Ağacın şaxəsi, böyük budağı; ümumiyyətlə, budaq. (“Koroğlu” dastanının lüğəti)
Bülbül uçdu dalumuzdan,
Heç baş çəkməz halumuzdan,
Qırat getdi əlimizdən:
Yarəb, bir də gəlirmi ola?
(M.Elyas. “Nəğmələr”)
*
Koroğlu “Misri qılınc o vaxt əldə dal olur” deyəndə Dəli Mehtər başa düşdü ki, qılınclarla biçin deyir. (Paris nüsxəsi, 10-cu məclis)
*
Qarşı yatan qarlı dağlar,
Mənim səndə yarum qaldı.
Əlim yetməz gülün dərəm,
Dal budaqda narum qaldı.
(Paris nüsxəsi, 12-ci məclis)