DEMARKASİYA

(sərhədlərin demarkasiyası) (fransız démarcation-hüdudlama) - beynəlxalq hüququn institutu. Həmhüdud qonşu dövlətlər arasında müəyyən tarixi səbəblərdən, dövlətlərarası sərhəddin müvafiq sərhəd nişanları, infrastrukturu olmadığı təqdirdə onlar (qonşu dövlətlər) birgə (xüsusi) komissiyası yaratmaqla delimitasiya razılaşması əsasında, artıq bilavasitə yerlərdə, ərazidə, dövlətlərarası (mübahisəsiz) sərhəd boyunca xüsusi sərhəd nişanələrinin (dirəklər, tirlər, zolaqlar) qoyulması. Həmin (birgə) komissiya sərhədlərin D.-sı üzrə bütün hərəkətlər haqqında xüsusi sənədlər - sərhəd xəttləri və nişanələrin təsvir verilmiş protokolları (bura fotoşəkilləri və sxemləri əlavə etməklə) tərtib edir. Yeri gəlmişkən, qeyd etmək labüddür ki, artıq D. nişanələri üzərində sərhəd infrastruktunun qurulması (yeni sərhəd keçid məntələrərinin yaradılması, sərhəd çəpərinin çəkilməsi, müşaiyət postlarının qoyulması və s.) və, eləcə də mövcud sərhəd infrastruktunun yeniləşdirilməsi, abadlaşdırılması redemorkasiya adlanır. Birtərəfli D. yolverilməzdir və beynəlxalq mübahisəyə səbəb ola bilər.
DELİMİTASİYA, sərhədlərin delimitasiyası
DEMİLİTARİZASİYA
OBASTAN VİKİ
Demarkasiya xətti
Demarkasiya xətti (fr. demarcation – ayırma) – 1) hərbidə: döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt (zolaq); 2) məğlub olmuş dövlətin ərazisini işğal zonalarına ayıran xətt; 3) qonşu dövlətlər arasında mübahisə obyekti olan ərazidə müvəqqəti müəyyənləşdirilən xətt (zolaq). Demarkasiya xətti döyüşən tərəflər arasında, işğal edən, yaxud münaqişə aparan dövlətlər arasında xüsusi sazişlə müəyyənləşir; 4) tibdə: sağlam toxumada ölgün sahə (qanqren, sekvester), yaxud yad cisimlə sərhəddə əmələ gələn reaktiv iltihab zonası.
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı. == Demarkasiya xəttinin yaradılması == Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.

Digər lüğətlərdə