Təmrəyi, təmirətgə kimi formalarda qeydə alınıb. Dəmir sözü ilə bağlıdır. Dəmirlayu (dəmir kimi) şəklində olub, sonra dəmirov formasına düşüb. M.Kaşğaridə şeir var: Tekre alıb ekrelim (dairə alıb, -vurub, -dairələnək), / Attın tüşüb yükrelim (atdan düşüb yüyürək), / Aslanlayu kükrelim... Aslanlayu “aslan kimi” deməkdir. Dəmirlayu da “dəmir kimi” deməkdir. Dəmirov yanmış dəmirin üzündəki qabıqlara oxşayır. Adı da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)