixi == Bakı və Abşeron ərazisində ilk dəmir yolu xətti olan Bakı — Sabunçu — Suraxanı xətti 1880-ci ilin yanvar ayında istifadəyə verilmişdir. 1883-cü ildən Bakı — Tiflis — Batum, 1890-cı ildən isə Biləcəri — Dərbənd magistral xəttlərinin inşası ilə dəmiryolu xətti tədricən daha şaxəli formaya malik olur.
Abşeron dəmir yolu stansiyası
Abşeron dəmir yolu stansiyası — Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşən dəmir yolu stansiyası. Bu stansiya Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasına bitişik hissədə inşa edilmişdir. Beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş bu dəmir yolu stansiyası Azərbaycan Respublikasının Prezidenti 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Abşeron" adlandırılmışdır. Eyni Sərəncamla Heybət dəmir yolu stansiyası ləğv edilmişdir.
Albaniyada dəmiryolu
Albaniyada dəmiryolu nəqliyyatı Hekurudha Shqiptarë milli dəmir yolu şirkəti tərəfindən idarə edilir. Albaniyada dəmir yolu xətti standart reylslərdən ibarətdir - 1435 mm. == Tarix == Ölkədə 1947-ci ildə ilk dəfə standart reyslərdən istifadə etməklə Durres — Pekini xətti çəkilmişdir. Bundan əvvvəl isə enisiz dəmir yolu xəttindən istifadə edilirdi. Ölkənin yalnız Monteneqro istiqamətində beynəlxalq dəmir yollarına çıxışı vardır. Dəmir ypollarının son duracağı Bajzedir. Dəmir yolu sistemi Ənvər Xocanın diktaturası dönəmində dövlət tərəfindən dəstəklənirdi. 1947-ci ildən sonra Albaniyanın Avropa standartı tətbiq edilməsi ilə ölkənin dəmir yolu şəbəkəsinin tikintisi əhəmiyyətli bir infrastruktur layihəsinə çevrildi. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra 1987-ci ilə qədər əsas şəhər və sənaye mərkəzlərini birləşdirən 677 km uzunluğunda dəmir yolu xətti inşa edilmişdir. Bu nəqliyyat növü 1990-cı ilə qədər əsas nəqliyyat vastəsi idi.
Altun Dəmirli
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Andhra Pradeş ştatında dəmiryolu qəzası (2016)
Andhra Pradeş ştatında dəmiryolu qəzası (hind. हीराखंड एक्सप्रेस ट्रेन हादसा) - Hindistanın cənub-şərq hissəsində yerləşən Andhra Pradeş ştatında 2017-ci ilin 21 yanvar tarixində yerli vaxtla saat 11:00-da baş vermiş dəmiryolu qəzası. == Arxa plan == Qəza Hindistanın Orissa və Andhra Pradeş ştatlarının sərhədində yerləşən Kuneru stansiyası yaxınlığında baş verib. Caqdalpur şəhərindən Bxubaneşvar şəhərinə hərəkət edən qatarda 600 nəfərdən çox sərnişin olub. Qatarın qəza törətməsinin əsas səbəbi kimi hərəkverici vaqonun relslərdən çıxması göstərilir. Ümumilikdə 22 vaqondan ibarət olan qatarda, lokomotiv və 8 vaqon relsdən çıxıb. Xilasedicilərin ilk qrupu hadisə baş verəndən 40 dəqiqə sonra hadisə yerinə çatıblar. İlkin məlumatlara əsasən dəmiryolu qəzası nəticəsində 41 nəfər həlak olub, 68 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Andhra Pradeş ştatında dəmiryolu qəzası (2017)

Ankara Dəmiryolu Stansiyası
Ankara Dəmiryolu Stansiyası - Türkiyə Dövlət Dəmir Yollarının Ankara şəhərində yerləşən mərkəzi dəmir yolu stansiyası. Stansiya Ankara şəhəri, Altındağ ilçəsi, Ulus mikrorayonu ərazisində yerləşir. Stansiyanın ilk binası 1892-ci ildə Anadolu dəmiryollarının bir stansiyası olaraq inşa edilmişdir. Fələstin və Mezopotamiya cəbhələrinə döyüş materialları bu stansiyadan hərəkət edən vaqonlarla təmin edilirdi. Buna görə 1914-1918-ci illər arasında Ankara stansiyasında heç bir sərnişin xidməti göstərilməmişdir. Çox az yük xidməti mövcud idi. Müharibədən sonra stansiya Britaniya hərbi nəzarəti altına girmişdir. Amma Türkiyədə başlanan qurtuluş savaşı nəticəsində ərazi ingilislərdən təmizlənmiş və Ankara yeni qurulan dövlətin paytaxtına çevrilmişdir. Türkiyə Qurtuluş savaşı sona çatmasından sonra İstanbuldan Ankaraya gedən sərnişin qatarı xidmətləri bərpa edildi. Stansiya 1 iyun 1927-ci ildə Türkiyə Respublikası Dövlət Dəmiryolları tərəfindən satın alınmışdır.
Astara-Rəşt-Qəzvin dəmiryolu
Astara-Rəşt-Qəzvin dəmiryolu — tikilməkdə olan, Rusiya, Azərbaycan və İran dəmiryollarını birləşdirəcək şimal → cənub istiqamətində beynalxalq nəqliyyat layihəsinə aid bir dəhlizdir. Bu dəmiryolu dəhlizi vasitəsilə Azərbaycan Astarası İran Astarası ilə birləşmiş olacaqdır.
Astara Dəmiryol Stansiyası
Astara Dəmiryol Stansiyası — Astara şəhərindən keçən Osmanlı-Astara Dəmiryolu & Astara-Rəşt-Qəzvin dəmiryolu xətti xətti üzərində dəmiryol stansiyası.
Azovstal dəmir-polad zavodu
Azovstal dəmir-polad zavodu və ya Azovstal Metallurgiya Kombinatı ( ukr. Mеталургійний Kомбінат Азовсталь , pronounced [ɐˌzɔu̯ˈstɑlʲ] ) ( PFTS: AZST ) Ukraynanın ən böyük polad yayma şirkətlərindən biridir. Metallurgiya zavodu 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu və Mariupolun mühasirəsi zamanı Rusiyanın bombardmanı nəticəsində demək olar ki, tamamilə məhv edilib . == Tarix == === 20-ci əsr === ==== Yaradılması ==== Azovstal 1930-cu ildə Ukrayna SSR -in ( Sovet İttifaqı ) Mariupol şəhərində Xalq Təsərrüfatı Ali Soveti Rəyasət Heyətinin ( SSRİ ) qərarı ilə yaradılmışdır və 1933-cü ildə domna sobasında ilk dəmiri söndürəndə istehsala başlamışdır. 1935-ci ilin yanvarında Azovstalda Sovet İttifaqında ilk 250 tonluq əyilmə ocaq sobasının işə salınması ilə polad istehsalına başlandı. Sovet İttifaqı rəsmiləri onun Sovet İttifaqının ən müasir zavodlarından biri olduğunu, həm işçilər, həm də onların ailələri üçün fabrikdən kənarda tikilmiş konstruksiyalar olduğunu iddia edirdilər. Nasistlərin işğalından əvvəl burada 12.000-dən çox işçi evi, məktəblər, kinoteatrlar, xəstəxana və doğum klinikası və iki park olduğu bildirilir. Fabrikdə nüvə hücumuna tab gətirmək üçün nüvə bunkerləri və tunelləri var. ==== İkinci Dünya Müharibəsi ==== İkinci Dünya Müharibəsi zamanı 1941-ci ildə faşist Almaniyası Mariupolu işğal edəndə əməliyyatlar dayandırılmalı oldu . Alman İvan Proqramının bir hissəsi olaraq (1942-1943) fabrik 1942-ci ildən etibarən sursat istehsal etmək üçün istifadə edilmişdir.
Azərbaycan Dövlət Dəmir Yolu
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878–1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
Azərbaycan Dövlət Dəmir Yolu Liseyi
Azərbaycan Dövlət Dəmir Yolu Liseyi — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ilk peşə-ixtisas təhsili müəssisəsi == Tarixi == Dövlət Dəmir Yolu Liseyinin tarixi 1923-cü ildən başlayır. Belə ki, bu təhsil ocağı həmin ildən fabrik-zavod məktəbi kimi fəaliyyətə başlamışdır. 1941-ci ildən 1 nömrəli Dəmir Yolu Peşə Məktəbi, 1955-ci ildən 4 nömrəli şəhər Texniki Peşə Məktəbi, 1969-cu ildən 2 nömrəli Orta Texniki Peşə Məktəbi, 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyi adlandırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarına əsasən 2 nömrəli Bakı Peşə Məktəbi ilə birləşdirilmiş və onların bazasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. == Fəaliyyəti == 1969-cu ildən burada şagirdlərə həm də orta təhsil verilməyə başlanılıb. 1969-cu ildən bu günə kimi liseydə "elektrovozun maşinist köməkçisi", "teplovozun maşinist köməkçisi", "dəmiryol stansiya növbətçisi", "sərnişin vaqonlarının bələdçisi", "bilet (yük) kassiri", "yük və baqaj qəbul-təhvilçisi", "metropoliten elektrik qatarlarının maşinist köməkçisi" ixtisasları üzrə 40 minə yaxın ixtisaslı kadr hazırlanıb. 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyinin nəzdində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə eyni zamanda orta ümumi təhsil məktəbinin fəaliyyət göstərməsinə icazə verilib. Ötən illər ərzində liseyin nəzdindəki orta məktəb uğurlu nəticələri ilə tanınıb. Hazırda tam orta məktəbdə 300-dən çox şagird təhsil alır. Hər il məzunların təxminən 50 faizi müxtəlif ali məktəblərə qəbul olunur.
Azərbaycan Dəmir Yolları
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878–1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti

Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü)
Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü) — Cənubi Qafqazda, xüsusilə Azərbaycan ərzisində tapılmış son tunc-erkən dəmir dövrünə aid tunc kəmərlərin tədiqi və öyrənilməsi. Azərbaycan dünyada qədim insanların məskunlaşdığı, həmçinin, qədim mədəniyyətlərin yaranıb, ətraf regionlara yayıldığı ərazilərdən biridir. Arxeoloji ədəbiyyatda Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınan son tunc-ilk dəmir dövrü Azərbaycanın qədim tarixinin öyrənilməsində xüsusi rol oynayır. Bu dövrdə cəmiyyətin həyatındakı əsaslı dəyişikiliklər, təsərrüfatın bütün sahələri — əkinçilkik, maldarlıq, metallurgiya,metalişləmə və digər sənətkarlıq sahələrinin inkişaf edərək,yüksək səviyyəyə çatmasına rəvac verdi. Azərbaycan xalqının metalişləmə sənətkarlığının inkişaf etməsində xammal ehtiyatının zənginliyi mühüm rol oynamışdır. E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Xocalı-Gədəbəy mədəniyyətinin yaradıcıları metaldan,xüsusilə tuncdan müxtəlif əşyalar, silahlar,əmək alətləri, yüksək bədii tərtibata malik bəzək və geyim aksesuarları istehsasl etmişlər ki, onlarında içərisində nadir incəsənət əsərləri sayılan tunc kəmərlər xüsusi yer tutur. Tunc kəmərlərin üzərində olan kompazisiyalar qədim Azərbaycanda yaşamış tayfaların zəngin dünyagörüşünü, estetik zövqünü, ibtidai dini təsəvvürlərini və s. özündə əks etdirir. Kəmərlərin üzərindəki təsvirlər müxtəlif heyvan, insan rəsmlərindən, döyüş, ov, təbiət səhnələrindən, həmçinin astral işarələrdən, müxtəlif həndəsi fiqur və naxışlardan ibarətdir.
Bakı-Tbilisi-Qars dəmiryolu
Bakı–Tbilisi–Qars və ya Bakı–Tiflis–Qars dəmir yolu xətti (abr. BTQ) — 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsi. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir. Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il, daha sonra 2013-cü il sonra 2015-ci il 2016, və ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib. 27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açılışı elan edildi. Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3–5 milyon ton, beşinci istismar ilində 6–8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. == Əvvəlki xətt == Poti-Tbilisi-Bakı dəmiryolunun (Cənubi Qafqaz dəmiryolu) tikintisi 1883-cü ildə başa çatdırılıb və o vaxtdan bəri Cənubi Qafqazın əsas dəmiryolu olaraq qalırdı.
Bakı-Tbilisi-Qars dəmiryolu xətti

Bakı-Tbilisi dəmiryolu
Bakı-Tbilisi dəmiryolu — Bakı ilə Tbilisi arasında 1881-ci ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin qatarları üçün istifadə edirlər. == Tarixi == İki dənizi – Xəzəri və Qara dənizi birləşdirən Bakı-Tiflis dəmir yolu açılandan sonra Bakı neft sənayesinin məhsullarını Mərkəzi Rusiya və dünya bazarlarına kütləvi surətdə çıxarmaq mümkün oldu. Azərbaycanın iqtisadi həyatının yeni meyillərini diqqətlə izləyən görkəmli marifçi-demokrat Həsən bər Zərdabi Bakı-Tiflis dəmir yolunun çəkilməsini Azərbaycanın iqtisadiyyatına neft sənayesindən sonra güclü təsir göstərən ikinci ən mühüm amil hesab edirdi. XIX əsrin axırlarına yaxın Zaqafqaziya dəmir yolunun ümumi axınında Bakı-tbilisi xəttinin payı 98% təşkil edirdi. Xətdə ən intesiv iş Bakı stansiyasında görülürdü. Təkcə 1890-cı ildə buradan qərb istiqamətində 55,2 milyon pud yük daşınmışdı, Bakı-Tiflis xəttinin yerdə qalan stansiyalarından isə cəmi 20,86 milyon pud yük yola salınmışdı. Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.
Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu
Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində, Azərbaycan Texniki Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Rabitə Kolleci və Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu birləşdirilərək onların bazasında yaradılmışdır. Bakı Rabitə Elektrotexnikumu 1931-ci ildə Bakı mərkəzi teleqrafın nəzdində fabrik-zavod təhsili bazası kimi fəaliyyətə başlamışdır. Texnikum 1990-cı ilədək keçmiş SSRİ Rabitə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1991-ci ildə SSRİ Rabitə Nazirliyinin 157 saylı əmri ilə texnikuma Azərbaycanda ilk dəfə olaraq kollec statusu verilmişdir və Bakı Rabitə Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlanmışdır. == Kollec müstəqillik illərində == Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2000-ci il tarixli fərmanı ilə kollec Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 140 saylı və Təhsil Nazirliyinin 786 saylı əmrinə müvafiq olaraq Bakı Rabitə Kollecinin bazasında Bakı Dəmir Yolu Texnikumu ilə birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır. == Bakı Dəmiryolu Texnikumunun tarixi == Bakı Dəmir Yolu Texnikumu 1933-cü ildən ZSFSR üçün peşə təhsili bazasında mütəxəssis hazırlanması üçün yaradılmışdır. 1946-cı ildən təhsil ocağı texnikum adlandırılmışdır. 1950-ci ildə Azərbaycan Dəmiryolu Zaqafqaziya Dəmir Yolundan ayrılaraq müstəqil olmuş və Dəmir Yolu Texnikumu SSRİ Yollar Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirmişdir.
Bakı Dəmir Yolu Texnikumu

Значение слова в других словарях