DİKTOKRATİYA

demokratiya ilə diktatura arasında mövcud olan “keçid” (hibrid) siyasi-hüquqi rejim, yəni eyni dövlətdə eyni zamanda harmonik vəhdət təşkil edən rejim; demokratiyasız - liberallıq. İki bir-birinə tam ziddiyyət təşkil edən rejimlər mürəkkəb ictimai-siyasi, siyasi-psixoloji, siyasi-mədəni mühiti olan cəmiyyətdə mövcud olur, misal: bəzi Afrika dövlətləri. D. rejimləri üçün aşağıdakı cəhətlər xarakterikdir: hakimiyyət resurslarını ələ keçirmiş “hakim” dairələr tərəfindən vətəndaşlar üçün müəyyən şəxsi və mülki hüquqlar bəyan və, hətta təmin edildiyi halda, ümumiyyətlə həmin (“hakim”) dairələrin xalqa tabe, hesabatlı olmaması; hakimiyyətin, dövlətin, xalqın taleyinin bir qrup (“hakim”) dairələrin, şəxslərin əlində olması, eləcə də dövlətin (xalqın) sərvətinin həmin şəxslərin əlində olması; çoxluğun (xalqın) maraqlarının - bir qrupup (“hakim”) dairələrin, şəxsi maraqlarına həta edilməsi. D. şəraitində insan hüquq və azadlıqları və vətəndaşlar üçün bir o qədər miqdarda verilir ki, nə qədər ki, (“hakim”) dairələrin maraqlarına, hakimiyyətin itirilməsinə təhlükə törətmir. Şəxsiyyətə pərəstiş, sərt siyasi idarəçilik, xalqın maraqlarının nəzərə alınmaması, hakimiyyət üzərində xalqın nəzarətinin olmaması, ictimaiyyətin zəif siyasi təşəbbüskarlığı və s. –D. üçün səciyyəvidir. D. “keçid” rejim tipi olduğundan, o, liberallaşmağa meyllidir.
DİKTATURA
DİN