DEMONSTRASİYA
(latın demonstratio-nümayiş)
ictimai diqqəti özünə cəlb edən, məqsədyönlü siyasi aksiya; nümayiş: 1. cəmiyyətin diqqətini özünə cəlb etmək və öz məqsədlərini cəmiyyətin ümumi imkanları ilə həyata keçirmək naminə vahid tələblərin və vahid sosial-siyasi ideya daşıyıcılarının, digər siyasi subyektin yürütdüyü siyasi kursa və ya atdığı siyasi addıma etiraz və ya dəstək xarakteri daşıyan; təşkilatlanmış kütləvi yürüş. Belə D.-lar bayramyönlü, Hökumət lehinə və ya Hökumət əleyhinə, eləcə də müharibə əleyhinə və s. ola bilər; 2. eyni səbəbli, lakin təşkilatlanmış kütləvi yürüş olmadan siyasi xarakterli şüarların, rəsm əsərlərinin, video-kliplərin küçədə və ya kütləvi informasiya vasitələrində (KİV) nümayiş edilməsi; 3. “güc D.-sı” hər hansısa bir dövlətin (onun Hökumətinin), xalqın diqqətinin cəlb edilməsi, ona təzyiq və ya dəstək göstərilməsi, öz mövqeyini bildirməsi məqsədilə başqa bir dövlətin nümayişcəsinə hərbi təlimlərinin keçirilməsi, silahlı qüvvələrin müəyyən bölgəyə göndərilməsi, hərbi manevr edilməsi və s.