Deutschland (mahnı)
Deutschland (alman dilindən – «Almaniya») — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun gözlənilən adsız yeddinci studiya albomunun baş sinqlıdır. Bu, musiqi qrupunun 2012-ci ildə çıxardığı "Mein Herz brennt" mahnısından sonra çıxardığı ilk mahnıdır. "Deutschland" mahnısı "Rammstein" musiqi qrupunun Almaniyada ən çox qulaq asılan mahnı tituluna qazanan ikinci mahnı olmuşdur. Birincisi 2009-cu ildə çıxarılan "Pussy" mahnısı idi.
26 mart 2019-cu ildə musiqi qrupunun rəsmi "YouTube" kanalında 35 saniyəlik bir promo videosu yayımlanmışdır. Bu videonun sonunda rum rəqəmləri ilə 28 mart 2019-cu il tarixi və "Deutschland" sözü görünür. İki gün sonra – 28 mart 2019-cu il tarixində mahnının klipi yayımlanır. Bu klipdə Roma imperiyasının qədim Almaniyaya hücumu, orta əsrlərdə Müqəddəs Roma imperiyası, Napoleon müharibələri, İkinci Dünya müharibəsi və Berlin divarı kimi Almaniya tarixindən müxtəlif hadisələr, eləcə də indiki dövr və gələcək nümayiş olunur. Klipin bir səhnəsində Nasist Almaniyasının bir həbs düşərgəsində ölüm hökmü ilə edam olunan məhbuslar nümayiş olunur.