daban dabana zidd*

diametrically opposed диаметрально противоположный
Daban almaq (bərk qaçmaq)
daban döymək
OBASTAN VİKİ
Daban (ayaqqabı)
Baxmayaraq ki, hündür daban (dikdaban) ayaqqabılarını, adətən, qadınlar istifadə edir, lakin bəzi məkanlar və yerlər var ki, kişilər də geyinir. Kişilərin hündür daban ayaqqabı geyinməsi adəti Monqolustandan gəlib. Onlar atın belində hərəkət edərkən ayaqlarının sürüşüb üzəngidən (atın yəhəri) çıxmaması üçün hündür daban ayaqqabı geyinərmişlər. Misir qəssabları ayaqlarının kəsilən heyvanların içalatına dolaşmaması üçün hündür daban ayaqqabı geyinərdilər. Qədim Misirdə fironlar və zadəganlar səlahiyyətlərini və qüdrətini göstərmək məqsədilə mərasimlərdə hündür daban geyinirdilər. Qədim Yunanıstanda Dram Teatrında tragediya rolunu oynayan aktyor digər aktyorlardan fərqlənmək üçün platformalı çəkmə geyinərdi. Romada həm kişilər, həm qadınlar ayaqlarının küçədə gəzərkən palçığa və ya zibilə batmaması üçün kohtörn (cothurn) (altı hündür ayaqqabı) və ya hündür səndəl geyinərdilər. Yaponiyada bu ayaqqabıların adı getadı və eyni şəraitə əsaslanaraq bugünkü günlərdə də istifadə olunur. XIX əsrdə Amerikada kovboy ayaqqabılarının inkişafına başlandı və indiyədək Birləşmiş Ştatların bəzi yerlərində yenə də məşhurdur. Onun funksiyası da atlının ayaqlarının yəhərdən sürüşməməsi üçündür.
Daban (ayaqqabıda)

Daban balıq
Daban balıqları (lat. Carassius) — Volqa, Ural və Terek çaylarının deltasında yaşayan şirinsu balıqlarıdır. Daban balıqları Azərbaycanın su hövzələrində ilk dəfə 1980-cı ildən görünməyə başlamışdır. Buraya onlar Orta Asiyanın əmtəə balıqçılıq təsərrüfatlarından bitki ilə qidalanan balıq körpələrini gətirərkən təsadüfən onların arasında gətirilmiş və qısa müddətdə yerli şəraitə uyğynlaşaraq bütün Kürətrafı su hövzələrində geniş yayılmışdır.Hal-hazırda Azərbaycan sularında daban balıqlarının 2 növü yaşayır: qızılı daban balığı və gümüşü daban balığı.
Daban sümüyü
Daban sümüy (lat. calcaneus), (lat. os calcis) — ayaq daraqarxası sümüklərinin ən böyüyü olub ayağın dal və alt hissəsində boylama istiqamətdə yerləşmişdir. Bunun geriyə çıxan hissəsinə daban qabarı — lat. tuber calcanei deyilir. Daban sümüyünün üstündə aşıq sümüyü ilə birləşməyə məxsus üç oynaq səthi vardır: ön oynaq aşıq səthi — lat. facies talaris anterior (facies articularis anterior — BNA) ən kiçiyidir; orta oynaq aşıq səthi — lat. facies articularis talaris media (facies articularis media — BNA) əvvəlincidən bir az böyük olub aşıq sümüyü dayağı — lat. sustentaculum tali adlanan və içəri doğru çıxmış çıxıntı üzərində yerləşmişdir. Bu çıxıntının altında baş barmağı bükən uzun əzələnin vətərinə məxsus şırım — lat.
Hamar-Daban
Hamar-Daban (bur. Хамар дабаан) — Şərqi Sibirin cənubunda, Pribaykalın da cənubunda yerləşən dağlıq ölkə. Ərazisinin böyük qismi Rusiya Federasiyası Buryatiya Respublikası ərazisində yerləşir. Hamar-Daban — erkıən protrezoy dövrünə aid silsilələr kompleksidir. Onun uzunluğu q.rbdən şərqə 350 km, eni isə 50–60 km təşkil edir. Baykal gölünün cənubunda yerləşir. Silsilə qərbdə Zun-Suren çayının aşağı qolları ətrafından başlayaraq cənub-şərqdə Xanqarul və Snejnaya çaylarının yuxarı axarlarına qədər uzanır. Ondan şərqdə Xanqaril silsiləsi yerləşir. Buradan Snejnoy çayı sahili boyunca şimal-şərq istiqamətində uzanır. Hamar-Daban İrkutsk vilayətinin Slyudan rayonu və Buryatiyanın altı rayonunu özündə birləşdirir.
Dəmir Daban (əsər)
Dəmir daban — 1908-ci ildə Cek London tərəfindən yazılmış distopik novelladır. Cek Londonun sosialist görüşlərinin ən aydın şəkildə nümayiş olunduğu bir romandır. 25 fəsildən ibarətdir. Məşhur fizik Kanninhemin qızı olan Evis sosialist Ernest Everqardia evlənməklə müasir cəmiyyətin iqtisadi əsslarını dərindən öyrənərək, fəhlələrin ağır vəziyyətini yüngülləşdirmək üçün əri ilə birlikdə amansız sərt mübarizə aparır. O, ABŞ-dakı oliqarxların hakimiyyətini "Dəmir daban" adlandırır. Romanda 1917-ci ilin payızı Çikaqoda üsyanın yatırılması zamanı törədilən məşhur qətliamın təsviri verilir. Cek Londonun "Dəmir daban" əsəri XX əsr Amerika inqilabçısı Evis Everqardın avtobioqrafik əlyazmasıdır. Roman milli bestseller kimi 1993-cü ildən sonra məşhurlaşdı. Bu əsərin üstünlük və nöqsanları barədə məşhur yazıçı Corc Uruell əsaslı fikirlər söyləmişdir. 1945-ci ildə o, roman haqqında oçerk dərc etdirərək əsərdə nəqletmənin zəifliyini vurğulamış və romanda rast gəlinən peyğəmbərcəsinə öncəgörmələri qiymətləndirmişdir.
Dəmir daban (roman)

Gümüşü daban balıq
Gümüşü daban balıq (lat. Carassius gihelio) Terek çayının deltasında yaşayır . Volqada isə çox nadirdir. Asiyadan gətirilmiş karp körpələri ilə təsadüfən 1980-ci ildə balıq əmtəə təsərrüfatlarına düşmüşdür. Qazaxıstanın şimalındakı göllərdə 38 sm-lik və 2 kq-lıq fərdlərə də rast gəlinir. Balığın bədəninin yanları gümüşü rəngdədir, elə buna görə də həmin adı almışdır. Uzunluğu 26,5 sm, kütləsi 650 q olur. Bədəninin uzunluğu 26,5 sm-ə, kütləsi 650-q-a çatır. Çoxalmanın nadir forması - kinogene bu balıq üçün səciyyəvidir. Bu zaman dişi və erkək fərdlərin cinsi hüceyrələrinin nüvələri qovuşmur, spermatozoid rolunu isə yumurta hüceyrəsinin inkişaf üçün aktivləşdirilməsi oynayır.
Qızılı daban balığı
Qızılı daban balıq (lat. Carassius carassius) — Bədəni hündür olub qızılı rəngə çalır. Hazırda Kür ətrafında çox yayılıb və Cənubi Xəzərdə öz arealını daim genişləndirməkdədir. Sakit axan, oksigeni az olan lilli sahələrdə yaşayır. Qızılı dabanbalığı o qədər də böyük deyil. Uzunluğu 12–25 sm, kütləsi 50–400 q, bəzən 500–600 q olur. 2–4 yaşında cinsi yetişkənliyə çatır. Kürütökmə suda temperatur 17–18 °C olduqda baş verir. Məhsuldarlığı 100–450 min ədəd kürüdən ibarətdir. Kürüləri yapışqanlıdır, su bitkilərinin üzərinə yapışır.