DEMİLİTARİZASİYA

(latın de-ayrılma, uzaqlaşdırma və militaris-hərbi) beynəlxalq hüququn institutu; iki və ya bir qrup dövlətin, bəzi hallarda bütün dünya dövlətlərinin qarşılıqlı razılığı ilə, müəyyən edilmiş quru, su və hava ərazilərini hərbi məqsədlər üçün istifadənin məhdudlaşdırılması (və ya qadağan edilməsi), əgər həmin ərazilərdə hərbi qüvvələr vardırsa ya tamamilə, və ya qismən çıxarılması, hərbi istehkamların və tikililərin ləğv edilməsi (və ya ləğv edilmə prosesi) . D.-nın tam və ya qismən (misal: silahların, silahlı qüvvələrin azaldılması; digər silah növlərini saxlamaqla, müəyyən silah növlərinin saxlanılmasının qadağan edilməsi və s.) növləri mövcuddur. Bir qayda olaraq, sərhəd bölgələri, müvəqqəti demarkasiya xətləri, neytral zonalar və s. D.-ya məruz qalır. Beynəlxalq aktlara görə Antarktida, səma cisimləri (o cümlədən, Ay) tam D. zonası elan edilmişdir. Atomsuz (nüvəsiz) zonaları eyni adlı silah üçün D. zonaları hesab etmək olar, hərçənd digər silahlar mövcud ola bilər. Beynəlxalq hüququn “açıq səhər” instutunu D. zonası hesab etmək olar. Bəzi hallarda isə beynəlxalq ictimaiyyət beynəlxalq təşkilatlar vasitəsilə potensial təhlükəli dövlətdən və yaxud işğalçı dövlətdən D.-nı tələb edə bilər və, hətta məcbur edə bilər.
DEMARKASİYA
DEMOBİLİZASİYA
OBASTAN VİKİ
Demilitarizasiya zonası
Demilitarizasiya zonası (ing. Demilitarized zone və ya DMZ) - hərbçilərdən alınmış termindir, döyüş əməliyyatlarının hazırlanması və aparılması qadağan edilmiş əraziləri bildirmək üçün istifadə edilir. İnformasiya texnologiyaları sahəsində DMZ termini əsasən şəbəkə ekranının xarici seqmenti ilə xarici marşrutizatorun daxili interfeysi arasında qalan şəbəkə seqmentini bildirir. Demilitarizasiya zonasının təyinatı müxtəlif servislər təqdim etmək imkanı saxlamaqla, konfidensial informasiya olan daxili şəbəkəni bütün digər şəbəkələrdən təcrid etməkdir. DMZ zonada, bir qayda olaraq, İnternetdən müraciət olunan informasiya resursları yerləşdirilir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh. SolutionBase: Strengthen network defenses by using a DMZ by Deb Shinder at TechRepublic. Eric Maiwald. Network Security: A Beginner's Guide. Second Edition.
Kubanın Demilitarizasiyası Ordusu Medalı
Kubanın Demilitarizasiyasının Ordusunun Medalı, Birləşmiş Ştatların Müharibə Dairəsinin 11 May 1909-cu ildəki əmrləri ilə yaradılan ABŞ Ordusunun hərbi bir mükafatı idi. Medal, Birləşmiş Ştatların Kuba'nı 1906-1909 illəri arasında işğalı əsnasında xidmət edənləri tanıdı. Kubanın Demilitarizasiyasının Ordusunun Medalı'na, layiq olmaq üçün, bir xidmət üzvünün, 6 oktyabr 1906 və 1 Aprel 1909 tarixləri arasında Kubada vəzifələndirilən Birləşmiş Ştatlar işğal qüvvətində vəzifə etməsi lazım idi. Medal ayrıca, 12 Sentyabr 1906 və 1 aprel 1909 tarixləri arasında Kubada xidmət edən hərbi donanma kadrları və ya bu tarixlər arasında, bölgədə xidmət verən bir çox gəmiyə bağlı hər hansı bir gəmi kadrlarınada verilirdi. Mükafatın təqdimatı üçün hər hansı bir vaxt yoxdur və bir xidmət işçisi texniki olaraq, yalnız bir neçə gün xidmət etdiyi üçün Kuba Demilitarizasiyasının Ordusunun Medalına layiq ola bilər. Kubanın İşğalının Ordusunun Medalı olaraq bilinən bənzər bir dekorasiya, İspan-Amerikan müharibəsindən sonra Kubanın ilk işğalı əsnasında xidmət edənlər üçün də mövcud olmuşdur.
Kubanın Demilitarizasiyasının Ordusunun Medalı

Digər lüğətlərdə