DAİM, DAİMA
DAİMLİK
OBASTAN VİKİ
Daimi
Sabit, Daimi və ya konstant (lat. constanta — daimi, dəyişməyən) — baxılan proses çərçivəsində öz parametrlərini və əhəmiyyətini dəyişməyən ölçü və ya istinad mərkəzi.
Daimi donuşluq
Daimi mühərrik
Daimi mühərrik (lat. Perpetuum Mobile) — Faydalı iş əmsalı 100%-dən artıq olan xəyali qurğu. Ayrı-ayrı alimlər müxtəlif üsullarla bu mexanizmi yaratmağa cəhd göstərsələr də, bunun mümkün olmadığını dərk etmişlər. Bu istiqamətdəki bütün təcrübələr göstərir ki, əbədi olaraq öz-özünü mütəmadi hərəkət və enerji ilə təmin edən mexanizm yaratmaq qeyri-realdır. İstənilən hərəkət sükuta məhkumdur. == Tarixi == Daimi mühərrik haqqında elmə məlum olan ilk fikirlər XII əsr hind şairi, riyaziyyatçısı və astronomu Bhaskaraya məxsusdur. Həmçinin, bu ideyaya bəzi orta əsr ərəb alimlərinin əlyazmalarında rast gəlinir. Leonardo da Vinçinin işləri arasında da daimi mühərrik çertyoju tapılmışdır. == Elmi əsasları == Daimi mühərrik yaratma sahəsində aparılmış çoxsaylı təcrübələrin nəticəsi olaraq fizikada termodinamikanın 1-ci və 2-ci qanunu formulə edilmişdir. Belə ki, 1-ci qanuna görə termodinamik sistem yalnız öz daxili enerjisi və ya kənardan aldığı enerji hesabına iş görə bilər.
Daimi ordu
Daimi ordu — bir dövlətin həm sülh, həm də müharibə vaxtı fəaliyyət göstərən daimi, əsasən peşəkar ordusu. Daimi hərbi işdə fəaliyyət göstərən əsgərlərdən (hərbi xidmətə çağırılanlar da buna aid ola bilərlər) ibarət olur. Bu, üzun müddət fəaliyyət göstərən əsgərlərdən ibarət olan və sadəcə müharibə və ya təbii fəlakət vaxtı fəallaşdırılan hərbi ehtiyatlardan və mülki əhalidən yaradılan və sadəcə müharibə və ya müharibə təhlükəsi vaxtı fəallaşan və müharibə və ya müharibə təhlükəsi bitən zaman ləğv edilən müvəqqəti ordulardan fərqlidir. Termin təxminən XLVIII əsrdə yaradılıb, ancaq onu izah edən fenomen daha köhnədir. == Tarix == İlk daimi ordu Assuriyada III Tiqlatpalasar (comment. h. hakimiyyət e.ə. 745–727) tərəfindən yaradılmışdır. Avropada yaradılan və bizə məlum olan ilk daimi ordular Qədim Yunanıstanda idi. Qədim Spartanın kişi vətəndaşları daimi ordu kimi fəaliyyət göstərirdi.
Daimi yaşayış
Teymur Daimi
Teymur Daimi (əsl adı: Teymur Rüstəm oğlu Tağıyev) — Azərbaycan rəssamı, kinorejissoru, ssenari müəllifi, fəlsəfə elmləri doktoru, mədəniyyət və incəsənət tənqidçi və nəzəriyyəçisi, publisist, müəllim. 1981-1985-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam edib və 1993-ci ildə orani bitiribdir. XX əsrin 80-ci illərinin axırında, respublikanin bədii həyatında fəal surətdə arenaya daxil olan, Azərbaycanın müasir rəssamlarının nəslindəndir. Helə bu müddət ərzində (1989-cu il) T. Daimi dostları ilə Azərbaycanda "Təstiq" adında birinci müstəqil bədii qrupu yaradır. Peşəkar fəaliyyətinin əvvəlindən bədii təcrübə ilə yanaşı nəzəri tədqiqatlarla məşqul olur. 1990-ci ildən rəssamın fəaliyəti fənlərarası xarakteri alır. 1996-ci ildə "Yolun tapılması" kitabını nəşr edir. Bu kitaba uç esse daxil olub - "Yolun tapılması", "Transfomasiya olmuş fəzanın manifesti və ya Tam Təsvirin portreti" və "Tutulmaz Birliyin görünüşü". 2000-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə üzrə namizədlik dissertasiyasını müdafiə edir. 2003-2005-ci illərdə ssenarist və rejissor qismində "Caspian Supplies" studiyası ilə əməkdaşlıq edib.
Daimi şou
Regular Show (azərb. Müntəzəm şou‎); 8-ci mövsüm Regular Show in Space (azərb. Müntəzəm şou kosmosda‎) olaraq tanınır — J. G. Quintel tərəfindən Cartoon Network üçün yaradılmış animasiya sitkom janrında Amerikan cizgi-serialı. 6 sentyabr 2010-cu ildə başladı və 16 yanvar 2017-ci ilə qədər 8 sezon və 261 bölümü yayımlandı. Serial 23 yaşlı 2 dostun həyat hekayəsindən bəhs edir. Onlar Mordekay (növcə mavi zığ-zığ), Riqbi (yenot) işlədikləri parkın ərazasini mühafizə etməklə məşğuldurlar. İkili işdən qaçmaq və əylənmək üçün hər yola əl atır və nəticədə hər dəfəsində məntiqsiz və fövqəltəbii vəziyyətlə qarşılaşırlar. Digər baş personajlara Skips (qar adam), Musqul adam, Çax beşlik kabus, Pops (lolipop) və parkın müdiri Benson (saqqız maşını) daxildir. Seriya Azərbaycan dilində yayımlanmamışdır. == Məzmun == Serialda parkda bağban işləyən iki dənə 23 yaşlı dost Mordekay və Riqbinin günlük həyatından bəhs edilir.
Daimi Nümayəndə
Daimi Nümayəndə — bir ölkənin beynəlxalq təşkilatdakı diplomatik nümayəndəliyinin rəhbəri olan diplomat. == Vəzifə və öhdəlikləri == Diplomatiyada "daimi nümayəndə" beynəlxalq təşkilatlarda bir dövlətin rəsmi nümayəndəsi kimi fəaliyyət göstərən diplomata deyilir. Daimi nümayəndə adətən həmin dövlətin səfiri statusuna malik olur və ölkəsini BMT, Avropa ittifaqı, NATO və digər beynəlxalq təşkilatlarda təmsil edir. Onlar ölkələrinin maraqlarını qorumaq, razılaşmaları müzakirə etmək və qərarların qəbul edilməsində iştirak etmək üçün təyin olunurlar. Daimi nümayəndələr, adətən, dövlətlərinin paytaxtında yerləşən Xarici İşlər Nazirliyinə hesabat verirlər və onların fəaliyyət sahəsi təyin olunduqları beynəlxalq təşkilatın qərargahına uyğun olaraq müəyyən olunur. Məsələn, BMT-də bir ölkənin daimi nümayəndəsi Nyu-Yorkda yerləşir. Daimi nümayəndəliyin diplomatik toxunulmazlıq hüququ vardır. Onlar, beynəlxalq hüquqa əsasən, təmsil etdikləri ölkənin toxunulmazlığına malikdirlər. Bu toxunulmazlıq onların öz işlərini maneəsiz icra etmələrini təmin edir. Daimi nümayəndələr vergi, gömrük və digər dövlət rüsumlarından azad olurlar.
Azərbaycanın daimi nümayəndəlikləri
== Avropa ==
Daimi yaddaş qurğusu
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. == Əmrlər == ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
Daimi şah (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Azərbaycanın daimi nümayəndəliklərinin siyahısı
== Avropa ==
Daimi bəla (film, 2002)
Şər Yuvası (Əsl adı: Resident Evil) 2002-ci ildə çıxmış bir qorxu filmi. Rejissor Paul Anderson, Capcom'un Resident Evil adlı video oyunundan ilhamlanaraq hazırlanmışdır. == Hekayə == Umbrella (Çətir) şirkətinin dünyanın bir çox yerində qurumları vardır. Amma əsas mərkəz şimali Amerikadaki Raccoon City-dir. Şirkət bir çox tekniki avadanlıqların istehsalı ilə dünyada məşhurdur. Amma Umbrellanın əsas gəlir məmbəsi istehsal etdiyi virus silahlarıdır. Bu viruslardan ən təhlükəli olanı T-virusudur. Umbrella şirkətinin virus istehsalı ilə məşğul olduğu sahə, yer altı Hive-də T-virusu yayılmağa başlar. Bunu izləyən şirkətin bütün gücünü əlində saxlayan Qızıl-Şahzadə adlı super kopyuter, virusun yayılmasının qarşısını almaq üçün, şirkətin bütün işçilərinin həyatı bahasına olsa belə, şirkətdəki bütün giriş və çıxış qapılarını bağlayır. Alis və dostları şirkət işçilərinə nə olduğunu öyrənmək üçün xüsusi təyinatlı S.T.A.R.S adlı hərbi komanda ilə birlikdə Umbrella şirkətinə gedərlər.
Haaqa Daimi Arbitraj məhkəməsi
Haaqa Daimi Arbitraj məhkəməsi — Hollandiyanın Haaqa şəhərində yerləşən hökumətlərarası təşkilat. Ənənəvi mənada məhkəmə deyil,üzv dövlətlər, beynəlxalq təşkilatlar və ya özəl tərəflər arasındakı beynəlxalq müqavilələrdən irəli gələn mübahisələri həll etmək üçün arbitraj məhkəməsi xidmətlərini göstərir. İnstansiyalar ərazi və dəniz sərhədləri, suverenlik,insan hüquqları, beynəlxalq sərmayə və beynəlxalq və regional ticarətlə əlaqəli bir sıra hüquqi məsələləri əhatə edir. Daimi Arbitraj məhkəməsi, 122 dövlətin birləşmiş üzvlüyü ilə iki ayrı çoxtərəfli konvensiya yolu ilə qurulur. Məhkəmə BMT-nin əsas qurumlarına aiddeyil,Daimi Arbitraj məhkəməsi rəsmi Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin müşahidəçisidir. Dünya Sülh Sarayı 1907-1913-cü illərdə Haaqada Daimi Arbitraj məhkəməsi üçün inşa edilmişdir. Bundan əlavə, binada Haaqa Beynəlxalq Hüquq Akademiyası, Sülh Sarayı Kitabxanası və Beynəlxalq Ədalət Məhkəməsi yerləşir. == Təşkilat == Daimi Arbitraj məhkəməsi,bu müddətin şərti anlayışında məhkəmə deyil,beynəlxalq arbitraj və digər əlaqəli prosedurların,o cümlədən istintaq və barışıq komissiyalarının qeydiyyatı kimi məsələlər üçün daimi və asanlıqla əldə edilə bilən vasitələrə sahib olan inzibati bir təşkilatdır. İnzibati Şura (rəsmi olaraq Daimi İdarə Şurası), Hollandiyada akkreditə olunmuş üzv dövlətlərin bütün diplomatik nümayəndələrindən ibarət bir orqandır. Şuraya üzv olan Hollandiyanın Xarici İşlər Naziriliyi rəhbərlik edir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri (həmçinin, Daimi Beşlik, Böyük Beşlik olaraq da tanınır) — 1945-ci il tarixli BMT Nizamnaməsinin BMT Təhlükəsizlik Şurasında daimi yer verdiyi beş suveren dövlətdir: Çin, Fransa, Rusiya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları. Daimi üzvlərin hamısı II Dünya Müharibəsindəki müttəfiqlərdir (və bu müharibənin qalibləri) və eyni zamanda nüvə silahı olan dövlətlərdir (baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının qurulmasından əvvəl beşinin də nüvə silahı yox idi). Ümumilikdə 15 üzvü olan şuranın qalan 10 üzvü Baş Assambleya tərəfindən seçilir. Beş daimi üzvün hamısı veto hüququna malikdir, bu da onlardan hər hansı birinin beynəlxalq dəstək səviyyəsindən asılı olmayaraq Şuranın hər hansı bir həlledici qərarının qəbul edilməsinin qarşısını almağa imkan verir. == Hazırkı daimi üzvlər == BMT Təhlükəsizlik Şurasının hazırkı daimi üzvləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir. == Veto hüququ == Böyük beşliyə daxil olan ölkələr ilk dəfə sülhün qoru­nub saxlanması kimi məsuliyyətli bir işi öz üzərlərinə götürə­rək Təhlükəsizlik Şurasının daimi nümayəndəsi olan və müəyyən üstünlük təşkil edən dövlətlərdən tələb edirdilər ki, onlar üçün lazım olan məsələyə veto qoysunlar. BMT-yə yeni üzv qəbul edilən za­man, BMT hərəkətlərinə zidd olan, sülhə təhlükə yaradan müna­qişələrin sülh yolu ilə həll edilməsində, Nizamnaməyə ediləcək əlavələrin müzakirəsində, Baş Katibin seçilməsində veto qoymaq hüququ verilir. Bundan başqa, Böyük Beşlik müzakirə olunan məsə­lənin səsə qoyulmasının prinsipial xa­rakter daşıyacağını tələb edir və veto qoymaq hüququnun təsiri altına düşür. Şura Konsepsus təmin etmək və Qətnaməni yumşaltmaq üçün veto hüququ tətbiq edə bilir. SSRİ hər şeydən əvvəl başlanğıc illərində bir qayda olaraq BMT-yə nəzərdə tutulan qərbyönümlü dövlətlərin qəbuluna mane olmaq üçün vetodan istifadə etdi.
Naxçıvan MR-in Bakı şəhərində daimi nümayəndəliyi
Bakı şəhərində Naxçıvan MR-ın Daimi Nümayəndəliyi — diplomatik missiya. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi Naxçıvan MR-ın Ali Məclisinin 24 fevral 1992-ci il tarixli Qərarı ilə təsis edilmişdir. Nümayəndəlik Naxçıvan MR Ali Məclisi və digər dövlət təsisatları ilə Azərbaycan Respublikasının Prezident Administrasiyası,AR Nazirlər Kabineti və digər dövlət və hökumət orqanları arasında gündəlik hərtərəfli operativ əlaqələri, Naxçıvan MR-in iqtisadi-sosial inkişaf proqramları və birgə ümumdövlət kompleks proqramları həyata keçirilərkən Azərbaycan Respublikası hökuməti, nazirlik, dövlət komitələri və baş idarələri ilə Naxçıvan MR-in müvafiq səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqələri təmin edir. Naxçıvan MR Ali Məclisi,hökuməti və digər orqanları tərəfindən irəli sürülmüş məsələlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetində, nazirlik, dövlət komitələri və baş idarələrində baxılmasında, muxtar respublikaya aid qərar və sərəncamların layihələrinin hazırlanmasında və qəbul olunmasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı komissiyaların Naxçıvan MR-ə aid iqtisadi və sosial inkişaf, material-texniki təchizat planlarının, dövlət büdcəsi, digər mədəni, tikinti və təsərrüfat məsələləri layihənin hazırlanmasında və baxılmasında iştirak edir. Naxçıvan MR Ali Məclisinin,Nazirlər Kabinetinin və digər orqanların irəli sürdüyü məsələlər üzrə Azərbaycan Respublikasının Prezident Administrasiyasına,Nazirlər Kabinetinə,digər hökumət orqanlarına tələb olunan müvafiq arayışların, hesabatların, əlavə əsasnamələrin təqdim olunmasını təşkil edir, habelə Azərbaycan Respublikası nazirlik, dövlət komitələri və baş idarələrinin muxtar respublikaya aid məsələlərin həlli üçün lazımi materialları Naxçıvan MR-in müvafiq orqanlarından alınmasına köməklik göstərir. Bundan əlavə, Daimi Nümayəndəlik Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici səfirliklər, nümayəndəliklər, elm, mədəniyyət, humanitar və digər sahələrdə çalışan beynəlxalq təşkilatlarla sıx əlaqə yaradaraq, Naxçıvan MR-ə aid məsələlərin həll olunmasında, habelə BMT-nin İnkişaf Proqramının Naxçıvan MR-də həyata keçirilməsində yaxından iştirak edir. Nümayəndəlik Naxçıvan MR sakinlərinin qəbulunu və problemlərinin vaxtında həll olunmasını təmin edir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyi
Bakı şəhərində Naxçıvan MR-ın Daimi Nümayəndəliyi — diplomatik missiya. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi Naxçıvan MR-ın Ali Məclisinin 24 fevral 1992-ci il tarixli Qərarı ilə təsis edilmişdir. Nümayəndəlik Naxçıvan MR Ali Məclisi və digər dövlət təsisatları ilə Azərbaycan Respublikasının Prezident Administrasiyası,AR Nazirlər Kabineti və digər dövlət və hökumət orqanları arasında gündəlik hərtərəfli operativ əlaqələri, Naxçıvan MR-in iqtisadi-sosial inkişaf proqramları və birgə ümumdövlət kompleks proqramları həyata keçirilərkən Azərbaycan Respublikası hökuməti, nazirlik, dövlət komitələri və baş idarələri ilə Naxçıvan MR-in müvafiq səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqələri təmin edir. Naxçıvan MR Ali Məclisi,hökuməti və digər orqanları tərəfindən irəli sürülmüş məsələlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetində, nazirlik, dövlət komitələri və baş idarələrində baxılmasında, muxtar respublikaya aid qərar və sərəncamların layihələrinin hazırlanmasında və qəbul olunmasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı komissiyaların Naxçıvan MR-ə aid iqtisadi və sosial inkişaf, material-texniki təchizat planlarının, dövlət büdcəsi, digər mədəni, tikinti və təsərrüfat məsələləri layihənin hazırlanmasında və baxılmasında iştirak edir. Naxçıvan MR Ali Məclisinin,Nazirlər Kabinetinin və digər orqanların irəli sürdüyü məsələlər üzrə Azərbaycan Respublikasının Prezident Administrasiyasına,Nazirlər Kabinetinə,digər hökumət orqanlarına tələb olunan müvafiq arayışların, hesabatların, əlavə əsasnamələrin təqdim olunmasını təşkil edir, habelə Azərbaycan Respublikası nazirlik, dövlət komitələri və baş idarələrinin muxtar respublikaya aid məsələlərin həlli üçün lazımi materialları Naxçıvan MR-in müvafiq orqanlarından alınmasına köməklik göstərir. Bundan əlavə, Daimi Nümayəndəlik Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici səfirliklər, nümayəndəliklər, elm, mədəniyyət, humanitar və digər sahələrdə çalışan beynəlxalq təşkilatlarla sıx əlaqə yaradaraq, Naxçıvan MR-ə aid məsələlərin həll olunmasında, habelə BMT-nin İnkişaf Proqramının Naxçıvan MR-də həyata keçirilməsində yaxından iştirak edir. Nümayəndəlik Naxçıvan MR sakinlərinin qəbulunu və problemlərinin vaxtında həll olunmasını təmin edir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası.

Значение слова в других словарях