deutsch

adj. alman; auf ~ almanca; zər, buna oxşar
Deutsch
Deutsche
OBASTAN VİKİ
Allgemeiner Deutscher Nachrichtendienst
Allgemeiner Deutscher Nachrichtendienst (ADN; Almaniya Ümumi Xəbər Xidməti) — Almaniya Demokratik Respublikasınd Teleqraf Məlumat Agentliyi. 1946-cı ildə yaradılmışdır. Berlində yerləşirdi.
Deutsche-Bank-Hochhaus
Deutsche-Bank-Hochhaus (Almaniya Bankının ekiz göydələnləri) — "Doyçe-Bank"ın mənzil-qərargahı - ekiz göydələnlər. Almaniyanın Frankfurt-Mayne şəhərində yerləşir. Avropanın ən hündür binaları siyahısında 80-ci, Avropa Birliyində 53-cü, Frankfurt-Maynedə 10-cu yerdədir.
Deutsche Bank
Deutsche Bank dünyanın yetmiş iki ölkəsində maliyyə xidmətlərinin göstərilməsi ilə məşğul olur, depozitlərin həcminə görə bank Avropada aparıcı mövqelərdə qərarlaşıb. Deutsche Bank-ın tarixi 22 yanvar 1870-ci ildə nizamnamənin qəbul edilməsi ilə başlamışdı. Bank mövcudluğunun ilk onilliyində sürətlə inkişaf edərək dünyanın ən mühüm bir neçə iqtisadi layihəsini idarə edirdi. O, Almaniyada metallurgiya, kimya və elektrotexniki sənayenin inkişafında əsas rollardan birini oynadı. 1929-cu ildə bank digər yerli alman bankları ilə birləşir və Almaniyanın bank işi tarixində ən böyük birləşmə olan Deutsche Bank und DiscontoGesellschaft əmələ gəlir. 1937-ci ildə bankın adı yenidən Deutsche Bank olur. İkinci dünya müharibəsi zamanı bank yəhudilərin mülkiyyətinin müsadirəsində iştirak etmişdir ki, sonradan buna görə külli miqdarda kompensasiya ödəməyə məcbur oldu. Müharibə bitdikdən sonra bankı on regional şöbəyə böldülər, lakin onlar 1952-ci ildə üç bank – Rheinisch-Westfälische Bank AG, Süddeutsche Bank AG və Norddeutsche Bank AG adı altında birləşdilər. Öz növbəsində 1957-ci ildə bu üç bank birləşərək Deutsche Bank AG bankı formalaşdırırlar. Deutsche Bank dünyanın yetmiş iki ölkəsində fəaliyyət göstərir və onun fəaliyyəti korporativ və fərdi müştərilər üçün maliyyə məhsul və xidmətlərinin göstərilməsindən ibarətdir.
Deutsche Welle
Deutsche Welle — 1953-ci ildə yaranan Almaniya beynəlxalq xəbərlər telekanalı.
Deutschland (mahnı)
Deutschland (alman dilindən – «Almaniya») — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun gözlənilən adsız yeddinci studiya albomunun baş sinqlıdır. Bu, musiqi qrupunun 2012-ci ildə çıxardığı "Mein Herz brennt" mahnısından sonra çıxardığı ilk mahnıdır. "Deutschland" mahnısı "Rammstein" musiqi qrupunun Almaniyada ən çox qulaq asılan mahnı tituluna qazanan ikinci mahnı olmuşdur. Birincisi 2009-cu ildə çıxarılan "Pussy" mahnısı idi. 26 mart 2019-cu ildə musiqi qrupunun rəsmi "YouTube" kanalında 35 saniyəlik bir promo videosu yayımlanmışdır. Bu videonun sonunda rum rəqəmləri ilə 28 mart 2019-cu il tarixi və "Deutschland" sözü görünür. İki gün sonra – 28 mart 2019-cu il tarixində mahnının klipi yayımlanır. Bu klipdə Roma imperiyasının qədim Almaniyaya hücumu, orta əsrlərdə Müqəddəs Roma imperiyası, Napoleon müharibələri, İkinci Dünya müharibəsi və Berlin divarı kimi Almaniya tarixindən müxtəlif hadisələr, eləcə də indiki dövr və gələcək nümayiş olunur. Klipin bir səhnəsində Nasist Almaniyasının bir həbs düşərgəsində ölüm hökmü ilə edam olunan məhbuslar nümayiş olunur.
Neues Deutschland
Noyes Doyçland (alm. Neues Deutschland‎; mənası – Yeni Almaniya) — Almaniyada gündəlik qəzet. 23 aprel 1946-cı ildən Berlin şəhərində nəşr olunur. Almaniyanın birləşdirilməsindən əvvəl Almaniya Vahid Sosialist Partiyasının Mərkəzi Komitəsinin orqanı idi. Vikianbarda Noyes Doyçland ilə əlaqəli mediafayllar var.
Deutsche Post
Deutsche Post — Almaniyada yerli poçt xidmətləri üçün istifadə edilən "DHL Group"un brendi. Brend altında təklif olunan xidmətlər ənənəvi poçt xidmətləridir. Bu, brendi keçmiş dövlət poçt inhisarı olan "Deutsche Bundespost" varisinə çevirmişdir. 2008-ci ildən etibarən "Deutsche Post"un un bu xidmətlər üzrə monopoliyasının müddəti başa çatmışdır. Ənənəvi poçt xidmətləri ilə əlaqəsi olmayan əksər müəssisələr orijinal DHL şirkəti ilə əldə edilmiş DHL brendinə keçdilər. Bu səbəbdən qrup "DHL Group" adından istifadə edir. Qrup hazırda bütün poçt bölməsi daxilində brend altında aşağıdakı xidmətləri təklif edir: Poçt kommunikasiyası: daxili poçt xidmətini idarə edir (bağlamalar istisna olmaqla). Mətbuat xidmətləri: çap məhsullarının (qəzet və jurnalların) ölkə daxilində yayılması ilə məşğul olur. Pərakəndə satış məntəqələri: məktub poçtu, bağlama və poçtbank xidmətləri təklif edən yerli pərakəndə satış məntəqələri (poçt şöbələri) fəaliyyət göstərir. Dialoq marketinqi: birbaşa marketinq üçün bazar araşdırması və ünvanın yoxlanılması kimi xidmətlər təqdim edir.

Digər lüğətlərdə