DAĞÜSTÜ PLATO

/yayla/ geniş yayla daxilində yerləşən və çökək sahələrində aşınma materialları toplanan hamar səth. D.p. kənarlardan rütubətli hava axınlarının daxil olmasına mane olan yüksək dağlarla əhatələnir/ mis: Mərkəzi Pamir, İran yaylası/. Qədim qırışıq süxurların nadir çıxıntıları qalıq yüksəkliklər əmələ gətirir. нагорное плато mountain plateau
DAĞÜSTÜ DÜZƏNLİK
DAĞÜSTÜ TERRASLAR
OBASTAN VİKİ
Dağüstü
Dağüstü – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. Dağüstü oyk., mür. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) yamacındadır. Oykonim "dağ üstündə salınmış kənd" mənasında olub, kəndin yerləşdiyi coğrafi mövqeyi bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 114 nəfər əhali yaşayır.
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar. Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi.
Plato departamenti
Plato departamenti — Beninin 12 departamentindən biri. Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
Plato ştatı
Plato ştatı (ing. Plateau State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. Ştatın adı onun ərazisində yerləşən Cos dağlıq platosundan (yayladan) gəlir.
Snejnik (plato)
Snejnik (sloven. Snežnik) — Sloveniya ərazisində, Dinar öndağlığı ərazisində yerləşən, təxminən 85 km² ərazini əhatə edən geniş karst yaylası. Snejnik əsasən təbaşir və yura dövründən qalma əhəng daşlarından və yuxarı hissədə az miqdarda dolomitdən ibarətdir. Son buz dövrü zamanı səthi kəskin dəyişmişdir. Relyefi bir qayda olaraq düzdür, lakin çoxsaylı quru dərələrə, 300-ə yaxın mağaraya sahibdir. Səthi əsasən qayalıqdır. Yayla Adriatik dənizindən cəmi 28 km məsafədə olduğundan burada yağıntının miqdarı ildə 3000 millimetrə qədərdir. Qışda qarla örtülüdür. Yaylasın karst təbiətinə görə üzərində səthi su axını yoxdur. Yaylada bir keçid ilə ayrılmış iki zirvə vardsır.
Plato departamenti (Benin)
Plato departamenti — Beninin 12 departamentindən biri. Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
PLATO (kompüter sistemi)
PLATO (ing. Programmed Logic for Automatic Teaching Operations, azərb. Avtomatik Tədris Əməliyyatları üçün Proqramlaşdırılmış Məntiq‎), həmçinin Project Plato və Project PLATO — ilk ümumiləşdirilmiş kompüter dəstəkli təlimat sistemi. 1960-cı ildən başlayaraq İllinoys Universitetinin ILLIAC I kompüterində işləyirdi. 1970-ci illərin sonlarına qədər onlarla müxtəlif şəbəkəli əsas kompüterlərdə işləyən, bütün dünyada paylanmış bir neçə min qrafik terminalı dəstəkləmişdir. Forumlar, mesaj lövhələri, onlayn testlər, e-poçt, söhbət otaqları, şəkil dilləri, ani mesajlaşma, uzaqdan ekran paylaşımı və çoxnəfərli videooyunlar daxil olmaqla, çox istifadəçi hesablamalarında bir çox müasir konsepsiyalar ilk dəfə PLATO-da işlənib hazırlanmışdır. PLATO İllinoys Universiteti tərəfindən dizayn edilmiş və hazırlanmışdır. Bu dörd onillik fəaliyyəti ərzində həmin universitetin tələbələrinə, yerli məktəblərə, həbsxana məhbuslarına və digər universitetlərə kurs işləri təklif etmişdir. Kurslar latın dili, kimya, təhsil, musiqi, esperanto və ibtidai riyaziyyat da daxil olmaqla bir sıra fənlər üzrə tədris olunurdu. Sistem pedaqogika üçün faydalı olan bir sıra funksiyaları, o cümlədən mətnin üst-üstə düşən qrafikasını, açar sözlərin daxil edilməsindən asılı olaraq sərbəst mətnli cavabların kontekstli qiymətləndirilməsini və alternativ cavablara cavab vermək üçün nəzərdə tutulmuş əks əlaqəni özündə əks etdirirdi.