Dadmayan dad bilməz.

The proof of the pudding is in the eating. Кто не испытал любовь, не знает что потерял.
dadlı tikə
dağ basmaq
OBASTAN VİKİ
Dad orqanı
Dad orqanına - dad tumurcuqları aiddir. İnsanda dad tumurcuqları başlıca olaraq dildə olan məməciklərdə yerləşir. Bundan başqa qırtlaq qapağında, udlağın arxa divarında və yumşaq damaqda da dad tumurcuqlarına təsadüf edilir.Həmin məməciklərdə fizioloji xassəsinə görə müxtəlif növ dad reseptorları yerləşir. Bu reseptorlardan şirin dadı dilin ucu, acı dadı dilin kökü,turş dadı dilin yanları, duzlu dadı isə dilin yanları və ucu hiss edir. Yetişkin insanın dilində orta hesabla 2000-4000 dad reseptorları olur. Dadbilmə qabiliyyətinə cavabdeh olan sensor hüceyrələr bu reseptorlarda yerləşir və demək olar ki, hər həftə yenilənirlər.Dad reseptorları suda həll olmuş maddələrin təsirindən qıcıqlanır. Deməli, dad reseptorları kimyəvi qıcıqların təsiri ilə oyanır. Reseptorlarda əmələ gəlmiş oyanma dad sinirlərinin bu və ya digər lifləri ilə beyin yarımkürələri qabığının qoxu nahiyyəsi yanındakı dad nahiyyəsinə ötürülür. Burada qidanın dadı: acı,şirin,turş və duzlu olması müəyyən edilir. İnsanın həyatında dad hissiyyatının da böyük əhəmiyyəti vardır.Yer kürəsi əhalisinin təqribən 4/1-də çox güclü inkişaf etmiş dadbilmə qabiliyyəti olur ki, bu da onların ən incə dadları -xususilə də acı dadları daha da güclü bilmələrini xarakterizə edir.
Sevimli Dad
Ola bilməz (ablom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Ola bilməz (albom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
Azərbaycan mətbəxi: Dadsonrası dad filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 2015-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. Eyni zamanda Azərbaycanın oturuşmuş kulinariya ənənələrinin ilkin yaranma və formalaşma ehtimallarına aydınlıq gətirilir. Orta əsrlər Şərq rəssamlarının miniatürləri, Avropa rəssamlarının qravüraları, tarixçi və səyahətçilərin Azərbaycan haqqında tarixi faktları, vətənimizin flora və faunasının təsviri filmdə estetik və vizual həmahənglik yaradır. Bütün bunlar isə təsdiq edir ki, Azərbaycan mətbəxi dünyada ən zəngin mətbəxlərdən biridir. Ekran əsərinin əsas ideyası təkcə Azərbaycan mətbəxinin zənginliyi deyil, onun tarixi, hətta fəlsəfəsi barədə məlumat verməkdir. Mətbəximizə aid çoxsaylı tarixi sənət nümunələrinin yer aldığı bu film tamaşaçılara xalqımızın mənəvi irsi ilə yaxından tanış olmaq imkanı yaradır. Ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün Azərbaycanın cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.