Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Pasinlər, Ərzurum ili – 20 oktyabr 2024, Pensilvaniya) — Gülən hərəkatının banisi olan Türkiyə filantropu, yazıçısı, şairi, keçmiş vaizi və din adamı idi. O, 30-dan çox kitab və bir çox məqalənin müəllifi idi. O, həmçinin Türk, ərəb, fars və osmanlı dillərini bilirdi. 1999-cu ildən öldüyü tarixə qədər ABŞ-nin Pensilvaniya ştatının Saylorsburq şəhərində yaşayırdı.
== Həyatı ==
Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub.
Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır.
Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.