DES

«Gəmidən göndəriş». Əgər mal gəminin bortunda alıcıya təhvil verilibsə və hələ razılaşdırılmış təyinat limanında gömrükdən keçməyibsə, satıcı çatdırılma üzrə öz vəzifəsini yerinə yetirmiş hesab edir. Alıcının ölkəsində yerləşən təyinat limanına qədər malın çatdırılması üzrə bütün xərcləri və riskləri satıcı çəkir. İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır

depozitari
detoksifikasiya
OBASTAN VİKİ
Journal des sçavans
Journal des Sçavans (sonralar Journal des savants adlandırılmışdır) Denis de Sallo tərəfindən təsis edilmiş və Avropada nəşr olunan ilk elmi jurnal olmuşdur, baxmayaraq ki, əvvəldən bu jurnalda kilsə tarixi və hüquqi hesabatlar kimi müxtəlif elmi olmayan məzmunlar da mövcud olmuşdur. Birinci nəşri 1665-ci il yanvarın 5-də 12 səhifəlik (dörd yarpaqlı) broşüralar şəklində nəşr edilmişdir. Jurnal 1792-ci ildə Fransız İnqilabı zamanı nəşr ömrünü başa vurmuşdur. 1797-ci ildə Journal des savants kimi yenidən meydana çıxsa da, 1816-cı ilə qədər mütəmadi formada nəşr olunmamışdır. Bu tarixdən sonra müntəzəm olaraq nəşr olunsa da, məzmunu xeyli dəyişərək elmi deyil, ədəbi nəşrə çevrilmişdir.
Musée des Blindés
Musée des Blindés ("Zirehli Nəqliyyat vasitələri Muzeyi") və ya Musée Général Estienne Fransanın Loire Vadisində, Saumur şəhərində yerləşən bir tank muzeyidir. Bu gün dünyanın ən böyük tank muzeylərindən biridir. 1977-ci ildə həm Fransız hərbi iyerarxiyasını, həm də yerli siyasi məmurları inandıran polkovnik Mişel Aubrinin rəhbərliyi ilə quruldu. 35 il əvvəl yalnız bir neçə yüz tırtıllı nəqliyyat vasitəsi ilə başlayan bu muzey, dünya səviyyəli kolleksiyası ilə tank inkişafı tarixi ilə maraqlanan insanları və peşəkar zirehli maşınlar üzrə mütəxəssisləri cəlb edən bir məkana çevrilmişdir. Əvvəldən polkovnik Aubry, tarixi və ya texniki baxımdan vacib olan maşınları saz vəziyyətə gətirməyi muzeyin əsas siyasəti etmişdir. Muzey dünyada ən böyük zirehli döyüş maşınlarının kolleksiyasına malikdir və 880-dən çox nəqliyyat vasitəsindən ibarətdir və yalnız dünyada daha çox tanka malik olan İngiltərədəki Tank Muzeyindən geri qalır. 1993-cü ildə daha böyük bir binaya köçürülsə də, yer olmadığı üçün muzeydəki nəqliyyat vasitələrinin yalnız dörddə bir hissəsi nümayiş etdirilə bilir. Muzeydə 200-dən çox vasitə tam işlək vəziyyətdədir, o cümlədən dünyada yeganə olaraq hələ də işləyə bilən Üçüncü Reyx istehsalı olan Tiger II tankı da bura daxildir. Tiger II, ümumiyyətlə hər il yayda baş verən Carrousel adlı zirehli avtomobil şousunda iştirak edir. Saumur bir əsrdən çoxdur ki, süvarilər üçün ənənəvi bir təlim mərkəzidir; hal-hazırda tamamilə zirehli maşın mütəxəssisləri hazırlığına yönləndirilmiş Zirehli Süvari Təlim Məktəbi də burada yerləşir.
Oberkommando des Heeres
Oberkommando des Heeres (qısaca: OKH, Quru Qoşunlarının Baş Qərargahı) — 1935–1945-ci illər arasında Nasizm dövründə Heer (Quru Qoşunları) qərargahına verilən addır. Veymar Respublikası dövründən Almaniyanın silahlı qüvvələrinin adı olan Reichswehr, Adolf Hitlerin 16 mart 1935-ci ildə Versal sülh müqaviləsinin Almaniya Silahlı Qüvvələrini məhdudlaşdıran maddələrini ləğv edərək yenidən silahlandırma haqqında qanun verməsindən sonra Wehrmacht olaraq dəyişdirildi. Wehrmachtın quru qüvvələri qolu olan Reichsheer də Heer adlandırıldı və OKH Heerin baş qərargahı olaraq yaradıldı. Faşistlərin sovet əsirlərinə qarşı etdiyi cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando des Heeresin əmri ilə baş vermişdir.
École des Beaux-Arts
École des Beaux-Arts, tam adı ilə, École Nationale Supérieure Des Beaux-arts, Jean-Baptiste Colbert (XIV Louis dövrünün naziri) tərəfindən Académie Royale d'Armitecture adı altında 1671-ci ildə Parisdə yaradılmış bir təsviri sənət məktəbidir. 1793-cü ildə Académie Royale de Peinture et de Sculpture (1648-ci ildə yaradılıb) məktəbi ilə birləşdirildi. Məktəb rəsmxət, rəsm, heykəltaraşlıq və memarlıq (1968-ci ilə qədər) kimi təsviri sənətlərdən dərs deyir.
Association des Etats Generaux des Etudiants de l'Europe
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
École nationale supérieure des mines de Paris
Mines Paris - PSL (École nationale supérieure des mines de Paris və ya Mines Paris kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və PSL Research University üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
Egey adaları (desentralizasiya idarəsi)
Egey adaları (yun. Αποκεντρωμένη Διοίκηση Αιγαίου (ΑΔΑ)) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri. == Tarixi == 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir. Tərkibinə iki periferiya — Şimali Egey adaları və Cənubi Egey adaları daxildir. İnzibati mərkəzi — Pirey şəhəridir. İdarəetmə rəhbəri koordinatordur, Yunanıstan höküməti tərəfindən təyin olunur . Hal-hazırdakı koordinator (2 yanvar 2019-cu ildən) — Polikarpos Polixronakis (Πολύκαρπος Πολυχρονάκης).
Frederik Desmon
Frederik Desmon (fr. Frédéric Desmons; 14 oktyabr 1832[…] – 4 yanvar 1910[…], Paris) — fransız kalvinist rahib və mason. == Həyatı == Frederik Desmon 1832-ci ildə Brinonda Qar departamentində anadan olmuşdur. Nim şəhərində kollecdə təhsil almışdır. Nimdəki təhsilini bitirdikdən sonra Cenevrəyə kalvinizmin ən önəmli tərəflərindən olan ilahiyyatı öyrənməyə getdi.
Glycyrrhiza asperrima var. desertorum
Hava-Desant Qüvvələri
Hava-desant qüvvələri — təyyarə ilə münaqişə zonasına aparılan və ümumiyyətlə yüngül paraşütlü piyada hərbi birliklərdir. Qoşunlar düşmən xətlərinin arxasına yerləşdirilə bilər və kiçik bir xəbərdarlıqla demək olar ki, hər yerə çatmaq imkanları vardır. Hava-desant qüvvələri əsasən uzunmüddətli döyüş əməliyyatları üçün təchizat və avadanlıqlara ehtiyac duymur və paraşüt əməliyyatları əlverişsiz hava şəraitinə xüsusilə həssasdır. İkinci Dünya Müharibəsindən bəri vertolyot texnologiyasındakı irəliləyişlər Hava-Desant Qüvvələrinin hücumlarının əhatə dairəsini genişləndirdi və hava hücumları genişmiqyaslı paraşüt əməliyyatlarını əvəz etdi. == İstinadlar == == Xarici keçidlər == ArmyParatrooper.org Hagerman, Bart, Operation Varsity: Allied Airborne Assault Over the Rhine River World War II History Magazine, (1998), pp. 1–5 Taylor, John M., 101st Airborne Division Participate in Operation Overlord Military History Quarterly, (2004), pp. 1–5 Murray, Williamson, Airborne Operations During World War II World War II History Magazine (2004), pp.
Jean Loiseleur-Deslongchamps
Jan (fr. Jean Louis August Loiseleur-Deslongchamps; 24 mart 1774, Dre (Yuxarı Provans Alpları)[d] – 8 may 1849, Paris, Fransa) — Fransa botaniki.
Kore wa Zombie Desu ka?
Is This a Zombie?, Yaponiyada tanınan adı ilə Kore wa Zombie Desu ka? (これはゾンビですか?, Kore wa Zonbi Desu ka?, azərb. Bu bir zombidir?‎) və ya qısaca Korezom (これゾン, Korezon) — Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılan ranobe seriyası. Fujimi Shobo nəşriyyatı 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa kimi Fujimi Fantasia Bunko imprinti altında ranobenin 19 cildini nəşr etmişdir. Ranobe əsasında 2 manqa adaptasiyası və bir yonkoma adaptasiyası istehsal olunmuşdur. Studio Deen tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 11 yanvar 2011-ci ildən 31 mart 2011-ci ilə kimi yayımlanmışdır. "Is This a Zombie? of the Dead" (これはゾンビですか? オブザデッド, Kore wa Zonbi Desu ka? Obu za Deddo) adlı ikinci mövsüm isə 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi nümayiş etdirilmişdir.
Krit (desentralizasiya idarəsi)
Krit (yun. Αποκεντρωμένη Διοίκηση Κρήτης) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, eyni adlı Krit periferiyasından ibarətdir. İdarənin mərkəzi — İraklion şəhəridir. Desentralizasiya idarəsi 2011-ci ildə Kallikratis proqramı çərçivəsində yaradılmışdır (Qanun 3852/2010). == Xarakteristikaları == Krit desentralizasiya idarəsinin sahəsi 8.336 kvadrat kilometr və əhalisi 623.065 nəfər təşkil edir. Sıxlığı 43,27 nəf./km2. == İstinadlar == == Ədəbiyyat == Ministry of Interior. Structure and operation of local and regional democracy. // Council of Europe (January 2013).
Laminqton (desert)
Laminqton (ing. lamington) — Avstraliya deserti, şokolad qlazuru və kokos yonqarı ilə örtülmüş biskvitli düzbucaq formasında təqdim olunur. Bəzən iki birləşmiş laminqton bir krem və ya çiyələkli cemin köməyi ilə bir pirojna olur. == Mənşəyi == Laminqton deserti Laminqtonun ikinci baronu, 1896-1901-ci illərdə Kvinslend ştatının qubernatoru Çarlz Uollis Aleksandra Napira Kokreyn-Beyllinin (Charles Wallace Alexander Napier Cochrane-Baillie) şərəfinə adlandırılıb. Bu desertin yaranmasına dair bir neçə versiya mövcuddur. Bir əfsanəyə görə, qubernatora gözlənilmədən qonaq gəlir, evdə bayat biskvitdən başqa heç nə olmur. Aşpaz şokolad biskvitini 4-5 sm-lik kubik şəklində doğrayır və doğranmış kokosla dilimləri örtür. Digər versiyada isə deyilir ki, biskvitin keçə forması Laminqton baronu Xomburqun sevimli forması olub. Qəribə təsadüfə görə, desert Laminqtonda bəyənilmir, o «acı, kobud, boş biskvit» adlandırılır. == Bu günkü gündə == Laminqton snek (yüngül qəlyanaltı) kimi Avstraliya və Yeni Zelandiyada populyar olaraq qalır.
Mentha deseglisei
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Mikania desmocephala
Mikania desmocephala (lat. Mikania desmocephala) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Moreya despotluğu
Moreya despotluğu - 1349-cu ildə Axeya knyazlığından alınan torpaqlarda yaradılmışdı. Bizans torpaqları sayılan Moreya əslində öz despot (despotizm ilə qarışdırılmamalıdır) adlanan hakimləri tərəfindən idarə olunurdu. İlk Moreya despotu Kantakuzinlər sülaləsindən Manuel Kantakuzin idi. 1460-cı ilə qədər mövcud olmuş despotluq Dmitri Paleoloqun Osmanlıya təslim olması ilə ləğv edildi.
Neoseiulus desertus
Neoseiulus desertus (lat. Neoseiulus desertus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Olivera Despina Xatun
Olivera Despina Xatun (1372 – 1444) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Serbiya knyazı Lazar Xrebelyanoviçin qızı. 1372-ci ildə dünyaya gəldiyi ehtimal olunur. Atası Serbiya knyazı Lazar Xrebelyanoviç, anası isə kraliça Militsadır. Ailəsinin altıncı övladı olan Oliveranın yolu Osmanlılarla ilk dəfə 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə kəsişdi. Belə ki, qəti Osmanlı qələbəsiylə nəticələnən döyüş əsnasında atası həlak olmuş, Osmanlı sultanı Murad Hüdavəndigar isə serb əsilzadəsi Miloş Obiliçin tərtiblədiyi sui-qəsdlə qətlə yetirilmişdi. Atasının ölümündən sonra hakimiyyəti ələ alan anası kraliça Militsa və qardaşı Stefan hakimiyyəti əllərində saxlamaq üçün Osmanlı təbəəliyini qəbul etməyə məcbur oldular. Yenicə taxta çıxan Osmanlı sultanı İldırım Bəyazidlə aparılan danışıqlar nəticəsində 1391-ci ildə tərəflər arasında sülh bağlandı. Sülhün şərtlərinə görə, Serbiya knyazlığı Osmanlı təbəəliyini qəbul etdi və illik xəracla tələb olunduğu halda əsgər göndərməyi öhdəliyinə götürdü. Bunun qarşılığında isə Osmanlılar daha öncə fəth olunan Səməndirə qalası və ətrafını serblərə geri verdilər. Sülhün təminatı olaraq isə yeni knyaz Stefan Lazareviçin bacısı olan Olivera Despina Osmanlı sultanıyla evləndirildi.
Pachyptila desolata
Antarktika balinaquşu (lat. Pachyptila desolata) — Fırtınaqumukimilər dəstəsinə daxil olan növ. Bədəninin uzunluğu 25–27 sm, çəkisi 150–160 q təşkil edir. Qanadları arasında məsafə 58–66 sm-dir. Cinsə daxil olan digər növlərlə çaşdırılsada xüsusən Pachyptila salvini növü ilə səhv salınır. Uçuş zamanı isə demək olar ki, tanımaq mümkün deyil. Antarktika balinaquşunun dimdiyi Pachyptila salvini növünün dimdiyinə nisbətdə qısadır. Pachyptila desolata desolata — Kroze adaları, Kergelen və Makkuori adası. Pachyptila desolata alter — Oklend adaları və Herd adası və Makdonald adaları. Pachyptila desolata banksi — Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Orkney adaları, Cənubi Şetland adaları, Skott adası.
Paragigagnathus desertorum
Paragigagnathus desertorum (lat. Paragigagnathus desertorum) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paragigagnathus cinsinə aid heyvan növü.
Pentacalia desiderabilis
Pentacalia desiderabilis (lat. Pentacalia desiderabilis) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Picrothamnus desertorum
Picrothamnus desertorum (lat. Picrothamnus desertorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin picrothamnus cinsinə aid bitki növü.
Poa attenuata var. desertorum
Soğanaqlı qırtıc (lat. Poa bulbosa) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. Paneion bulbosum var. viviparum (Koeler) Lunell Poa alpina Pall. ex Roem. & Schult. [Invalid] Poa attenuata var. desertorum (Trin.) Griseb. Poa briziformis Trab. Poa bulbillifera Chrtek& Hadac Poa bulbosa subsp.
Poa desertorum
Soğanaqlı qırtıc (lat. Poa bulbosa) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. Paneion bulbosum var. viviparum (Koeler) Lunell Poa alpina Pall. ex Roem. & Schult. [Invalid] Poa attenuata var. desertorum (Trin.) Griseb. Poa briziformis Trab. Poa bulbillifera Chrtek& Hadac Poa bulbosa subsp.
Qay Messi Kvint Trayan Desi
Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur. Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.
Quercus deserticola
Quercus deserticola (lat. Quercus deserticola) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Salix deserticola

Значение слова в других словарях