Deskriptor
lat. descriptor – təsvir edirəm
sənədin əsas məzmununu xarakterizə edən söz və ya söz birləşməsi; sənədin məzmununun əsasını təsvir etmək üçün informasiya – axtarış dilinin leksika vahidi. Deskriptor informasiya – axtarış sistemində sənəd axtarışı zamanı informasiya sorğularını qısa və dürüst ifadə etmək üçün də işlədilir.