darin

adv. 1. (räumlich) bunun (onun) içində; was ist ~? bunun içində nə var?; 2. (in dieser Beziehung) bu sahədə, bu nöqteyi nəzərdən, bu haqda;bu baxımdan ~ stimme ich mit Ihnen überein bu haqda siz ilə razıyam; ~ irren Sie sich! bunda yanılırsınız!; ~ bin ich sehr gut bu işin ustasıyam, bu işin ustadıyam
darf
darinnen
OBASTAN VİKİ
Darin Zanyar
Darin Zanyar (2 iyun 1987) — İsveç müğənnisi.
Darin müqaviləsi
Darin müqaviləsi və ya Darin paktı — 1915-ci ildə Birləşmiş Krallıq ilə Nəcd və Həsa əmirliyinin hökmdarı Əbdüləziz Səud arasında bağlanmış müqavilə. Müqavilə Tarut adasında yerləşən Darində 26 dekabr 1915-ci ildə Britaniya hökuməti adından Ser Persi Koks ilə Əbdüləziz Səud tərəfindən imzalanmışdır. Müqavilə yenicə formalaşmaqda olan Səudiyyə dövlətini beynəlxalq səviyyədə tanıyan ilk müqavilə idi. Nəcd tarixində ilk dəfə olaraq danışıqlarlı sərhəd anlayışı ortaya atılmışdı. Bundan əlavə, Britaniyanın məqsədi Fars körfəzindəki protektoratlarını təmin etmək idi, lakin bu müqavilə qonşu ərazilərdə Səudiyyə nəzarətini qanuniləşdirmək kimi gözlənilməz nəticə vermişdir. Müqavilə 1927-ci ildə Ciddə müqaviləsi ilə əvəz olunmuşdur.
Darina Qromova
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontakte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.
Darino (Auırqazı)
Darino (başq. Дарьино, rus. Дарьино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 7 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (42%), çuvaşlar (50) üstünlük təşkil edir.