KƏRBƏLAYI

сущ. религ. кербалаи (титулование, прибавляемое к имени мусульманина-шиита, совершившего паломничество в город Кербалу, где похоронен внук пророка Мухаммеда имам Хусейн)
KƏRAMƏTLİLİK
KƏRDİ
OBASTAN VİKİ
Kərbəlayı İsmayıl
Kərbəlayı İsmayıl — Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biridir. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökumətə qarşı güclü müqavimət ruhu baş qaldırmışdı. O dövrdə Quba ətrafında gedən müqavimətə Qaçaq Mayıl, Lənkəranda Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda (Qarayazıda) Qaçaq İsaxan başçılıq etmişlər. == Həyatı == Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri Azərbaycan torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib. 1931-ci ildə o, Araz çayını keçərək Daşburuna gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bundan sonra o, daşburunlularla birlikdə türk torpaqlarını qorumaq üçün mücadilə aparıb. 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə barışmayanların əksəriyyəti hələ Sovet dönəmində xalqın sevimlisinə çevrilmişdi. Bu gün də haqqında maraqla danışdığımız Kərbəlayi İsmayıl kimi.
Ağadadaş Kərbəlayı oğlu
Ağadadaş Kərbəlayı oğlu (10 iyun 1926—13 dekabr 2008) — neftçi, Sosialist Əməyi Qəhrəmanı (1966). == Həyat və əmək fəaliyyəti == Ağadadaş Kərbəlayı oğlu 1926-cı ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildə "Leninneft" briqada trestində başlamışdır. Səngəçal Qazma İşləri İdarəsinin ustası olmuşdur. 1950-ci ildən Sov.İKP üzvü olmuşdur. AKP 28-ci qurultayında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 24-cü qurultayının nümayəndəsi, SSRİ Ali Sovetinin (V və VI çağırış) və Azərbaycan SSR Ali Sovetinin (VII və VIII çağırış) deputatı olmuşdur. 23 may 1966-cı ildə sovet neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Ağadadaş Kərbəlayı oğlu 13 dekabr 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası I cild.
Kərbəlayı Abdulla Canızadə
Kərbəlayı Abdulla Canı oğlu (1782, Şuşa – 1840, Şuşa) — şair, kimyagər. == Həyatı == Kərbəlayı Abdulla Canı oğlu 1782-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mədrəsə yoldaşlarından Mirzə Əzizin adı bəllidir. Şair idi. Öz adıyla rəvan təbli şeirlər yazırdı. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Təzkirəçi Mir Möhsün Nəvvab yazır: "Kərbəlayı Abdulla Canı oğludur və Qarabağın Şuşa qalasında sakin idi. Kəsbkarlıq da edərdi.
Kərbəlayı Abdulla Zərbəliyev
Kərbəlayı Abdulla Zərbəliyev (1849, İçəri şəhər, Bakı qəzası – 1934, Bakı) — məşhur azərbaycanlı milyonçu, mesenat, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Kərbəlayı Abdulla Hacı Zərbəli oğlu Zərbəliyev 1849-cu ildə rəncbər ailəsində dünyaya göz açıb. Atası Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Hacı Zərbəlinin şəhər kənarında – Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O, əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O, ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib, Hacı titulunu alır. Hacı Zərbəlinin üç arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayı Abdulla idi. Kərbəlayı Abdulla Bakıda və onun ətraf kəndlərində qoçuların qoçusu (baş qoçu) adlandırırdılar.
Kərbəlayı Qulu Yusifi
Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədəli oğlu Pəri Nazzadə (Yusifi) və ya Xarrat Qulu (1823, Şuşa – 1883, Şuşa) — musiqişünas, şair, Şuşada musiqi məktəbinin yaradıcısı. == Həyatı == Şuşada musiqi məktəbinin yaradıcısı musiqişünas Kərbəlayı Qulu Məhəmməd oğlu 1823-cü ildə anadan olmuşdur. Əsl sənəti xarratlıq olmuşdur. Xarrat Qulu Şuşada muğam məclisləri üçün uyğun səsi olan gəncləri cəlb edərək onlara muğamatı və onları oxumaq qaydalarını öyrədirdi. Məhərrəmlik mərasimləri zamanı təşkil etdiyi məclisə gəncləri cəlb edir, Səkinə, Zeynəb, Əli Əkbər və başqa şəbih rollarında oynamağı öyrədirdi. O, klassik Şərq musiqisini bilir, həm də şeirlər yazırdı. Din xadimlərinin təsiri altında olduğuna görə xalq məclislərində çıxış etmirdi. Xarrat Qulunun XIX əsrin ortalarında fəaliyyət göstərmiş musiqi məktəbi, əsasən, dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra musiqiçilərin yetişməsinə səbəb olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan bu məktəbin yetirmələridir. Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur.
Kərbəlayı Səfi Valeh
Kərbəlayı Səfi Valeh (XVIII əsrin sonu—XIX əsrin birinci yarısı) — Qarabağ şairlərindən biri. == Həyatı == F.Köçərlinin verdiyi məlumata görə, Valeh təxminən XVIII əsrin sonu XIX əsrin birinci yarısında yaşayıb-yaratmışdır.
Kərbəlayı Səfixan Qarabaği
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (təq. 1817, Şuşa – 25 iyun 1910, Şuşa) — Azərbaycan memarı. == Həyatı == Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub. Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı. == Fəaliyyəti == Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa Aşağı Gövhər ağa məscidi (1874–75) Şuşa Saatlı məscidi (1883) Culfalar məscidi Hacı Ələkbər məscidi Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.
Kərbəlayı Yusif Qarabaği
Kərbəlayı Yusif Qarabaği (1779-1854) — soyuq silah ustası, xəncərsaz. == Həyatı == Kərbəlayı Yusif Zikrəli oğlu 1779-cu ildə Şuşa şəhərində anadan оlmuşdu. Molla yanında oxumuşdu. Bir müddət atasının şagirdi olmuş, onun vəfatından sonra qılınc dəbdən düşdüyü üçün xəncərsaz kimi məşhurlaşmışdı. O, müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Yusif 1854-cü ildə vəfat edib. == Ailəsi == Kərbəlayı Yusif Zeynəblə ailə qurmuşdu. Əli adlı oğlu, Banu adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Şuşa şəhəri: Təbrizli məhəlləsi, Bakı, "Şuşa", 2010, səh. 212 Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Kərbəlayı İmamyar Şəqaqi
Kərbəlayı İmamyar Şəqaqi Şatıranlı — Azərbaycan şairlərindəndir ki 1185-ci Hicri-şəmsi ilində Xalxal böhgəsinin Ute oliya (Mustafalu) kəndində anadan olub, yüz il ömür edib və 1285-ci Hicri-şəmsi ilində vəfat edib və Xanqahe Sadat kəndində İmamzadə Seyid Daniyalın mərqədinin cəvarında dəfn olub.
Kərbəlayı İsrafil Hacıyev
Kərbəlayı İsrafil Hacıyev (1870, Bakı - 1940, Ənzəli) — neftxuda, Bakı şəhər dumasının üzvü, ictimai xadim. == Həyatı == Kərbəlayı İsrafil Hacıyev Bakı şəhərində doğulmuşdu. Əslən Xızının Fındığan kəndindəndir. Balaxanı kəndində neft sahəsi almışdı. Kərbəlayi İsrafilin neft mədənləri, Xəzərdə ticarət gəmisi, Bakının çox yerlərində binaları, villası, bağı, torpaq sahələri var idi. Onun yaşadığı mənzil (Cəfər Cabbarlı küçəsində, indi Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi bina) memarlıq cəhətdən çox gözəl və əzəmətli binadır. Kərbəlayi İsrafil Hacıyevin Şamaxinka küçəsindəki (Cabbarlı, 12) evi 1910-1912-ci illərdə polşalı memar İ.PIoşko tərəfindən tikilib. Kərbəlayı İsrafil Hacıyev Bakı Müsəlman Xeyriyyə Cəmiyyətin üzvü, erməni-müsəlman barışıq komisyonunun müsəlman nümayəndəsi idi. == Ailəsi == Kərbəlayı İsrafil Hacıyev Sona xanımla ailə qurmuşdu. İskəndər adlı oğlu vardı.
Kərbəlayı Mirzə Ələkbər Safi
Кərbəlayı Mirzə Ələkbər Safi (1840, Şuşa) — şair. == Həyatı == Kərbəlayı Ələkbər Safi 1840-cı ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Mərdinli obasındandır. İbtidai təhsilini əmisindən almışdı. Sənətkarlıqla məşğul idi. O, həm də şair idi. Safi təxəllüsü ilə şeirlər yazırdı. "Məclisi-fərəmuşan"ın üzvü idi. Təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Kərbəlayı Ələkbər Məşədi Məhəmmədhüseyn Qarabağinin oğludur və təxəllüsü Safidir. Mərhum Şəhidin qardaşı oğludur.
Kərbəlayı Məhəmməd bəy Sufi
== Həyatı == Kərbəlayı Kərbəlayı Məhəmməd bəy Sufi 1846-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Məhəmməd bəy şair idi. Sufi təxəllüsü ilə şeir yazırdı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab yazır: "Kərbəlayı Məhəmməd Sufi Şirin bəy Qarabağlının oğludur. Şuşa şəhərinin Çuxur məhəlləsindəndir. Təxminən qırx beş yaşlı bir kişidir, sağdır, ucaboy, yoğunbədən bir şəxsdir. Şeytan sözünə aldanıb, cavanlığının əvvələrində o biçarə nahaq qan tökdüyünə görə şəhərdən qaçıb, kazak və yolkəsənlərlə birlikdə dağda-daşda ömür keçirir.
Kərbəlayı Qulu bəy Təpəsərov
Kərbəlayı Qulu bəy Məşədi Mehdiqulu bəy oğlu Təpəsərov (1855 — ?)— xeyriyyəçi. == Həyatı == Məşədi Mehdiqulu bəyin üçüncü oğlu Qulu bəy 1855-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. == Ailəsi == Kərbəlayı Qulu bəyin Cəfərqulu bəy, Allahqulu bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Əbdürrəhmanbəyli obası, Bakı: Zərdabi LTD, 2013, 240 səh.
Kərbəlayı Şirin bəy Çəmənli
Kərbəlayı Şirin bəy Çəmənli — Qarabağ bəylərindən biri, Georgi xaçı kavaleri. == Həyatı == Kərbəlayı Şirin bəy Əli bəy oğlu 1808-ci ildə Kəbirli mahalının Çəmənli kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. II Rusiya-İran müharibəsində iştirak etmişdi. == Ailəsi == Kərbəlayı Şirin bəy Kərbəlayı Nənəxanım xanımla ailə qurmuşdu. Abbas bəy, Əli bəy, Abdulla bəy, İbadulla bəy adlı oğulları, Fatma xanım, Mələk xanım adlı qızları vardı. Onun törəmələri Şirinbəyov soyadını daşıyırdılar. == Mükafatları == Kərbəlayı Şirin bəy Çəmənli döyüşdə göstərdiyi şücaətə görə Georgi xaçı ilə təltif olunmuşdu. == Mənbə == Ənvər Çingizoğlu. Şirinbəyovlar.

Digər lüğətlərdə