Daym

ABŞ-da xırda monet. 1 daym=10 sent=1\10 ABŞ dolları.
Dayanıqlı Valyuta
DDP
OBASTAN VİKİ
Cared Daymond
Cared Daymond (10 sentyabr 1937, Boston) — ABŞ antropoloqu, ekoloqu, coğrafiyaşünası, bioloqu və yazıçısı. Onun "Tüfəng, Mikrob və Dəmir" adlı kitabı "Pulitzer" mükafatına layiq görülüb. 2013-cü ildən Kaliforniya Universitetində coğrafiya professorudur. 2005 və 2008-ci ildə ABŞ xarici polis və İngiltərə prospekt jurnallarının internet səhifələrində oxuçuları ilə özünə cəlb etmişdir. Dünyanın ilk 100 intelektual siyahısında 9 və 31 yerdə olmuşdur. == Həyatı == Cared Daymond ABŞ-ım Massaçusets ştatının Boston şəhərində anadan olub. Atası həkim, anası müəllimdir. 1958-ci ildə Harvard Universitetini bitirib. 1961-ci ildə Kembric Universitetində fizika üzrə doktor olub. 1966-cı ildə Kaliforniya Universitendə dərs deməyə başlayıb.
Daymamaq (Vərziqan)
Daymamaq (fars. دايممق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (13 ailə).
Daymav (Nəqədə)
Daymav (fars. دايماو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 457 nəfər. yaşayır (75 ailə).
Daymyo
Daymyo (大名, daimyo, azərb. böyük ad‎) — orta əsr Yaponiyasında iri hərbi feodallar. Əgər samuraylar X-XIX əsrlər yapon cəmiyyətinin elitası sayılırdılarsa, daymyolar samurayların elitası idilər. Tərcümədə "böyük ad" mənasını verən bu məfhum IX-X əsrlərdə sabit hərbi təbəqə — buşi ilə eyni dövrdə ortaya çıxdı. == Daymyolar Edo dövründə == Tokuqava şoqunatının hakimiyyətdə olduğu Edo dövründə daymyolar şoqundan çox güclü asılılığa düşdülər. Onlar şoquna vergi ödəməli, müxtəlif işlər üçün çox sayda adam verməli idilər, həmçinin, onların hakimiyyəti Tokuqava şoqunatının ciddi nəzarətində idi. Daymyo statusu qəti müəyyən olunmuşdu. Bu titulu yalnız illik gəliri 10 min koku düyüyə bərabər olan feodallar daşıya bilərdilər. Orta əsrlər Yaponiyasında feodalların potensial qüdrəti bu ölçü vahidi ilə qiymətləndirilirdi. Hesab edilirdi ki, bir samurayı bir il yedizdirmək üçün 1 koku (180,39 litr) düyü kifayətdir.
Piter Daymond
Piter Daymond (ing. Peter Arthur Diamond; d. 29 aprel 1940) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Xristofor Pisserides və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Piter Daymond 1960-cı ildə riyaziyyat üzrə təhsilini Yel Universitetində tamamlamışdır. O, 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir. 1964-1965-ci illərdə Berkli Kaliforniya Universitetində köməkçi dosent olaraq çalışmışdır. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda işə başlamazdan əvvəl dosent olmuşdur. 1970-ci ildə professor adını qazanmışdır. 1985-1986-ci illərdə İqtisadiyyat Departamentinin başçısı olaraq fəaliyyət göstərmişdir.
Qotlib Daymler
Qotlib Vilhelm Daymler (alm. Gottlieb Wilhelm Daimler‎; 17 mart 1834[…], Şorndorf[d], Vürtemberq krallığı[d], Almaniya ittifaqı – 6 mart 1900[…]) — alman mühəndisi, konstruktoru və sənayeçisi. O, Vilhelm Maybaxla birlikdə ilk avtomobillərdən birini və benzinlə işləyən bir neçə tip daxili yanma mühərrikini yaratmışdır. Qotlib Daymler Ştuttqartın yaxınlığında yerləşən Şorndorf şəhərciyində çörəkçi ailəsində anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra 1847-ci ildə silah emalatxanasında işə başlayır. İki lülləli silahlar düzəldir. 1857-ci ildə Daymler Ştutqart politexnik institutunda təhsilinə başlayır. Təhsilini başa vurduqdan sonra Avropanın müxtəlif ölkələrinə (Fransa, İngiltərə və Belçika) gedərək orada işləyir. 1862-ci ildə Daymler Qeyslingendə yerləşən "Ştaub" firmasında konstruktor kimi işə başlayır. 1865-ci ildə o Roylingendə yerləşən Bruderhaus-Vasinhaym maşınqayırma fabrikində rəhbər təyin olunur, burada o ilk dəfə Vilhelm Maybax ilə tanış olur.
Tozama daymyo
Tozama daymyo (外様大名, hərf. xarici daymyo) – Edo dövründə Yaponiyada mövcud olmuş daymyo sinfi. 1601-ci ildə baş vermiş Sekiqahara döyüşündən sonra Tokuqava şoqunluğunun tərəfində keçən daymyolar və onların davamçıları bu cür adlanırdı. Tokuqava şoqunluğu tərəfindən az etibar edildikləri üçün ayrı-seçkiliyə məruz qalırdılar. Tozama daymyolar daymyo statusunu Oda Nobunaqa və Toyotomi Hideyoşiyə xidmət edərək alan, 1601-ci ildəki həlledici Sekiqahara döyüşündən sonra Tokuqava İeyasunun tərəfinə keçən feodal hakimlər idi. Fuday daymyolar isə Sekiqahara döyüşündən əvvəl də Tokuqavanın müttəfiqi olmuş daymyolar idi. Tozama daymyolar daha böyük topraqlara hakim olsalar da, şoqunluq tərəfindən az etibar edilirdilər və fuday daymyolardan daha aşağı pillədə qərarlaşırdılar. Strateji cəhətdən əhəmiyyətli yerlərdə tozama daymyoların qərarlaşmasına icazə verilmirdi. Fuday daymyolar şoqunluqdan daha asılı olsalar da, siyasi baxımdan tozama daymyolardan üstün idilər. Edo dövrünün əvvəllərində bakufu tozama daymyolar haqqında narahat idi və hər bir nöqsan üstündə onları pisləyirdi, kayeki adlı sanskiyalar tətbiq edirdi. Tozama daymyolar şoqunluğun rocu kimi dövlət əhəmiyyətli vəzifələrinə təyin olunmurdular, lakin istisnalar olurdu: Koreya ilə diplomatik əlaqələri olan So klanı, Edo dövrünün sonlarında vacib vəzifələri tutan Matsumae və Sanada klanları, Tokuqava klanının ordusunda vacib yeri olan Todo klanı bu cür istisnalar idi.