Daemons
Daisy chain
OBASTAN VİKİ
DAF
DAF Trucks NV ― yük maşınları istehsal edən Niderland markası. Şirkət ilk vaxtlar minik avtomobillər istehsal edirdi. Daha sonra isə yük maşınları istehsal olunmağa başlandı. Şirkət rəsmən 1928-ci ildə yaradılmışdır. 1993-cü ildə isə yenidən qurulmuşdur. Maddi sıxıntıları olduğundan Amerikanın Paccar şirkəti bu şirkəti özunə birləşdirmişdir. Şirkət 2013-cü ildən EURO 6 tipli yük maşınları istehsal edir.
DAF Trucks

Hilari Daf
Hilari Erhard Daff (ing. Hilary Erhard Duff) — ABŞ kinoaktrisası və müğənnisi. Sevilən aktrisa Hilari Enn Daff 1987-ci ildə sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Texas ştatında anadan olub. Hilari 6 yaşı olarkən sevdiyi rəqslə məşğul olmağa başlayıb və elə həmin ildə "Şelkunçik" baletində ilk dəfə olaraq səhnəyə çıxıb. Televiziya reklam çarxlarına çəkildikdən sonra aktyorluq sənətinə meyilliliyini anlayan Hilari "Kasper Uendini qarşılayır" filmində kiçik ifritə obrazını canlandırıb. Daha sonra isə o, "Müdavim Kelli" filmində baş rola dəvət olunub. Hilari Duff Delani və Reyleç Li ilə birgə "Əsl qadın" mini serialında iştirak edib. Daha sonra aktrisa "Soul Collector" filminə çəkilib. Bu film Duffa "İkinci planda ən yaxşı aktrisa" kateqoriyasında "Ən yaxşı gənc aktrisa" mükafatını qazandırdı. 2003-cü ildə aktrisa "Agent Kodi Benks" filmindən sonra isə "Lizzi Makquyer" serialının film versiyasına çəkilib.
Brayan Daffi
Brayan Daffi — (15 iyun 1933[…], London – 31 may 2010[…], Birləşmiş Krallıq) — ingilis fotoqraf. 1960–70-ci illər karyerasının ən parlaq illəri hesab olunur. == Uşaqlıq və gənclik illəri == Brayan Daffi 1933-cü ildə Londonda irlandiyalı bir ailədə dünyada gəlmişdir. II Dünya müharibəsində iki qardaş və bir bacısı ilə birlikdə ailəsində uzaq qalmaq məcburiyyətində qalsa da, bu ayrılıq uzun sürmür. Londonda vəziyyət pisləşdikcə bir neçə dəfə evdən ayrılmalı olmuşdur. Müharibədən sonra liberal məktəbinə getmiş, uşaqların mövcud vəziyyətlərini yaxşılaşdırmağı qarşısına məqsəd qoymuşdur. Daha sonralar Kentiş qəsəbəsindəki məktəbdə təhsil almış, burada opera, balet, məktəb ekskursiyaları kimi bir çox sosial fəaliyyət ilə məşğul olmuşdur. Bu fəaliyyətlərə digər uşaqları da cəlb etməklə onların problemlərini həll etməyə çalışmışdır. Müəllimləri Brayanın yaradıcılıq qabiliyyətini gürüb onu "Saint Martini incəsənət məktəbi"nə (Saint Martin's School of Art) yönləndirdilər. Növbəti illlərdə paltar dizaynı kursunaa getmişdir.
Daff Killiqan (personaj)
Daff Killiqan (ing. Duff Killigan) - "Kim Possibl" serialının mənfi obrazlarından biridir. Daff Killiqan ən qəzəbli şotlandiyalıdır. "Qolf üzrə təhlükəli oyunçu" ləqəbi ilə məşhurdur. Daff Killiqan əvvəllər məşhur peşəkar Qolfçu idi. Lakin oyunun qaydalarına riayət etmədiyinə görə, onu peşəkar Qolf yarışmasından qovlanmışdır. Killiqanı hətta mini-qolf meydançasında da oynamasına icazə verilmirdi. Daff Killiqan Kim Possiblın başqa rəqiblərindən nisbətən təhlükəlidir. Killiqan öz qəsrində qolf oynamağa başlayır. Onun əsas niyyəti dünyanı ələ keçirməkdir.
Daff Qordon
Lyusi Ledi Kristiana Daff Qordon (ing. Lucy, Lady Duff-Gordon; 13 iyun 1863[…], London – 20 aprel 1935[…]) - Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Daffi Dak
Daffi Dak və ya Ördək Daffi (ing. Daffy Duck) — antromorfik qara rəngli ördək, cigi film personajı. Bədəni qara, ayaq və dimdiyi narıncı rəngdədir. Boynunda ağ halqa şəkilli lələklər var. Pəltək danışığı var, danışanda tüpürcək saçır. Baqz Banni və donuz Porkidən sonra ekranda ən çox görülən üçüncü personaj hesab olunur. Cizgi filmlərdə əksər hallarda donuk Porki və Baqz Banni ilə birlikdə çəkilmişdir. İnsanlar Daffini ilk dəfə 17 aprel 1937-ci ildə yayımlanan "Donuzun ördək ovu " cizgi filmi ilə tanıdılar. Cizgi filmin rejissoru Teks Everi idi. Daffi obrazını tam 52 il boyunca Mel Blank səsləndirmişdir.
Dafna dü Morye
Dama Dafna dü Morye (ing. Daphne du Maurier; 13 may 1907[…], London – 19 aprel 1989[…]) — ingilis hekayə, roman ve tamaşa yazıçısı. Romanlarından Rebekka (əsasında çəkilən film 1941-ci ildə Ən yaxşı filmə görə Oskar mükafatını qazandı) ilə Yamayka mehmanxanası və qısa hekayələrindən Quşlar və İndi baxma başqa olmaq üzrə bir çox əsərinə film çəkilmişdir. Babası aktyor və yazıçı Corc dü Morye, atası isə aktyor Cerald dü Moryedir. Bacısı Ancela da yazıçıydı və bacısı Janna isə bir rəssam idi. Dafna dü Morye tanınmış bir aktyor olan Ser Cerald dü Morye və aktrisa Muriel Bomontun üç qız uşağından ikincisi olaraq Londonda doğuldu. Babası Şlyapa romanında Svenqali adlı qəhrəmanı yaratan yazıçı və karikaturist Corc dü Moryedir. Bu əlaqələr ona ədəbi karyera yaratmasında köməkçi oldu və dü Morye ilk əsərlərindən bəzilərini Beaumont's Bystander (azərb. Bomontun müşahidəçisi‎) jurnalında yayımlatdı. İlk romanı Sevginin ruhu 1931-ci ildə yayımlandı.
Dafne Karuana Qalizia
Dafne Anna Karuana Qalizia (malta Daphne Caruana Galizia; 26 avqust 1964, Slima[d] – 16 oktyabr 2017, Bidniya[d], Malta) — Malta jurnalisti, yazıçısı və anti-korrupsiya fəalı idi. 2017-ci ildə Qalizianın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb. Malta rəsmilərinin ehtimallarına əsasən araşdırmaçı jurnalist Qalizianın ölümünə səbəb olan partlayıcı qurğu məsafədən idarə olunub. Qalizia Malta rəsmiləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında korrupsiya əlaqələri haqqında araşdırma materialları ilə məşhurlaşmışdı. O, Maltanın Baş naziri Cozef Muskatı və onun həyat yoldaşını Azərbaycanın hakim ailəsindən olan ödənişləri gizlətmək üçün gizli offşor bank hesablarından istifadə etməsində günahlandırırdı.
Dafni-Feryhop-Foli mteropoliten statistika ərazisi
Bolduin dairəsi (ing. Baldwin County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 182.265 nəfər olmuşdur. Qraflıq mərkəzi Bey-Minett şəhəridir. Senator Avraam Bolduinin şərəfinə adlandırılmışdır.
Dafni Kin
Dafni Mariya Kin Fernendez (isp. Dafne María Keen Fernández; 4 yanvar 2005, Madrid) — Britaniya-İspaniya aktrisası. Debüt işi "The Refugees" teleserialında Ana "Ani" Kruz Oliver rolu olmuşdur.
Dafni Rouzen
Dafni Rouzen (ing. Daphne Rosen; 9 iyun 1982, Tel-Əviv) — İsrail pornoaktrisasıdır. Təl-Əvivdə anadan olan Dafni uşaqlığını ABŞ-də Massamusetdə keçirmişdir. 2005-ci ildə "Venom Digital Media" ilə müqavilə bağlayaraq porqnoqrafik janrlı filmlərdə çəkilməyə başlayır.
Dafniyalar
Subirəsi və ya dafniya (lat. Daphnia) — şaxəbığcıqlılar dəstəüstünün ibtidai xərçənglər cinsi. Ölçüsü 1–3 mm-dir. Şəffaf bədəninin səthini xitinli çanaq örtür. Ayrıcinsiyyətlidir. Dünyada 26, Azərbaycanda 13 növü və yarımnövü məlumdur. Şirin sularda yayılmışdır. Bakteriyalar, birhüceyrəli yosunlar, ibtidailər və detritlə qidalanır. Körpə balıqların qidasıdır. Balıqçılıq təsərrüfatlarında artırılır.
Daft Punk
Daft Punk — Tomas Banqalter və Gi-Manuel de Omem-Kristo tərəfindən 1993-cü ildə yaradılmış fransız elektron musiqi dueti. 1990-cı illərin sonlarına doğru Fransada haus musiqisinin inkişafı ilə əlaqədar böyük uğurlara nail oldular. Onlar elektro, haus, disko və sintipop musiqisinin elementlərini birləşdirərək özünəməxsus səslənmə üslubu yaratdılar. Daft Punk 2006-2007-ci illərdə iştirak etdiyi musiqi turundan sonra Alive 2007 adlı konsert albomunu buraxdı. 2009-cu ildə həm albom, həm də bu aboma daxil olan Harder Better Faster Stronger mahnısı Qremmi mükafatına layiq görüldü. 2013-cü ilin mayında Daft Punk özünün dördüncü studiya albomu olan Random Access Memories albomunu, bundan bir ay əvvəl isə həmin alboma daxil olan və sonradan hitə çevrilən Get Lucky mahnısını buraxdı. 26 yanvar 2014-cü ildə 56-cı Qremmi mərasimində həm mahnı, həm də albom ümumilikdə 5 nominasiyada Qremmi mükafatına layiq görüldü.
Hilari Daff
Hilari Erhard Daff (ing. Hilary Erhard Duff) — ABŞ kinoaktrisası və müğənnisi. Sevilən aktrisa Hilari Enn Daff 1987-ci ildə sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Texas ştatında anadan olub. Hilari 6 yaşı olarkən sevdiyi rəqslə məşğul olmağa başlayıb və elə həmin ildə "Şelkunçik" baletində ilk dəfə olaraq səhnəyə çıxıb. Televiziya reklam çarxlarına çəkildikdən sonra aktyorluq sənətinə meyilliliyini anlayan Hilari "Kasper Uendini qarşılayır" filmində kiçik ifritə obrazını canlandırıb. Daha sonra isə o, "Müdavim Kelli" filmində baş rola dəvət olunub. Hilari Duff Delani və Reyleç Li ilə birgə "Əsl qadın" mini serialında iştirak edib. Daha sonra aktrisa "Soul Collector" filminə çəkilib. Bu film Duffa "İkinci planda ən yaxşı aktrisa" kateqoriyasında "Ən yaxşı gənc aktrisa" mükafatını qazandırdı. 2003-cü ildə aktrisa "Agent Kodi Benks" filmindən sonra isə "Lizzi Makquyer" serialının film versiyasına çəkilib.
Março Dafçev
Março Dafçev - Bolqarıstan futbolçusu. Hücumameyilli yarımmüdafiəçi olan futbolçu 1978-ci ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olub. 185 santimetrlik boya malik oyunçu karyerasına Maritsa Plovdiv klubunda başlayıb. 1988-1996-ci illərdə bu komandanın şərəfini qoruyan yarımmüdafiəçi 2 il Sokol-Kametovo klubunda çıxış edib. 1998-2001-ci illərdə Lokomotiv Sofiya klubunda oynayan Dafçev bu komandanın forması altında 87 oyun keçirib və 16 top vurub. Yarım mövsüm ÇSKA Sofiya klubunda çıxış edən Dafçev karyerasını Yunanıstanda da davam etdirməyə imkan tapıb. Patraykos klubuna transfer olunan oyunçu bu klubun heyətində 6 oyun keçirib. Mövsümün sonunda vətəninə dönən Março Botev Plovdiv klubuna keçib. 24 oyunda meydançaya çıxan və 9 top vuran yarımmüdafiəçi 2004-cü ildə yenidən Lokomotiv Sofiya klubuna geri dönüb. O, paytaxt klubunun heyətində həmin mövsümdə 67 oyuna 14 top vurub.
Dafina Zegiri
Dafina Zegiri Nuşi (alb. Dafina Zeqiri Nushi; 1 aprel 1984, Priştina) — Avropa və bir çox yerlərdə çıxış etmiş Kosovo-Alban orkestr, kamera və xor musiqisi bəstəkarı. Dafina Zegiri 1997-2002-ci illərdə Priştinada Prenko Yakob Konservatoriyasında təhsil alıb. Priştina Universitetində Mendi Mengjiqi ilə bəstəkarlıq ixtisası üzrə təhsil alan Dafina 2007-ci ildə oranı bitirib. O, magistratura təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetində alıb və 2011-ci ildə buranı bitirib. 2009-cu ildə Zegiri "Musiqidə Kosovo Qadınları" və NEO MUSICA təşkilatını qurdu və Fondazione Adkins Chiti: Donne in Musica Beynəlxalq Şərəf Komitəsinin üzvü oldu (həmçinin YUNESKO-nun Beynəlxalq Musiqi Şurasının üzvüdür). Vokal kompozisiyalarına Paşko Vas (2001), Odiseya (2008), Atmosferlər (2005) mətni əsasında "Mənim Anam" kimi qarışıq xor üçün əsərləri də daxildir. Fərdi kompozisiyalarına messo-soprano və piano üçün Sən gəldiyin zaman (2002), mətninin Bayram Kərimiyə aid tenor və piano üçün yazdığıO Dismal Bird (2009) əsərləri də daxildir. Skopyedə təhsil aldıqdan müəyyən müddət sonra ərsəyə gətirdiyi əsərləri sırasına simfonik orkestr üçün Variasiyalar (2011), solo viola üçün Disappear (2011), skripka və orkestr üçün Memento (2010), fleyta, skripka, gitara və piano üçün Story of Mary (2010), fleyta, qoboy, soprano saksofon və violonçel üçün All In (2009) əsərləri daxildir. Dafina Zegirinin əsərləri 2011-ci ildə Makedoniya Musiqi Festivalı Günləri və 2010-cu ildə Priştinada DAM Festivallarında ifa olunub.
Dafina Zekiri

Dafina Zeqiri

Digər lüğətlərdə