DEKABRİST

сущ. истор. декабрист (участник восстания против самодержавия и крепостничества в Петербурге 14 декабря 1825 г.). Dekabristlər üsyanı восстание декабристов, dekabrist yazıçılar писатели – декабристы
DEKABR
DEKADA
OBASTAN VİKİ
Dekabristlər
Dekabristlər — rus zadəgan inqlabçıları, XIX əsrin 20-ci illərində gizli cəmiyyətlərin üzvləri, 1825-ci ilin dekabrında mütləqiyyət və təhkimçilik quruluşuna qarşı hərbi çıxışın təşkilatçıları. == Tarixi == 1825-ci ilin dekabrında Peterburqun Senat meydanında silahlı çıxış baş verir, bunun ardınca isə Ukraynada Çerniqov polkunda qiyam olur. Etiraz çıxışları gizli cəmiyyətlər tərəfindən hazırlanmışdı; bu hadisələrin baş verdiyi vaxta uyğun olaraq onun iştirakçıları dekabristlər adlanırdılar. Üsyanın I Nikolay tərəfindən yatırılmasından sonra P. Pestel, K. Rıleyev, P. Koxovski, S. Murovyov-Apostol, M. Bestujev-Ryumin edam edilmiş, qalanları isə Sibirə və Qafqaza sürgün olunmuş, ictiamai-siyasi həyatdan uzaqlaşdırılmışdılar. Dekabristlərin inqilabiliyi rus feodal təhkimçi mühitinin, ədalətsizlik və zülmünün məhsulu idi və 1812-ci il Vətən müharibəsindən sonra rus milli şüurunun oyanması ilə bağlı olmuşdur. Dekabristlərin vəzifələri aşağıdakılardır: təhkimçiliyin ləğvi, mütləqiyyətin devrilməsi, yaxud məhdudlaşdırılması, respublika və konstitusiyalı quruluşun bərqərar olunması. Rusiyanın dəyişdirilməsinin ən məlum layihələri Nikita Muravyova (konstitusiyalı monarxiya) və Pestelə (respublika) məxsus idi. Daha radikal olan Pesteldə utopik sosializm ünsürləri, məsələn, torpağın bərabər bölgüsü ideyası var idi. Pestelin konistitusiyalı silklərin ləğvini və bir mülki silkin yaranmasını, qanunverici və icraedici hakimiyyət orqanlarının seçkililiyini, bütün torpaqların ictimai və şəxsi torpaqlara bölünməsini, şəxsiyyət və mülkiyyət hüquqlarına təminat verilməsini, "sərvətlərin" aristokratlaşmasına yol verilməsini, "xalq sənayesinin" inkişafını, hökumət və xalqın hüquq və vəzifələrinin uyğunluluğunu nəzərdə tuturdu. Dekabrizmin sosial ideallarının əsaslandırılmasına, həm materialist, həm də idealist və hətta dini fəlsəfi ideyalar xidmət edirdi.
Dekabristlər üsyanı
Dekabristlər üsyanı (rus. Восстание декабристов) — 14 dekabr 1825-ci ildə Rusiya imperiyasının paytaxtı Peterburqda baş vermiş dövlət çevrilişi cəhdi. XIX əsrin əvvəllərində Rusiyanın beynəlxalq vəziyyəti son dərəcə mürəkkəb idi. Tilzit sülh müqaviləsindən sonra da Rusiya müstəqil xarici siyasət yeritməkdə davam edirdi. 1812-ci ildə Çar ordusu Fransanı məğlub etdi. Napoleon üzərində qələbədən sonra Qərbi Avropa həyatı ilə tanış olmuş bəzi mütərəqqi fikirli rus zabitləri Rusiyada dəyişikliklər aparmaq uğrunda mübarizəyə başladılar. Milyonlarla kəndli, hələ də ağır təqiblərə məruz qalırdı. Avropada döyüşən rus əsgərləri, ölkələrinin dövlət quruluşunun, sosial həyatlarının və qurumlarının nə qədər geridə qaldıqlarını görmüşdülər. Çarlığın boyunduruğu altındakı xalqın böyük bir bölümünü təşkil edən kəndlilərin torpağa təhkimçiliyi saxlaması əsgərlər üçün narahat bir gərçək idi. I Aleksandrın təqibləri ve militarist rejimindən narazı olan əsgərlər, kəndlilər, cəmiyyətlər yeni çevrə yaratdılar.

Digər lüğətlərdə