DİALEKT

[ yun. ] dilç.
1. Yerli şivə, ləhcə. Məhəlli dialekt. Bakı dialekti.
2. bax dialektal. Dialekt sözləri.
DİAQRÁM
DİALEKTÁL
OBASTAN VİKİ
Moldav dialekt
Moldav dili — Moldova Respublikasında işlədilən rumın dilinin iki adından biri. Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır. Moldova Prezidentinin səlahiyyətlərini icra edən Mixay Gimpu bu məsələ ilə bağlı parlamentdə çıxış edib. O, bildirib ki, "moldav və rumın dillərinin eyniliyi hamı tərəfindən tanınıb. Artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır". Moldova parlamentinin rəhbəri bəyan edib ki, moldav və rumın dillərinin eyniliyi haqqında qərarı Rusiya, Rumıniya, Moldova və digər ölkələrin elmlər akademiyaları veriblər. Bu ideya respublikanın yeni konstitusiyası layihəsində əksini tapıb.
Dialekt kontinuumu
Dialekt kontinuumu (lat. continuum – yüyürüşmə) — dilçilikdə individual dialektlər arasında minimal fərqlərlə müəyyən ərazidə fasiləsiz məkan ardıcıllığı təşkil edən dialektlər toplusu mənasında işlənən termin. Kontinuum problemi müqayisəli-tarixi dilçilikdə mühüm yer tutur. Köhnə ədəbiyyatda istifadə olunan terminlərə dialekt sahəsi (Leonard Blumfild) və L-kompleks (Çarlz F. Hokett) daxildir.
Dialekt
Dialekt — sözü ərəb mənşəli isimdir. Dilçilikdə ümumi dialekt xüsusiyyətlərinə malik olan hər hansı bir dilin yerli şivələr qrupuna yəni dialektə ləhcə deyilir. Dialekt yunan mənşəli (q.yun. διάλεκτος) sözdür. Sıx ərazi birliyinə malik, daima və bilavasitə ünsiyyətdə olan adamlar tərəfindən işlədilən dilə "dialekt" (ləhcə) deyilir. Yəni dialekt (ləhcə) bir–birinə yaxın olan şivələrin məcmusudur.
"Dil yoxsa dialekt" problemi
"Dil yoxsa dialekt" problemi — hər hansı bir idiomun statusunun müəyyənləşdirilməsi ilə bağlı yaranan sual.
Dil yoxsa dialekt problemi
"Dil yoxsa dialekt" problemi — hər hansı bir idiomun statusunun müəyyənləşdirilməsi ilə bağlı yaranan sual.
Heliqoland dialekti
Heliqoland dialekti (Halunder) — Şimali friz dilinin dialekti. Almaniyanın Şimal dənizində yerləşən Heliqoland adasında danışılır.
Kabil Əfşar dialekti
Əfşar və ya Əfşari adlanan Azərbaycan türkcəsinin dialektlərindən biri — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Kabil Əfşar dialektini Azərbaycan dilinin dialektlərinin XIV (14-cü) qrupuna aid edir. Bu dialektdə danışan qruplar hal-hazırda Azərbaycanda, Türkiyədə, İranda, Suriyada və Əfqanıstanda yaşamaqdadırlar. Ethnologue və Glottolog bu dialkekti Cənubi Azərbaycandakı dilin dialekti olaraq qruplaşdırmışdır. İranika Ensiklopediyası isə onu müstəqil Cənubi Oğuz dili kimi təqdim edir. İslam Ensiklopediyasının üçüncü nəşrində bunlar qeyd edilmişdir: Linqivistik olaraq Əfşari Türk dillərinin Cənubi Oğuz qrupuna (cənub-qərbi türk dilləri) aid edilir (Johanson, History of Turkic, 82–3), və ya Cənubi Azərbaycan türkcəsinin dialekti kimi təqdim edilir. Farsdilli bir mühitdə yerləşdiklərinə görə, bir çox hallarda farsi dili əfşarların ana dilinə çevrilmişdir. Digər qruplar isə ikidilli olmuşdurlar (Kirmanda olduğu kimi). Bundan başqa, görünüşə görə, digər dillərlə olan kontaktlar orijinal dialekti transformasiya etmişdir. 2009-cu ildə müxtəlif Əfşar qruplarının linqvistik müqayisəsi diqqətəlayiq olaraq qalır.
Koroşi dialekti
Koroşi dialekti (Bəlucca: کوروشی)—Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindən və Bəluc dilinin dialektlərindəndir ki fars ostanının cənubunda yaşayan bəluclar tərəfindən danışılır. Koroşi dialektində danışanların sayı 2006-cı ildə 1000 nəfər olduğu təxmin edilib.
Nuxa dialekti
Şəki dialekti və ya əvvəlki adı ilə Nuxa dialekti — Azərbaycan dilinin dialektlərindən biri. Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqları və sultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxsa da, Nuxa dialekti fərqlənir. Oleq Mudrak(ru) tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır. Şəki şivəsi bəzi xüsusiyyətləri etibarilə cənub ləhcəsinin qədim izlərini daşıyır. Bunun səbəbi tarixən olmuş miqrasiyanın — Azərbaycanın cənub hissəsindən əhalinin köçürülməsidir. Həmçinin bəzi dialektik xüsusiyyətlər Qarabağdan Şəkiyə köçmüş və yerlilərlə qarışmış əhalidən miras qalmışdır. Filologiya elmləri doktoru Məmmədağa Şirəliyev tarixi–coğrafi prinsip əsasında Şəki dialektini Şimal qrupuna aid edir: Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Nuxa dialektini Şimal qrupuna aid edir: İsveçli dilçi və türkoloq Lars Yohanson Nuxa dialektini Şimal qrupu dialektlərinə aid edir: cincar — kicitkən, gürcü dilində eyni mənada işlənir; məngəl — oraq, qədim gürcü dilində orağa manqal deyilirdi; axşebı — yer adı, gürcü dilində axo — əkin yeri, eb — cəm şəkilçisidir.
Provans dialekti
Provans dialekti (oks. Provençau və ya Prouvençau) — Oksitancanın dialektlərindəndir ki, Fransanın cənubunda əsasən Provansda danışılır.
Provansal dialekti
Provans dialekti (oks. Provençau və ya Prouvençau) — Oksitancanın dialektlərindəndir ki, Fransanın cənubunda əsasən Provansda danışılır.
Qazax dialekti
Qazax dialekti və ya Qazax ləhcəsi — Azərbaycan dilinin qərb dialektləri qrupuna daxil olan dialekt. Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında, Gürcüstanın Dmanisi və Marneuli bələdiyyələrində geniş yayılmışdır. Qazax dialektində, eləcə də Azərbaycan ədəbi dilində 9 sait fonem var. Amma bu ləhcədə onların uzun və qısa variantları var. Onda ilkin uzunluq yoxdur, o, müəyyən samitlərin, əsasən h, y, qismən v, ğ, k, n, l səslərinin düşməsi nəticəsində yaranır. Uzanma əsasən a, ə, o, ö, qismən e, i, u, ü saitləri ilə əlaqəlidir. Məsələn, ā (ikiqat a) da < daha (hələ), ça < çağa (yeni doğulmuş); ə̃ — də̃ < dəyə (ayaqda), sə̃r < səhər, Zə̃m < Zəyəm (Şəmkir r-nunda kənd); ī — īd < igid (cigit), īrmi < iyirmi (iyirmi), çid < çiyid; ē — dēr < deyir, yēr < yeyir; ō — dōr < doyur (doyur), dōğa < dovğa; õ — dõr < döyür (vurur), qarõz < qara göz (qara göz); ū — qurdūm < qurdugum (mən tikdirmişəm); ŭ — gŭm < güyüm (mis küp). Saitlər Sandhi ilə də uzadılır: bizə̃l < bizə gəl (bizə gəl), nəsirdi < nə gəzirdi (başqa yerdə olmaq). Qazax dialektində qapalı saitlərin ''(ı, i, u, ü)'' qısa variantları vardır. Qısalıq, bir qayda olaraq, kökün birinci vurğusuz hecasında görünür, məsələn: ''kilim, sini, qıfıl, qutu''.
Qaşqay dialekti
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Qora dialekti
Qora dialekti, Qorani və ya Naşinski (sözün əsl mənası "bizim dilimiz") Cənubi Slavyan dillərinin bir çeşididir ki Kosovo, Albaniya və Makedoniya Respublikası arasında sərhəd sahəsində Qorani xalqı tərərəfindən danışılır. Torlak dialekti qrupunun bir hissəsidir ki, şərqi və qərbi Cənubi slavyan dilləri arasında olan keçid dialektidir. Qora dialekti Qora regionunda danışılır.Kosovada 18 kənddə, Albaniyada 11 kənddə və Makedoniyada 2 kənddə danışılır.
Quba dialekti
Quba dialekti — Azərbaycan dialektlərinin mövcud bölgüsünə əsasən şərq qrupuna daxildir. Bu ləhcə Xəzərin qərb sahili zonasının şimal-şərq hissəsinin (Dərbənd, Quba, Bakı, Şamaxı, Salyan) şivələrini əhatə edir. Üç şivə qrupu fərqlənir: 1) Bakı-Şamaxı, 2) Quba, 3) Dərbənd. Filologiya elmləri doktoru, görkəmli dilçi Məmmədağa Şirəliyev Quba dialektinin Quba, Xudat, Qusar və Xaçmaz bölgələrinin şivələrini əhatə etdiyini bildirib.
Sent onje dialekti
Sentonje dialekti-Fransanın qərb sahilinin yarıya qədərində, keçmiş Sentonje, Onis və Anqumua vilayətlərində (ki indi hamısı Şarant, Şarant-Maritim, habelə qonşu Do-Sevr,Vande və Jirond departmanlarının neçə hissələri tərkibinə daxil ediliblər),danışılan dialektdir.
Sentonje dialekti
Sentonje dialekti-Fransanın qərb sahilinin yarıya qədərində, keçmiş Sentonje, Onis və Anqumua vilayətlərində (ki indi hamısı Şarant, Şarant-Maritim, habelə qonşu Do-Sevr,Vande və Jirond departmanlarının neçə hissələri tərkibinə daxil ediliblər),danışılan dialektdir.
Sibin dialekti
Sibin dialekti — sibo xalqının dili. Çinin Sintsyan-Uyğur muxtar vilayətinin Çapçal-Sibo muxtar qəzasında məskunlaşıblar. Altay dilləri Tunqus-mancur dilləri xətinə aiddir. 2000-ci il üçün danışanların sayı 30 min nəfərdir. Çin alimləri sibin dialektini müstəqil dil hesab edirlər, rus tədqiqatşıları isə onu mancur dilinin dialekti qəbul edirlər. Kiril qrafikalı əlifbalı dillər siyahısı Li Shulan, Zhong Qian, Wang Qinfeng, (1984) Xībóyǔ kǒuyǔ yánjiū, Beijing: Minzu Chubanshe; Norman, Jerry. 1974. "Structure of Sibe Morphology", Central Asian Journal; K. Yamamoto. Mashūgo kōgo kiso shū. A Classified Dictionary of Spoken Manchu.
Sonqur dialekti
Sonqur dialekti və ya Sunqur şivəsi — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Sonqur dialektini Azərbaycan dilinin dialektlərinin XII qrupuna aid edir. Kirmanşah da danışılır. Sonqur dialekti Qaşqay dili və Aynallu ləhcəsi ilə birlikdə Cənubi Oğuz dilləri qrupuna aid ləhcədir. Azərbaycan dilinin Cənubi Azərbaycan dialektlərinə yaxın olsa da bununla yanaşı türkməncə və xorasan türkcəsi ilə də yaxındır. Bu ləhcədə əsasən Sonqur şəhərində və bölgəyə aid olan iki kənddə, Fərhad-xan və Gurvedə danışılır.
Lobnor dialekti
Lobnor dialekti və ya Lobnor dili — qarluq qrupuna daxil olan türk dili və ya uyğur dilinin şərq dialekti. == Təsnifi == Daha yeni tədqiqatlar göstərir ki, Lobnor dilinin xüsusiyyətləri onun digər uyğur dialektləri ilə əlaqəsini təsdiqləyir. Bəzi tədqiqatçılar lobnorlular ilə qırğızlar arasında sıx əlaqəyə dair fərziyyələr irəli sürmüşlər, lakin türk dillərinin təsnifatında ənənəvi meyarları nəzərə alındıqda, Lobnor dialektinin cənub-şərq türk dillərinin şərq qoluna aid olduğunu təsdiq etmək mümkün olar. Hər halda, Lobnor dialektinin dil xüsusiyyətləri onun digər uyğur dialektlərindən fərqli özünəməxsus xüsusiyyətləri olduğunu göstərir. Bu xüsusiyyətlərə ciddi ahəng qanunu, mütərəqqi samitlərin assimilyasiyası, ahəng qanunu və mütərəqqi assimilyasiya nəticəsində yaranan bəzi törəmələrin və inyektiv şəkilçilərin müxtəlif icrası, genitiv-akkusativ yaxınlaşma, sadə indiki/gələcək zaman və s. aiddir. Güman edilir ki, samitlərin mütərəqqi assimilyasiyası türk dillərinin bu sahədə təmaslarının nəticəsidir, qalan xüsusiyyətlər isə Lobnor dialektinin daxili inkişafına aiddir. Belə ki, özünəməxsus xüsusiyyətlərinə görə başqaları tərəfindən lobnorluların dilini uyğur dilinin ləhcəsi kimi deyil, özünəməxsus dil kimi təsnif etmək təklifləri də olmuşdur. Odur ki, dili dialektdən ayırmaq üçün ümumi qəbul edilmiş meyar yoxdur. Bəzi hallarda dili müəyyən etmək demək olar ki, qeyri-mümkündür və ya dialekt yalnız linqvistik sübutlarla məhdudlaşır.
Ərəb dilinin Misir dialekti
Ərəb dilinin Misir dialekti (ərəb. اللهجة المصرية‎) və ya Misir ərəb dili (اللغه المصريه الحديثه‎; özünüadlandırma – مصرى‎, məsri) — Misir əhalisinin əksəriyyətinin danışdığı ərəb dilinin növlərindən biri. "Misir dialekti" və "Qahirə dialekti" terminləri elmi ədəbiyyatda bir-birini əvəz edən mənada istifadə olunur. Qahirə Misirin ən böyük şəhəridir, ölkənin və şəhərin danışıq dili Misir dialektində eyni yazılır və eyni şəkildə tələffüz olunur – "Məsr". Багиров А. Г. Египетский арабский диалект. — М.: Поматур, 2008.
Ərəb dilinin Nəcd dialekti
Ərəb dilinin Nəcd dialekti (ərəb. اللهجة النجدية‎; özünüadlandırma – nəcdi) — Səudiyyə Ərəbistanının mərkəzi hissəsi olan Nəcd sakinlərinin danışdığı ərəb dilinin növlərindən biri. Nəcdi dialekti qədim ərəb dialektlərinin nəslindəndir. Bu dialektdə 9 milyon 870 min insan danışır ki, bunun da 8 milyonu Səudiyyə Ərəbistanında, 900 mini İraqda, 500 mini Suriyada, 50 mini İordaniyada yaşayır. İslamdan əvvəlki dövrdə Nəcd ərazisində, Hicazın bəzi hissələrində və Bəsra körfəzi sahillərində qədim ərəb dilinin şərq dialekt qrupları geniş yayılmışdı. Ərəb filoloqları və əksər Qərb alimləri ərəb poetik dilinin mənşəyini Nəcdin bədəvi qəbilələri ilə əlaqələndirirlər. Ərəblərin islamdan əvvəlki poeziyası Nəcdin şərq dialektləri əsasında inkişaf etmişdir. А. Г. Белова. Историческая морфология арабского языка: по материалам памятников доисламского периода. Восточная литература.
Ərəb dilinin İran körfəzi dialekti
Ərəb dilinin İran körfəzi dialekti (ərəb. اللهجة الخليجية‎‎) — ərəb dilinin Ərəbistanın şərqində, İran körfəzi sahillərində danışılan, qarşılıqlı surətdə başa düşülən bir sıra növləri. Bu, Səudiyyə Ərəbistanının şərqində, Küveytdə (1 milyon, 2014), İraqda (40 min), Bəhreyndə (100 min, 1995) Birləşmiş Ərəb Əmirliklərində (2 milyon 880 min, 2014), Qətərdə (471 min, 2014), İranda (200 min, 1993), Yəməndə (10 min) və Omanın şimalında (441 min, 1995) danışılır. Habaka J. Feghali. Gulf Arabic: The Dialects of Riyadh and Eastern Saudi Arabia: Grammar, Dialogues, and Lexicon. Dunwoody Press. 2004. ISBN 9781931546041. Clive Holes. Gulf Arabic.
Ərəb dilinin İraq dialekti
Ərəb dilinin İraq dialekti və ya İraq ərəb dili (ərəb. لهجة عراقية, عراقي‎) — bədəvi dialekti əsasında inkişaf etmiş və İraqda, eləcə də Suriya, İran, cənub-şərqi Türkiyədə və regiondan kənardakı İraq diasporunun nümayəndələri arasında yayılmış ərəb dilinin qarşılıqlı surətdə başa düşülən növləri kontinuumu. Bu dialektdə danışanların ümumi sayı 15,1 milyon nəfərdir (onlardan 11,5 milyonu İraqdadır). İraqın özünəməxsus multikulturalizminə görə, İraq ərəbcəsi arami, akkad, fars, kürd və türk dillərindən əhəmiyyətli miqdarda alınma sözlərə malikdir. Торос А. К. Иракский диалект арабского языка: практическое пособие. Ключ-С. 2011. ISBN 9785931361468. Kees Versteegh. The Arabic Language. Columbia University Press.
Ərəb dilinin Əlcəzair dialekti
Ərəb dilinin Əlcəzair dialekti (ərəb. الدارجة الجزائرية‎) və ya darci (الدارجة‎; mənası – "gündəlik ləhcə") — ərəb dilinin Əlcəzairdə və kənarda Əlcəzair diasporu arasında yayılmış növlərindən biri. Bu, Məğrib dialekt kontinuumuna aiddir, əsasən Tunis və Mərakeş dialektləri ilə qarşılıqlı surətdə başa düşülür. Əlcəzair dialekti bərbər dillərinin komponentlərini, həmçinin bərbər, türk, ispan və fransız dillərindən çoxlu alınma sözləri özündə daşıyır. Həmçinin, digər dialektlərdə olduğu kimi, yazı dilinin sonluqları da atılır. Bu dialektin rəsmi statusu yoxdur, lakin əksər əlcəzairlilər tərəfindən istifadə olunur. Ərəb dilinin Əlcəzair dialekti müxtəlif şəhərlərdə fərqlidir.
Ərəb dilinin Əndəlüs dialekti
Ərəb dilinin Əndəlüs dialekti və ya Əndəlüs ərəb dili (ərəb. اللهجة الأندلسية‎‎, isp. Árabe andalusí) — orta əsr ərəb dilinin VIII–XVI əsrlərdə "mavrların" idarə etdiyi müsəlman Pireney yarımadası (Kordova xilafəti) və Balear adalarında geniş yayılmış növlərindən biri. Rekonkistanın sonunda tədricən roman dilləri (ispan, portuqal, katalan) ilə əvəz olunmuşdur. XVII əsrə qədər mudexarlar adlanan icma arasında qismən qorunub saxlanılmışdır. Corriente, Federico. A Descriptive and Comparative Grammar of Andalusi Arabic (ingilis). BRILL. 2013. ISBN 978-90-04-22742-2.
Dialektologiya
Dialektologiya — (yunan dilində διάλεκτος, dialektos, "danışma, dialekt"; və -λογία, -logia "elm") — dilçilikdə dialekt və şivəni öyrənən elm sahəsidir. O, ilk növbədə coğrafi paylanmaya və onların əlaqəli xüsusiyyətlərinə əsaslanaraq dildəki variasiyaları öyrənir. Dialektologiya iki yerli dialektin ortaq əcdaddan ayrılması və sinxron variasiya kimi mövzularla məşğul olur. Dialektoloqlar son nəticədə regional ərazilərə uyğun gələn qrammatik, leksik və fonoloji xüsusiyyətlərlə məşğul olurlar. Beləliklə, onlar adətən nəinki müəyyən ərazilərdə nəsillər boyu yaşamış əhali ilə deyil, həm də dillərini yeni ərazilərə gətirən miqrant qrupları ilə məşğul olurlar. == Dialektologiyanın əsas anlayışları == Dialekt anlayışı altında dilçilikdə dilin məhdud ərazidə işlədilən növü (variantı) nəzərdə tutulur. Dialekt bütün dilə xas olan əlamətlərlə yanaşı, eyni zamanda özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. Dialektologiyanın əsas anlayışları və terminləri bunlardır: şivə, şivələr qrupu, ləhcə, dialekt, keçid (aralıq) şivə və izoqloss. Şivə dilin dialekt bölünməsinin ən kiçik vahididir. O, bir və ya bir neçə yaşayış məntəqəsi sakinlərinin nitqində meydana çıxır.
Salyan dialekti
Salyan dialekti — Azərbaycan dilinin dialekti. Şərq dialekt qrupuna daxildir. Azərbaycanın Salyan rayonunda geniş yayılmışdır. Məhəmmədəli Hüseynzadə (1760–1852) — ilahiyyatçı alim, Qafqaz Müsəlmanlarının I Şeyxülislamı (1823–1846). Əhməd Hüseynzadə (1812–1887) — ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin III Şeyxülislamı (1862–1884). Əbülhəsən Vaqif (1845–1914) — XIX əsr şairi. Axund Mirbağır Ağa Ağazadə (1857–1941) — din və ictimai xadim. Əli bəy Hüseynzadə (1864–1940) — alim, filosof, rəssam və həkim. Əsədulla bəy Muradxanov (1866–1942) — ictimai-siyasi xadim, maarifçi və publisist, birinci çağırış Dövlət Dumasının Bakı quberniyasından deputatı. Baxış bəy Rüstəmbəyov (1870–1942) — Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı, Cavad qəzasının zabiti.

Значение слова в других словарях