DAİMİ

sif. [ər]
1. Uzunmüddətli, uzun müddət üçün olan, müvəqqəti olmayan, sürəkli. Qatarların daimi cədvəli. Daimi iş. Daimi körpü.
– Mədəniyyət uğrunda çalışmaq birgünlük, biraylıq kampaniya deyil, daimi işdir. Ə.Sadıq.

// Əbədi, ölməz, həmişəlik, yoxolmaz, məhvolmaz.
Daimi deyilik nə siz, nə də mən; Bizdən bu dünyada hünər qalacaq. S.Vurğun.

2. Həmişəlik, əbədi, sabit, möhkəm, dəyişməz. Xalqlar arasında daimi sülh və əmniyyət.
3. Ardıcıl, arası kəsilməyən, arasıkəsilməz, həmişə davam edən və ya etdirilən. Daimi məşq.
□ Daimi cərəyan elektr. – həmişə eyni istiqamətdə nəql olunan cərəyan. Daimi kapital iqt. – kapitalın istehsal vasitələrinə (xammal, köməkçi materiallar, əmək vasitələri) çevrilən və istehsal prosesində dəyəri dəyişməz (sabit) qalan hissəsi.
Daimi kəmiyyət riyaz. – dəyişən kəmiyyətdən fərqli olaraq, ancaq bir qiyməti olan kəmiyyət.
Daimi ordu (qoşun) – sülh dövründə saxlanılan ordu (qoşun).

Синонимы

  • DAİMİ DAİMİ Daimi deyilik, nə siz, nə də mən (S.Vurğun); BAQİ Lakin yenə həmişəki kimi öz fikrində baqi qaldı (Çəmənzəminli); HƏMİŞƏLİK [Qəmər:] Mən burada
  • DAİMİ həmişəlik — əbədi — sabit — möhkəm — dəyişməz

Антонимы

  • DAİMİ DAİMİ – MÜVƏQQƏTİ Yalan müvəqqətidir, doğruluqsa daimidir (S.Rüstəm)
DAİMA
DAİMİLƏŞDİRİLMƏK

Значение слова в других словарях