DENASİONALİZASİYA

(latın de-ayrılma, uzaqlaşdırma və hərfi mənada: milliləşdirmə, yəni şəxsi mülkiyyətin dövlət hesabına keçirilməsi) əvvəllər xalqa, sahibkarlara məxsus olan istehsal müəssisələrinin, torpaqların, bankların və digər mal və mülklərin, bu və ya digər səbəblərdən (inqlab, sosialiqtisadi quruluş çevrilişi) milliləşməsindən sonra, yəni dövlətin mülkiyyətinə çevrildikdən sonra, yenə də bu və ya digər səbəblərdən (sosial-iqtisadi quruluş çevrilişi, iqtisadi islahatlar və s.) həmin mal və mülkiyyətin əvvəlki sahiblərinə və ya onların nəslinin davamçılarına ya təmənnasız və ya cüzi ödəmələrlə qaytarılması və yaxud əgər əvvəlki sahibləri və onların nəslinin davamçıları həyatda olmadıqda həmin mal və mülkün açıq satışa çıxarılması. Misal: Çilidə Pinoçet xuntası hakimiyyətə gəldikdən sonra istehsal müəssisələri, torpaq sahələri, aksiyalar və s. D.-ya məruz qaldı.
DEMONSTRASİYA
DENATURALİZASİYA