DENUDASİYA BAZİSİ

müəyyən ərazidə denudasiya proseslərinin təzahürünün aşağı həddi. Bu səviyyədə aşınma və materialların yerdəyişməsi prosesi getmir. D. b. yuxarı hissələrdən yuyulan materialların toplanma sahəsinə uyğun gəlir. базис денудации base level of denudation
DENUDASİYA AMİLLƏRİ
DENUDASİYANIN AŞAĞI SƏVİYYƏSİ
OBASTAN VİKİ
Denudasiya
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Denudasiya amilləri
Denudasiya prosesi

İlkin denudasiya
İlkin denudasiya (rus. первичная денудация, ing. inital denudation) — mənaca aparma, daşıma olub, aşınma materiallarının səthi yuyulma yolu ilə uzaqlaşdırılması. İlkin denudasiyada süxurların parçalanmasında, onların daşınmasında və çökəkliklərdə toplanmasında bütün proseslər eroziya, abraziya, buzlağın dağıdıcı fəaliyyəti, küləyin rolu və s. birlikdə iştirak etmir.
Yerli eroziya bazisi
Yerli eroziya bazisi (rus. местный базис эрозии, ing. local base level) — istənilən yüksəklikdə yerləşən və yerli əhəmiyyəti olan müvəqqəti və lokal, eroziya bazisi. Y. e. b. axarsız su tutarları səviyyəsinə, astanalara, çayların qarşısını kəsən dağ uçqunlarına və s. uyğun gələ bilir.