Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daft Punk
Daft Punk — Tomas Banqalter və Gi-Manuel de Omem-Kristo tərəfindən 1993-cü ildə yaradılmış fransız elektron musiqi dueti. 1990-cı illərin sonlarına doğru Fransada haus musiqisinin inkişafı ilə əlaqədar böyük uğurlara nail oldular. Onlar elektro, haus, disko və sintipop musiqisinin elementlərini birləşdirərək özünəməxsus səslənmə üslubu yaratdılar. Daft Punk 2006-2007-ci illərdə iştirak etdiyi musiqi turundan sonra Alive 2007 adlı konsert albomunu buraxdı. 2009-cu ildə həm albom, həm də bu aboma daxil olan Harder Better Faster Stronger mahnısı Qremmi mükafatına layiq görüldü. 2013-cü ilin mayında Daft Punk özünün dördüncü studiya albomu olan Random Access Memories albomunu, bundan bir ay əvvəl isə həmin alboma daxil olan və sonradan hitə çevrilən Get Lucky mahnısını buraxdı. 26 yanvar 2014-cü ildə 56-cı Qremmi mərasimində həm mahnı, həm də albom ümumilikdə 5 nominasiyada Qremmi mükafatına layiq görüldü.
Post punk
Postpank (ing. Post-punk) — 1970-ci illərin ortalarından pank rokun məşhurlaşmasından sonra yaranmış rok musiqi hərəkatı. Hər nə qədər bu janrın kökü punk roka çıxsa da post pank daha içə dönük və eksperemental janrdır. Post pank indie musiqi və pankı məşhurlaşdırmış,alternativ rokun yaranması üçün zəmin yaratmışdır. Post pank həm də Yamayka dub musiqisindən (əsasən bas gitara istifadəsində) və Amerikan fankından təsirlənmiş, studiya işlərində eksperementallığı ön plana çıxarmışdır.
Art punk
Cunko
Cunko — Yaponiya qadın adı. Cunko İşida — keçmiş Yaponiya qadın futbolçusu. Cunko Ozava — keçmiş Yaponiya qadın futbolçusu.
Dunit
Dunit — demək olar ki, təmamilə olivindən (>90%) ibarət, olivinitlər – dunit ailəsindən olan tam kristallik ultraəsasi dərinlik süxuru. == Haqqında == Tərkibində adətən 3–12% fayalit komponenti olur. Aksessor minerallardan yüksəkxromlu idiomorf xrom-şpinelid (5%-dək) iştirak edir. Adətən qismən serpentinləşmiş olur. Panidiomorf dənəvər, serpentinləşmiş növü isə ilgəkvari quruluşda olur. Qırışıqlıq əyalətlərdə dunit – qarsburkit və dunit – piroksinit-qabbro komplekslərində, qədim platformalarda isə təbəqələşmiş intruzivlərdə və həlqəvi qələvi-ultraəsasi komplekslərdə yayılmışdır. Növ müxtəlifliyi: tərkibinə görə – hortonolitli, qranatlı, xromitli, enstatitli dunit, ferrodunit; əmələgəlmə şəraitlərinə görə – törəmə dunitlər. == Həmçinin bax == Olivin Süxur Aksessor minerallar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Hünüt
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Lünet
Lünet — qeyri-sərt valların metalkəsən dəzgahlarda emal zamanı kəsmə qüvvəsinin təsiri altında və məxsusi ağırlıqdan yaranacaq elastiki yerdəyişmələri azaltmaq, hissənin titrəməyə qarşı davamlığını artırmaq məqsədilə tətbiq edilən dəzgah komponentidir. Lünet tərpənməz olaraq dəzgahın gövdəsinə bərkidilir və ya da hərəkətli olaraq supportla birlikdə emal zamanı hərəkət etdirilir.
Qunki
Qunki — Yaponiyada Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərlərin yazıldığı janr. «Qunki» hərfi mənada «hərbi təsvir» deməkdir. Bu janrı Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərləri belə adlandırırdılar. «Qunkilərin» bir hissəsi O zamankı Heyyan dövründəkinə uyğun olaraq əsərin predmetinə, mövzusuna görə seçilir. (məs. Horen dövrünün povesti – Horen-monoqatari: Meyci dövrünün povesti, «Heyke-monoqatari», «tayra nəsli haqqında povesti) Deməli, «Qunki» ilə monoqatari arasında genetik əlaqə vardır. Bununla belə «Qunki»nin özünə məxsus fərqləndirici cəhəti vardır. Qunki ədəbi dilin yeni tipi ilə səciyyəvidir. Kitaizm burada yalnız leksik simada özünü göstərir, lakin elə sintaktik mənada da əsərin quruluşuna azca təsir göstərmişdir. «Qunki»də Heyyan ədəbiyyatının dil elementlərini görə bilinir və burada bir sıra xalq sözlərinin də şahidi olunur.
Qunut
Qunut — əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.
Yunit
Vahid (ing. unit) — fiziki kəmiyyətlərin hesablanmasında, ifadə edilməsində və eyni cinsdən olan kəmiyyətlərin bir-biri ilə qarşılaşdırılmasında istifadə edilən beynəlxalq standart böyükləridir. Beynəlxalq vahidlər sistemində əsas vahidlər; kütlə Kiloqram, uzunluq Metr, zaman Saniyə, istilik Kelvin, elektrik cərəyanı şiddəti Amper, işıq şiddəti Kandela və maddə miqdarı Mol vahidləri ilə ifadə olunur.
Yunko
Junco (lat. Junco) — Sərçəkimilər dəstəsinə Vələmir quşları fəsiləsinə aid cins. Bu cinsin nümayəndələri əsasən Şimali Amerika ərazisində yayılmışdır. Şimali Amerikanın iynəyarpaqlı meşələrindən tutmuş mərkəzin enliyarpaqlı meşələrinə kimi ərazilərdə yayılmışdır. Adətən cənuba miqrasiya edirlər. Bir qismi oturaq həyat sürür. Yer üzərində qidalanırlar. Quşlar sürülər halında yaşayırlar. Tum və həşaratlarla qidalanırlar. Yuvanı əsasən yerdə qururlar.
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Sünət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnəti Yaşayış məntəqələri Sünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Cünk
Cünk — XX əsrin əvvəllərinə qədər ədəbiyyat həvəskarları tərəfindən tərtib edilən poeziya antologiyaları — əlyazma kitabları. Cünk sahibinin ədəbiyyata bələdliyi, şəxsi zövqü, savadı, ədəbi mənbələrə bələdliyi, nəhayət, hansı regionda yaşaması onun tərtib etdiyi əlyazma antologiyasının xarakterini və mündəricəsini müəyyənləşdirir. Cünklər həm eyni janrda yazılmış poeziya nümunələrini, həm də müxtəlif janrlı poetik parçaları özündə ehtiva edə bilər. Ədəbiyyat tarixinin öyrənilməsində, habelə mənbəşünaslıq baxımından, cünklərin mühüm əhəmiyyəti var. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Pakt
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Pink
Alisya Bet Mur (ing. Alecia Beth Moore, və ya bilinən adıyla Pink və P!nk; 8 sentyabr 1979) ABŞ-lı bir pop musiqi müğənnisidir. Pink, 8 sentyabr 1979 tarixində ABŞ'ın Pensilvaniya əyalətinin Doylestown bölgəsində dünyaya gəldi. Müğənninin Pink adını almasının səbəbi, düşünüldüyü kimi musiqi dünyasına ilk addım atdığında saçlarının bənövşəyi rəngli olması deyildi. Dostları ona bu adı, Reservoir Dogs filmindəki Mr. Pink xarakterinə bənzədiyi üçün taxmışlar idi. Pinkin musiqiyə olan marağının başlıca səbəbi, atasının onu yatırtmaq üçün bəstələdiyi mahnılardı. Yaşı irəlilədikcə bu mahnılar duetlərə çevrildi və Pink lisey illərində atasıyla birlikdə ilk bəstələrini etməyə başladı. Yerli bir rep qrupuyla səhnəyə çıxdığında isə hələ 13 yaşında idi. Olduqca problemli bir gənclik dövrü keçirdikdən və anası ilə atası ayrıldıqdan sonra, anasıyla dalaşmaqdan pis vəziyyətə düşərək 14 yaşında evi tərk etdi və musiqi həyatına daha ciddi bir şəkildə davam etmək məcburiyyətində olduğunu anladı.
Hamqyon-Pukto
Hamqyon-Pukto (kor. 함경북도) — inzibati mərkəzi Çxoncin şəhəri olan Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) vilayəti. Demək olar ki, vilayətin bütün əhalisi koreyalıdır. Viləyətdə Hamqyon dialekti üstünlük təşkil edir. Bu vilayət post-sovet ölkələrində yaşayan ən böyük koreyalı icmasının (Koryo-Saram) tarixi vətənidir. 1895-ci ildən əvvəl köçənlərin çoxu Yukçin regionundan gəlirdi. Daha sonra bunları Kilcu və Myonçxon qəzalarından gələn köçkünlər əvəz etmişdir. == Coğrafiya == Vilayət şimalda Çin, cənub-qərbdə Hamqyon-Namdo, qərbdə isə Ryanqando ilə həmsərhəddir. Vilayətin şərqində Yapon dənizi yerləşir. Vilayətdə həmçinin Tonhe kosmodromu və Hveryon konsentrasiya düşərgəsi yerləşir.
Hünüt (dəqiqləşdirmə)
Hunud — tarixi Zəngəzur mahalının Qafan bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Hünüt — tarixi Zəngəzur mahalının Meğri/Mığrı bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Yuxarı Hımud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Aşağı Hunud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Günnüt — Naxçıvan MR-nın Şərur rayonu ərazisində kənd (Kömürlüdağ yaxınlığında).
Münke xaqan
Münke xaqan (ən tezi 10 yanvar 1209, Böyük Monqol imperiyası – 11 avqust 1259) - Möngkə qaan adı ilə tanınan Monqol imperatoru. 1251-1259-cu illərdə hakimiyyətdə olmuşdur. Qızıl Ordu dövlətinin başçısı Batının köməyi ilə Münke 1251-ci ildə xaqan oldu . XIII əsrin 50- ci illərində İranda, Ərəb İraqında, Ön Asiyanın digər ölkələrində elə ərazilər var idi ki, onlar nə iqtisadi, nə də strateji cəhətdən tabe edilməmişdi. Bu əraziləri tabe etmək üçün böyük hərbi ekspedisiya hazırlandı və həyata keçirmək üçün Ali Monqol Xaqanı Münke öz qardaşı Hülakü xanı başda olmaqla göndərdi.
Otto Funke
Otto Funke — alman fizioloqu 1828 oktyabrın 27-də Xemnitsdə doğulmuşdur. O, təhsilini Leypsiq və Haydelberqdə almışdır. 1852-ci ildə Leypsiq Universitetində fiziologiya müəllimliyi vəzifəsində çalışmağa başladı. 1853-cü ildə Leypsiqdəki tibb fakültəsinə dosent, 1860-cı ildə Frayburq Universitetində fiziologiya professoru oldu. Fizioloq Evald Hering in (1834–1918) Leypsiqdəki tanınmış şagirdlərindən biri idi. 1851-ci ildə Otto Funke ilk olaraq "Blutfarbstoff" adını verən hemoglobin (Alman dilində: "Hämoglobinkristalle") kristallaşdıran ilk alim idi.
Penka təpəsi
Penka təpəsi — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 217 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır. Təpə ətli yarpağı olan və İspaniyada yetişən penkanın adını daşıyır. Penka təpəsi 62°36′04″ c. e. 61°07′23″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 2.77 km cənub-şərqdə, Dulo təpəsindən 2.28 km cənub-şərqdə, Battenberq təpəsindən 1.93 km cənub-şərqdə, Varadero təpəsindən 2.15 km şimal-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Punam Dillon
Punam Dillon (18 aprel 1962, Kanpur, Uttar Pradeş) – 18 aprel 1962-ci ildə Hindistanda dünyaya gəlmiş. 1977-ci ildə Dillon “Hindistanın gənc gözəli” müsabiqəsində qalib gəlmişdir. Rejissor və prodüser Yaş Çopranın diqqətini cəlb edən Dillon “Şiva allahı” (1978) filminə dəvət alır. Ardınca Çopra gənc aktrisaya öz filmində rejissor Manmohan Krişnanın “Nuri” dramında baş rolu etibar edir. Bu rola görə aktrisa “Ən yaxşı qadın aktrisa” nominasiyasında “Filmfare Awards” mükafatını qazanmışdır. Punam Dillon öz dövrünün tanınmış aktyorları ilə tərəf müqabili olmuşdur. Raceş Xanla “Al qızılgül” (1980), “Ağrı” (1981), “Cəsur” (1983), “Vaxt bitdi” (1985), “Xalq” (1987), “Jai Shiv Shankar” (1990), Rişi Kapurla “Gənclərin andı” (1982), Sanciv Kumarla “Sevimli arvad” (1981), Hema Malini ilə “Alçalma” (1986) filmlərində çəkilmişdir. Punam Dillon həmçinin “Nişan” (1980), “Punam” (1981), “Roman” (1983), "Cinayət sirrləri” (1985), “Karma” (1986), “And” (1988), “Qan hesabı” (1989), “Varlı və kasıb” (1990) filmlərində də çəkilmişdir.
Punuk adaları
Punuk adaları (ing. Punuk Islands) — Müqəddəs Lourens adasının şərq ucunda Berinq dənizində üç kiçik adadan ibarət adalar qrupu. Adalar Apavavuk burnundan 8,5 km cənub-şərqdə və Niiqhapak burnundan 18 km cənub-qərbdə yerləşir. Bu adaların xəritəsi 1849-cu ildə Rusiya İmperator Donanmasının kapitanı Mixayıl Tebenkov tərəfindən yupikcə olan adı ilə adlandırılır. Onlar həmçinin "Pinik adaları" və "Punquk adaları" adları ilə tanınırlar. Punuk adaları morjlar və dəniz quşları üçün təbii yaşayış yeridir. Adada yaşayan İqtisadçı-tarlasiçanının endemik yarımnövü (Microtus oeconomus punukensis) yaşamaqdadır. Punuk mədəniyyətinin mühüm arxeoloji sahəsi olan Okvik ərazisi adalarda Otto Vilyam Geist tərəfindən aşkar edilmişdir. 1931-ci ildə Geist və İvar Skarland 1934-cü ildə ərazidə qazıntı apararaq, daşlaşmış morj sümüyü artefaktları tapır, onların çoxu hazırda Alyaska Universitetinin kolleksiyasındadır.
Punya (kommuna)
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Pusat (mifologiya)
Pusat - Türk və Altay xalq mədəniyyətində və mifologiyasında silah mənasına verir. Günümüzdə "at, arvad, silah" olaraq söylənən atalar sözünün orijinal forması "at, arvad, pusat" şəklindədir və bu atalar sözündə silaha verilən önəm vurğulanır. Başqa bir anlayışa görə də Türk mədəniyyətində kişi bığına, qadının saçına, atın quyruğuna icazəsiz toxunulmaz, bunların zorla kəsilməsi böyük təhqir sayılır və bu təhqir ancaq Pusatla aradan qaldırılır. Türk xalq inancında bəzi silahlara ayrı bir əhəmiyyət verilir və bunlar müqəddəs qəbul edilir. Qılınc Qılınc, türklərdə və monqollarda müqəddəs bir obyektdir. Əcdad qılıncı nəsildən-nəslə əmanət edilib evdə saxlanılır. And edilərkən əyilib qılınc öpür. Döyüş ruhunun simvolu sayılır. Skiflərdə qılınc Tanrının rəmzidir. Göydən gələn qılınclar ən güclü silahlar olaraq qəbul edilir.