DİN

(latın analoqu religio) ictimai şüurun formalarından biri; bir və ya bir neçə allahın “müqəddəslərin” – yəni fövqəltəbiliyini bu ya digər növünün reallığına inamı əsas götürən dünya görüşü, davranış və spesifik fəaliyyət (kult). Üst qurumun elementi kimi D. müxtəlif funksiyaları yerinə yetirir: illyusior – konpensator, dünya görüşü, nizamlayıcı, kommunikativ və s. Funksiyalar. D. –allah ideyası ilə bərabər dini qüvvələrə bağlı əhvaliruhiyyə, hiss və təəssüratları da özündə birləşdirir. Dini etiqadlar konpleksinə, dini sitayişlər və yaxud ayinlər daxildir. Bəzi ehtimallara görə D. Yuxarı Paleolit dövründə (daş dövrü), 40-50 min il əvvəl meydana gəlmişdir və onun yaranmasında sosial və psixoloji köklər fərqləndirilir. D.-in təsnifatını aşağıdakı kimi müəyyən etmək olar: 1. qəbilə - tayfa D.-ləri Bəşəriyyətin ilkin inkişaf dövründə insan təbiətindən asılı olduğu üçün, onda (insanda), fövqəltəbii qüvvələrə inam doğurmuşdur, bütpərəstliyin inkişafına xidmət etmişdir; 2. milli D.-lər. Bəzi xalqlarda etnik ümumiliyə əsaslanan, təsir dairəsinə görə və ərazicə məhdud olan milli D.-lər (yəhudilərdə-iudaizm, hidlilərdəhinduizm, yaponlarda-sintoizm, çinlilərdə-konfusiçilik) yayılmışdır və 3. dünya D.-ləri (xristianlıq, islam, buddizm) – dünyanın bir neçə, yaxud əksər xalqları (millətləri, etnosları, irqləri və s.) arasında yayılmışdır. D.-i ideologiyanın özəyini teologiya təşkil edir. D.-i ideolgiya peşəkar ilahiyyətçilərin dini təşkilatlar tərəfindən nizama salınan və təbliğ edilən ideyalar sistemidir. D.-i psixologiya isə, geniş dindar kütləsinin təsəvvürləri, hissləri, adət və ənənələrinin məcmusu olub, müəyyən dini ideyalar sistemi ilə bağlıdır.
DİKTOKRATİYA
DİN VƏ DÖVLƏT
OBASTAN VİKİ
Ellinistik din
Ellinistik din — e.ə. 300-cü ildən b.e. 300-cü ilə qədər, ellinizm dövründə və Roma imperiyasında qədim yunan mədəniyyətinin təsiri altında yaşayan Şərqi Aralıq dənizi xalqlarının müxtəlif inanc və təcrübə sistemlərindən hər hansı biri. Ellinistik dində çoxlu davamlılıq var idi. İnsanlar yunan tanrılarına ibadət etməyə və Klassik Yunanıstanda olduğu kimi eyni ayinləri yerinə yetirməyə davam edirdilər. Dəyişiklik Misir tanrıları İsida və Serapis, Suriya tanrıları Atarqatis və Baal-Hadad da daxil olmaqla, digər ölkələrdən yeni dinlərin əlavə edilməsi nəticəsində baş vermişdir. Bu, həm yaşadıqları həyatda, həm də axirətdə tamamlılıq istəyən insanlar üçün yeni bir çıxış yolu yaratmışdır. İlahiləşdirilmiş ellinist hökmdarlara sitayiş də bu dövrün bir xüsusiyyətinə çevrilmişdir. Misirdə Ptolemeylər əvvəlki Misir təcrübələrini və yunan qəhrəman kultlarını adaptasiya edərək Makedoniyalı İsgəndərin Ptolemey kultu daxilində özlərini firon kimi təqdim etmişdilər. Başqa yerlərdə hökmdarlar tanrı statusunu tam əldə etmədən ilahi status ala bilmişdilər.
Ermənistanda din
== ERMƏNİLƏRİN "DİN" STRATEGİYASİ == Din amili ermənilərdə başlıca strateji vasitələrdən biridir. Bu sayədə din siyasi müstəviyə oturdulmaqda və dünyanın bir çox ölkəsində genişmiqyaslı təbliğatlar aparılmaqda, mövzu ilə əlaqəli konfranslar təşkil olunmaqda, sərgilər nümayiş etdirilməkdədir. Təşkil olunan bütün konfranslarda və nümayiş etdirilən hər bir sərgidə üzərində durulan əsas mövzular daha çox "Nuhun xəzinələri", "Nuh peyğəmbər və Ermənistan", "dünyanın ilk xristian etnosu və dövləti, eyni zamanda xristianlığın ilk şəhid milləti" məsələləridir (18, s. 114–115). Bu işlərin arxasında erməni kilsəsinin rolu inkaredilməzdir. Tarixi həqiqətlər də təsdiq edir ki, erməni millətçiliyi din üzərində qurulmuşdur. Dünyada bu cür millətçiliyin bənzərini tapmaq çox çətindir. Ümumiyyətlə, erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida qaynağı rolunu erməni kilsəsi böyük məharətlə oynamış və oynamaqdadır. Erməni tarixçisi Dikran Boyacıyanın təbiri ilə desək, erməni kilsəsi ilə erməni milləti o qədər iç-içədir ki, biri olmadan digərini təsəvvür etmək mümkün deyil (23, s. 57).
Estoniyada din
Estoniyada din (est. Religioon Eestis) — Estoniya Respublikasının ərazisində din. == Dini tikililər == == Xristianlıq == == İslam == Estoniya əhalisinin siyahıyaalınmasına görə 2011-ci ildə bu ölkədə 1508 nəfər müsəlman qeydə alınmışdır. Paytaxt Tallinin Keevise küçəsi 9 ünvanında Tallin məscidi yerləşir.
Fransada din
Fransa — dünyəvi dövlət. Fransada ən populyar din — katolisizm. == Dünyəvi Respublika == Sekulyarizm bir əsr boyu Fransa Respublikasında yayılmışdır. 9 dekabr 1905-ci il tarixli Qanunun 2-ci hissəsinə əsasən, Respublika heç bir dini tanımır, ödəmir və ya subsidiya vermir. Müvafiq olaraq, yanvarın 1-dən bu Qanunun qüvvəyə minməsindən sonra dinə aid bütün xərclər dövlətin, idarələrin və icmaların büdcəsindən silinməlidir. Bununla birlikdə, məktəblər, kolleclər, xəstəxanalar, sığınacaqlar və həbsxanalar kimi ictimai qurumlarda keşiş xidmətləri və sərbəst dini etiqad büdcə xərclərinə daxil edilə bilər. Hökumətin dini qurumları 3-cü maddənin müddəalarına əməl edilməklə ləğv edildi. 1905-ci ildən bu yana ayrılıq zamanı ona aid olmayan Elzas və Mozel istisna olmaqla, kilsə və dövlət rəsmi olaraq bütün Fransa daxilində bölündü. 2004-cü ildə dövlət məktəblərində dini rəmzlərin geyilməsini qadağan edən bir qanun qəbul edildi (15 mart 2004-cü il tarixli 2004-228 nömrəli qanun). 2011-ci il sentyabrın 15-dən 16-na keçən gecə Fransada küçə namazlarının qılınması qadağan edildi.
Hindistanda din
Hindistanda konstitusiyası bu ölkənin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Hindistanda əhalinin 83 faizi induistlərdir. İnduizm respublikanın bütün ştatlarında, cammu, Kəşmir və yeni yaranmış Naqalend istisna olmaqla hakim din hesab olunur. İnduizmin iki əsas istiqaməti vardır: vişnuizm və şivaizm. Hal-hazırda Vişna Allahının kultu daha geniş yayılıb. Lakin bir sıra hind xalqları arasında (tamilər, assamslar) şivai əsas götürülür. Bəzi yerlərdə, məsələn, nəsilin ana xətti ilə davam etdirildiyi malayalar arasında şaktizm inkişaf edib. Ortodoksal induistlərlə yanaşı ölkədə reformator induistlərin də ardıcılları vardır. Hindistanın müsəlman əhalisi 11 faiz təşkil edir. Müsəlmanların əksəriyyəti isə sünnülüyün hənəfi məzhəbinə etiqad edir.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
Lukas Din
== İstinadlar ==
Macarıstanda din
Macarıstanda din — Macarıstanda ən çox yayılmış dini istiqamət katoliklikdir; 2001-ci il milli siyahıyaalınmasına əsasən, 5.558.901 nəfər və ya ölkənin ümumi əhalisinin 54,5%-i özlərini katolik hesab edir. Macarıstanın katolik əhalisinin əksəriyyəti Latın ayininə mənsubdur, 268 935 nəfər (əhalinin 2,6%-i) yunan katolikləri kimi təsnif edilir. İkinci ən çox yayılmış məshəb protestantlıqdır (əsasən Kalvinizm). Protestantlar ölkə əhalisinin 19,5%-ni təşkil edir. Protestantlıq tarixi səbəblərdən ən çox ölkənin şərqində (xüsusilə Debrecen bölgəsində) geniş yayılmışdır. Macarıstan protestantlarının 90%-dən çoxu kalvinistlərdir, üstəlik lüteranlar, baptistlər və s. vardır. Dini azlıqlar arasında pravoslavlar (əsasən etnik serblər, rumınlar, ukraynalılar və rutenlər), yəhudilər, müsəlmanlar və s. var. Katoliklik və protestantlıqla əlaqəli olmayan dinlərin ardıcıllarının sayı ümumilikdə 0,5%-dən çox deyil.
Monteneqroda din
Monteneqroda din - Pravoslav xristianları ölkədə böyük üstünlük təşkil edirlər. Ölkədə islam və katolik xristianlığında etiqad edənlər də müəyyən faizə sahibdirlər. Digər dinlərdə etiqad edənlər isə ölkə əhalisinin 0,1 % keçmir. 2003-cü siyahıya alınmasına əsasən əhalinin dini mənsubiyyəti də qeydə alınmışdır. Onun nəticələrinə görə, ölkə əhalisi dini mənsubiyyətinə görə aşağıdakı kimi sıralanır: Provaslav — 460 383 (74,24 %) İslam — 110 034 (17,74 %) Katolisizm — 21 972 (3,54 %) Protestantlıq — 383 (0,06 %) Okkultizm — 58 (0,01 %) İudaizm — 12 6 003 nəfər (0,97 %) heç bir dinə mənsub olmadıqlarını, 2 424 nəfər (0,39 %) Aqnostisizm olduqlarını bəyan etmişlər. 13 867 (2,24 %) nəfər isə suala cavab verməkdən imtina etmişlər. Ölkədə provaslav məzhəbində etiqad edənlərin böyük hissəsini monteneqrolular (52,5 %) və serblər (42,7 %) təşkil edir. Provaslavlar həm Serbiya provaslav kilsəsi həm də Monteneqro provaslav kilsəsinə (digər provaslav kilsələri tərəfindən tanınmır) tabedirlər. Monteneqroda katolizm məzhəbində etiqat edənlər əsasən albanlar (36,98 %), xorvatlar (31 %) və monteneqrolulardır (22,76 %). Katolizm məzhəbində etiqad edənlərin böyük hissəsi sahil zolağında yayılmışlar.
Mənzil (din)
Mənzil sufinin Sufizmdə çatmaq istədiyi yerdir. Bundan əlavə, Quranda oxucuya asan olsun deyə, Quranı bir həftə içində oxuyub başa çatdırmaq istəyənlər üçün mətnin yeddiyə bölünmüş hissələri Mənzil adlandırılır.
Ocaq (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Pakistanda din
Pakistanda din — Pakistan İslam Respublikasındakı dini vəziyyətə verilən ad. Pakistanda dövlət dini İslam dinidir. Əhalinin 96%-i müsəlmanlardan ibarətdir. Müsəlmanların sayına görə İndoneziyadan sonra dünyada 2-ci yerdədir. Müsəlmanların əksəriyyəti sünnilərdir (95%), şiələr isə müsəlman əhalinin 5%-ni təşkil edir.. Konqres Kitabxanası, ABŞ Dövlət Departamenti, The World Factbook, Pensilvaniya Universiteti və Oksford Universiteti tərəfindən həyata keçirilmiş müxtəlif tədqiqatlarda Pakistanda əhalinin dini baxımdan bölgüsü üzrə fərqli rəqəmlər ortaya çıxmışdır. Bu hesablamaların fərqli olmasının əsas səbəbi onların müxtəlif metodlarla hesablanması olmuşdur. Ölkədə hazırda əhalinin dini baxımdan bölgüsünün aşağıdakı kimi olduğu təxmin edilir: İslam (96%) Sünnilər: 75–95% Şiələr: 5–20% Əhmədiyyə: 0.22–2.2% Digər dinlər Hinduizm: 2% (3,600,000 nəfər) Xristianlıq: 1,59% (2,800,000 nəfər) Bəhailik: 40,000–79,000 nəfər Siqhizm: 20,000 nəfər Zərdüştilik/Parsilər: 1,600-20,000 nəfər Kalaşlar: 3,000 nəfər Buddizm: 1,500 nəfər 2012-ci ildə həyata keçirilmiş hesablamalara əsasən Pakistanda 18 yaşdan yuxarı 5,900,000 nəfər özünü qeyri-müsəlman kimi təqdim etmişdir. İslam dini Pakistanda dövlət dinidir. Ölkə müsəlmanların sayına görə dünyada İndoneziyadan sonra ikinci yerdədir.
Pir (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Polşada din
Polşada din — Polşa Respublikasında din. Polşa Avropanın ən dindar ölkələrindən biridir. Bu ölkə xüsusilə Avropada xristianlığın ən güclü olduğu ölkədir. Ölkə Konstitusiyasında dinlə əlaqədar hər hissədə katolikliyə yer ayrılmışdır. Bu mənada, Katolisizm dövlətin rəsmi dini olaraq qəbul edilməkdədir. Kilsə, dövlət, siyasət və cəmiyyət həyatında lazım olduğunda istifadə etdiyi ciddi bir nüfuza malikdir. Bəzi katolik keşiş və qruplar siyasətlə açıq-aşkar fəaliyyət göstərməkdə və bugünkü koalisiya iqtidarının ən böyük və ən kiçik partiyalarını dəstəkləməkdədir. Dövlət ilə Kilsənin rəsmi əlaqəsi 1989-cu ildə qəbul olunan qanuna əsasən təşkil edilməkdədir. Bu qanunlar, inanc azadlığını zəmanət altına almaqda, Roma Katolik Kilsəsinin radio və televiziya proqramları təşkil etməsinə; ayrıca məktəb, xəstəxana və tarixi dəyəri olan binaları işlətməsinə icazə verməkdədir. Polşa parlamenti olan Seymin Başçı kürsüsünün arxasında Xaç vardır.
Qazaxıstanda din
Qazaxıstanda din—Müxtəlif sorğulara görə, Qazaxıstan vətəndaşlarının əksəriyyəti, ilk növbədə etnik Qazaxıstan, qeyri-denim Müsəlman , digərləri isə Sünniliyə meyl edirlər. Hənəfi məktəbi, ənənəvi olaraq əhalisinin 63,6% -ni təşkil edən etnik qazaxlar, eyni zamanda etnik özbəklər, uyğurlar və tatarlar. 1% -dən az hissəsi Şəfiiliyin (ilk növbədə Çeçenlər) və Şiə nin bir hissəsidir..Təxminən Qazaxıstanda 2300 dən çox məscid fəaliyyət göstərir..Qurban Bayramı milli bayram olaraq tanınıb..Qazaxıstan əhalisinin 25% -dən az hissəsi ənənəvi olaraq etnik ruslar, ukraynalılar və belaruslardan ibarət olan rus pravoslavlardır. Digər xristian qruplarına Katoliklər, Protestant daxildir.Həmçinin ölkədə Baptist, Presbiterianlar, Lüteranlar, Pentekostallar, Metodizm, Mennonit və Yeddinci gün Adventistləri), Yehovanın Şahidləri və Mormonlara rast gəlmək mümkündür .Cəmi 265 qeydiyyatdan keçmiş pravoslav kilsəsi, 93 katolik kilsəsi və 543 protestant kilsəsi və ibadət evi var..Yulian təqviminə görə Rus Pravoslav qaydasında göstərilən Milad da Qazaxıstanda milli bayram olaraq qəbul edilir.Qeydiyyata alınan digər dini qruplara Yəhudilik, Bəhai İnam, Hinduizm, Buddizm daxildir. Ölkə çox millətli, uzun tolerantlıq və dünyəvilik ənənəsinə malikdir..Lakin əhali bəzən azsaylı dini qruplara və prozelitizm edən qruplara qarşı ehtiyatlı olur..Vətəndaşların ailə üzvləri bu cür qruplara qoşulduqdan sonra hakimiyyət orqanlarına şikayət etdikləri barədə bir neçə məlumat var..Hökümətin "ənənəvi" hesab etdiyi dörd dini qrupun rəhbərləri - İslam, Rus Pravoslavlığı, Katoliklik və Yəhudilik - digər dini qrupların daima sevmədikləri ümumi qəbul və dözümlülük barədə məlumat verdilər. Ölkə tarixən müxtəlif dinlərə sahib müxtəlif etnik qruplara ev sahibliyi etmişdir. Digər cəmiyyətlərə qarşı dözümsüzlük qazax mədəniyyətinin bir mövzusuna çevrildi. Müstəqil bir respublikanın qurulması, SSRİ-nin dağılmasından sonra, insanların həyatının hər sahəsində çox dəyişikliklər başlamışdır. Əhalinin dindarlığı, hər hansı bir mədəni şəxsiyyətin vacib hissəsi kimi dinamik dəyişikliklərə də məruz qalmışdır. Baptist Kilsələr tez-tez basqın edilir.
Rid Din
Din Rid (ing. Dean Cyril Reed; 22 sentyabr 1938, Denver, Kolorado – 13 iyun 1986) — SSRİ, Latın Amerikası və Şərqi Avropada çox məşhur olan Amerikalı müğənni, kino aktyoru, kino rejissoru və ictimai xadim. Din Rid Kolorado ştatının Denver şəhərində anadan olub. Atası liseydə riyaziyyat və tarix müəllimi, anası evdar xanım olub. Onun Dale və Vernon adlı iki böyük qardaşı olub. 1940-cı illərdə ailəsi Kaliforniya və Yuta ştatlarında müxtəlif şəhərlərdə yaşayıb və sonradan Koloradoya qayıdıblar. 1956-cı ildə orta məktəbini bitirib, trek komandasında ulduz idmançı olub. Atası Kiril, oğlunun hərbi akademiyada təhsil almasını istəyən, anti-marksist olub. Kolorado Universitetinin meterologiya fakültəsidə təhsil aldığı müddətdə barlarda musiqilər ifa edib.
Rəsmi din
Dövlət dini həmçinin rəsmi din — rəsmi statusu müvafiq dövlət tərəfindən təsdiq edilmiş din. Dövlət dini olmayan dövlətləri dünyəvi və ya sekulyar dövlətlər adlandırırlar. Harvard Universitetinin 2000-ci ilə olan məlumatlarına görə 188 dövlətdən 75-i bu və ya digər dini özlərinin rəsmi dini elan etmiş, 113 ölkənin isə rəsmi dini olmamışdır. Argentina Vatikan (teokratiya) Dominikan Respublikası Kosta-Rika Lixtenşteyn Malta Monako Salvador San-Marino İsveçrə (bəzi kantonları) Şotlandiya. İngilis monarxı bu kilsənin başçısı yox, yalnız üzvüdür. İsveçrə (bəzi kantonları) Danimarka İslandiya Norveç Finlandiyada kilsə və dövlət arasında münasibətlər xüsusi razılaşmalar ilə tənzimlənir. Kilsənin fəaliyyətinə dair xüsusi qanunvericilik mövcuddur. Kilsə xüsusi kilsə vergisi yığmaq hüququna malikdir (dövlət strukturlarının köməkliyi ilə könüllülük prinsipi əsasında toplanır). Amma hüquqi baxımdan Finlandiya Kilsəsi dövlət kilsəsi deyil. İsveçdə İsveç Kilsəsinin rəhbərinin kral olmasına baxmayaraq 2000-ci ildən kilsə dövlətdən ayrı fəaliyyət göstərir.
Avstraliyada din
Avstraliyada din — çox konfessiyalı ölkə olan Avstraliyanın rəsmi dini yoxdur. Xristianlıq Avstraliyada üstünlük təşkil edən inancdır. 2011-ci il siyahıyaalmasına görə, say baxımından ən böyük din əhalinin 25,3%-nə sahib olan katoliklikdir. 22,3%-i qeyri-dindardır. Növbəti əsas məzhəb 17,1% izləyən anqlikanizmdir. Avstraliyada əhalinin 2,5%-i buddizmə, 2,2%-i İslama, 1,3%-i hinduizmə və 0,5%-i yəhudiliyə etiqad edir. Avstraliya konstitusiyası hökumətə dövlət dini təsis etməyi və dini azadlıqlara müdaxilə etməyi qadağan edir, lakin ayrı-ayrı ştatlar öz konstitusiyalarını dəyişdirməkdə sərbəstdirlər və dini həyatı diktə edə bilərlər, baxmayaraq ki, belə vəziyyət hələ yaşanmayıb. Birlik hökuməti ilə dinlər arasında münasibətlər ABŞ-dakından qat-qat sərbəstdir. Dini qurumlar təhsil, səhiyyə və digər sosial xidmətlər göstərmək üçün hökumətlə işləyirlər. == Tarixi == Avropa məskunlaşması zamanı avstraliyalı aborigenlərin öz dini adət-ənənələri var idi, xüsusən də Yuxu vaxtı, məsələn, Mirça Eliade onları belə müəyyənləşdirir: "Avstraliyanın yerli əhalisi arasında əsas inam var ki, dünya, insan, müxtəlif heyvanlar və bitkilər sonradan yoxa çıxan bəzi fövqəltəbii varlıqlar tərəfindən yaradılmışdır".
Khay-din
Khay-din (vyet. Khải-định, tı-nom 啓定) və ya əsl adı ilə Nquyen Hoanq-tonq (vyet. Nguyễn Hoằng Tông, tı-nom 阮弘宗) — 18 may 1916-cı ildən 6 noyabr 1925-ci ildək hakimiyyətdə olmuş, Nquyen sülaləsindən Vyetnamın 12-ci imperatoru. == Həyatı == Khay-din imperator Donq-khanhın yeganə oğlu idi və 9 il (1916–1925) hökmdarlıq etmişdir. O, Vyetnam dövlətini modernləşdirməyə çalışmış və islahatçı kimi xatırlanmışdır. Khay-din Vyetnamın muxtariyyətini qorumaq və ya heç olmasa onun protektorat statusunu bərpa etmək üçün Fransaya səfər edən (1922-ci ildə) ilk Vyetnam hökmdarı olmuşdur.
Kosovoda din
Kosovoda din dövlətdən ayrıdır. Konstitusiya Kosovonu dünyəvi, dini etiqad məsələlərində neytral, qanun qarşısında hamının bərabər olduğu, inanc və din azadlığının təmin edildiyi dünyəvi dövlət elan edir. == Statistika == ABŞ Dövlət Departamentinin 2007-ci il Beynəlxalq Dini Etiqad Azadlığı Hesabatına əsasən, "son etibarlı siyahıyaalma 1980-ci illərdə aparılıb" və dini demoqrafik göstəricilərin hesablanması lazım idi. Hesabatda İslamın Kosovoda üstünlük təşkil edən din olduğu, "etnik alban əhalisinin əksəriyyəti, Bosniya, Gorani və Türk icmaları, həmçinin qaraçı/aşkal/Misir icmasının bəzi üzvləri tərəfindən etiqad etdiyi" müəyyən edilib. Təxminən 100.000-120.000 serblər, əsasən pravoslavlar idi. Etnik albanların təxminən 3,4%-i katoliklər, protestantlar isə 1%-dən azını təşkil edirdi. Yəhudi mənşəli yalnız iki tanınmış ailə var idi və ateistlər üçün etibarlı məlumat yoxdur. Kosovoda pravoslav albanların olması da ehtimal edilir. Bununla belə, kosovalılar və serblər arasında mövcud gərginlik şəraitində onlar özlərini pravoslav kimi tanımaq istəmədiklərini hiss edə bilərlər, çünki onlar pravoslav statuslarına görə “serblər” hesab olunurlar. Buna görə də siyahıyaalmada təmsil olunmurlar.
Maltada din
Maltada din — Maltada İslam ilk dəfə 870-ci ildə müsəlmanlar Siciliyanı Bizans imperiyasından aldıqdan sonra yarandı. 1091-ci ildə Normallar adanı ələ keçirəndə Malta xristian hökmranlığını qaytardı və İslam 13-cü əsrə qədər azad qaldı, lakin 13-cü əsrdən sonra qadağan edildi. Bu gün Maltadakı müsəlmanlar təxminən 6000 əhalisi olan azlıq təşkil edir. Adada Sultan Əbdüləziz tərəfindən 1873-cü ildə tikilmiş müsəlman qəbiristanlığı, 1978-ci ildə açılmış məscid və müsəlman ibtidai məktəbi var. Maltada hakim din katolik kilsəsidir. Malta Konstitusiyası katolikliyi dövlət dini kimi tanıyır. Maltanın himayədarları Paul, Müqəddəs Publius və Müqəddəs Aqatadır.
Mütəşəkkil din
Mütəşəkkil din, təşkilatlaşmış din və ya institusional din — inanc sistemlərinin və ritualların sistematik şəkildə təşkil edildiyi və rəsmi şəkildə qurulduğu din. Mütəşəkkil din adətən rəsmi doktrina (və ya doqma), iyerarxik və ya bürokratik rəhbərlik strukturu və qayda və təcrübələrin kodlaşdırılması ilə xarakterizə olunur. Mütəşəkkil din, xüsusilə antropologiya, sosiologiya və fəlsəfədə daha geniş din anlayışından fərqlənir. ABŞ filosofu Vilyam Ceyms mütəşəkkil dini özlüyündə dindən fərqli və ikinci dərəcəli hesab etmiş, onun haqqında danışarkən "bizim qəbul etdiyimiz mənada dindən kənarda teologiyalar, fəlsəfələr və kilsə təşkilatları ikinci planda inkişaf edə bilər" demişdir. Ceyms ardınca şərh etmişdir ki, "institusional din"in əsas elementləri "ibadət və qurban tanrının, yəni teologiyanın və mərasimlərin və kilsə təşkilatının xüsusiyyətləri üzərində işləmək üçün prosedurlardır". Müasir dövrdə "din" termininin tərifi getdikcə qeyri-şəffaflaşır və "mütəşəkkil din"in tərifini çətinləşdirir. Beləliklə, antropoloqlar, ilahiyyatçılar və alimlər "təşkilat" ideyasını dinin özünün tərifinə daxil etməyə çalışmışdılar. Bunun bəzi nümunələri dini "mədəni sistem" olaraq təyin edən Klifford Girts tərəfindən verilən tərifdə tapılır. Bundan əlavə, Maks Veberin dinə verdiyi tərifi mütləq xristian tərifində deyil, hiss olunan dini qurumu təşkil edən mütəşəkkil iyerarxiya anlayışında israr edən "kilsə" ideyasını ehtiva edir.
Tailandda din
Tailandda din— Tayland xalqı bir neçə dinə etiqad edir. Tayland qanunları rəsmi olaraq beş dini tanıyır: Buddizm, İslam, Hinduizm, Sikhizm və Xristianlıq. Buddizm Taylandın ən böyük dinidir. Buddizm Tayland konstitusiyasına görə dövlət dinidir, buna baxmayaraq, bütün Tayland vətəndaşları üçün ibadət azadlığına zəmanət verir, baxmayaraq ki, qanunla kral Txeravada Buddisti olmalıdır. Taylandda əhalinin böyük əksəriyyəti Txeravada Buddistləridir. Taylandlılar arasında onların payı 94% ilə 94,6% arasında qiymətləndirilir. Buddist məbədləri hündür qızılı stupalarla xarakterizə olunur və memarlıq baxımından Birma, Lao və Kamboca məbədlərinə bənzəyir. Taylandda iki Buddist universiteti var: Maxamakut və Maxa Çulalongkorn Universiteti. İkinci ən böyük din İslamdır (4–4,6%). Dörd cənub əyalətində (Naratxivat, Pattani, Satun, Yala) və Sonqxla əyalətinin cənubunda müsəlmanlar çoxluq təşkil edir.
Təşkilatlaşmış din
Mütəşəkkil din, təşkilatlaşmış din və ya institusional din — inanc sistemlərinin və ritualların sistematik şəkildə təşkil edildiyi və rəsmi şəkildə qurulduğu din. Mütəşəkkil din adətən rəsmi doktrina (və ya doqma), iyerarxik və ya bürokratik rəhbərlik strukturu və qayda və təcrübələrin kodlaşdırılması ilə xarakterizə olunur. Mütəşəkkil din, xüsusilə antropologiya, sosiologiya və fəlsəfədə daha geniş din anlayışından fərqlənir. ABŞ filosofu Vilyam Ceyms mütəşəkkil dini özlüyündə dindən fərqli və ikinci dərəcəli hesab etmiş, onun haqqında danışarkən "bizim qəbul etdiyimiz mənada dindən kənarda teologiyalar, fəlsəfələr və kilsə təşkilatları ikinci planda inkişaf edə bilər" demişdir. Ceyms ardınca şərh etmişdir ki, "institusional din"in əsas elementləri "ibadət və qurban tanrının, yəni teologiyanın və mərasimlərin və kilsə təşkilatının xüsusiyyətləri üzərində işləmək üçün prosedurlardır". Müasir dövrdə "din" termininin tərifi getdikcə qeyri-şəffaflaşır və "mütəşəkkil din"in tərifini çətinləşdirir. Beləliklə, antropoloqlar, ilahiyyatçılar və alimlər "təşkilat" ideyasını dinin özünün tərifinə daxil etməyə çalışmışdılar. Bunun bəzi nümunələri dini "mədəni sistem" olaraq təyin edən Klifford Girts tərəfindən verilən tərifdə tapılır. Bundan əlavə, Maks Veberin dinə verdiyi tərifi mütləq xristian tərifində deyil, hiss olunan dini qurumu təşkil edən mütəşəkkil iyerarxiya anlayışında israr edən "kilsə" ideyasını ehtiva edir.
İnstitusional din
Mütəşəkkil din, təşkilatlaşmış din və ya institusional din — inanc sistemlərinin və ritualların sistematik şəkildə təşkil edildiyi və rəsmi şəkildə qurulduğu din. Mütəşəkkil din adətən rəsmi doktrina (və ya doqma), iyerarxik və ya bürokratik rəhbərlik strukturu və qayda və təcrübələrin kodlaşdırılması ilə xarakterizə olunur. Mütəşəkkil din, xüsusilə antropologiya, sosiologiya və fəlsəfədə daha geniş din anlayışından fərqlənir. ABŞ filosofu Vilyam Ceyms mütəşəkkil dini özlüyündə dindən fərqli və ikinci dərəcəli hesab etmiş, onun haqqında danışarkən "bizim qəbul etdiyimiz mənada dindən kənarda teologiyalar, fəlsəfələr və kilsə təşkilatları ikinci planda inkişaf edə bilər" demişdir. Ceyms ardınca şərh etmişdir ki, "institusional din"in əsas elementləri "ibadət və qurban tanrının, yəni teologiyanın və mərasimlərin və kilsə təşkilatının xüsusiyyətləri üzərində işləmək üçün prosedurlardır". Müasir dövrdə "din" termininin tərifi getdikcə qeyri-şəffaflaşır və "mütəşəkkil din"in tərifini çətinləşdirir. Beləliklə, antropoloqlar, ilahiyyatçılar və alimlər "təşkilat" ideyasını dinin özünün tərifinə daxil etməyə çalışmışdılar. Bunun bəzi nümunələri dini "mədəni sistem" olaraq təyin edən Klifford Girts tərəfindən verilən tərifdə tapılır. Bundan əlavə, Maks Veberin dinə verdiyi tərifi mütləq xristian tərifində deyil, hiss olunan dini qurumu təşkil edən mütəşəkkil iyerarxiya anlayışında israr edən "kilsə" ideyasını ehtiva edir.
Dünya dini
Dünyanın əsas dinləri və mənəvi ənənələri az sayda əsas qruplara təsnif edilə bilər, baxmayaraq ki, bu, vahid təcrübə deyil. Bu nəzəriyyə XVIII əsrdə müxtəlif cəmiyyətlərdə sivilliyin nisbi səviyyələrini tanımaq məqsədilə başlamışdır, lakin o vaxtdan bu təcrübə bir çox müasir mədəniyyətlərdə nüfuzdan düşmüşdür.
Dünyа əhаlisinin dini tərkibi
DİN-Darıdağ FK
"DİN-Darıdağ" — Naxçıvan Muxtar Respublikasının futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Elm və Din
Elm və Din münasibətləri — "Elm" termini "bilik" mənasına gəlir. Din isə burada ümumi olaraq səmavi dinləri nəzərdə tutur. == Elm və Din münasibətiləri haqqında == Bu mövzu "Din fəlsəfəsi" sahəsinin əsas mövzularındandır. Bəşəriyyət dünəndən bu günə varlıq, insan, Uca Yaradan Allah və bunların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında həmişə düşünmüş, aralarındakı sirli əlaqələri anlamağa çalışmışdır. Varlıq (Kainat) Cənabi-Allahın qüdrət və iradəsi ilə yazdığı bir kitabdır. Bu kitab Allahın müəyyən plan, proqram, ölçü və tarazlığa görə tənzimlədiyi əşya və hadisələr kitabıdır. Bununla yanaşı, Allahın bir də Kəlam sifətindən gələn Quran kitabı vardır. Allah bu Kitabı ilə insanlara kainatı izah edir, kainatdakı əşya və hadisələrə işıq tutur. Allah-Təala Quranda Kainatı nizam-intizamla yaratdığını bəyan edir.. Quran, kainat və insan Allahın isim və sifətlərinin müxtəlif şəkillərdə təcəlli etdiyi bir kitabdır.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir === Dini abidələr === == A == Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. == Ə == Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi == D == Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. == G == Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. == X == Xudabəndə məscidi == H == Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. == N == Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. == R == Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. == S == Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Etno-dini münaqişə
Etno-konfessional münaqişə və ya Etno-dini münaqişə — dini fərqin etnik mənsubiyyəti daha da artırdığı etnik qarşıdurmanın formalarından biridir. Fərqli sivilizasiyalarda (Qafqaz, Balkanlar) inkişaf etmiş xalqların yaşadığı bölgələrdə xüsusilə qabarıq formaları özünü göstərir. Ərəb-İsrail qarşıdurması, Cezayir müharibəsi, Bəlucistan, Şimali İrlandiya, keçmiş Yuqoslaviya, Çeçenistandakı etnik-konfessional qarşıdurmaların səsləndirilən nümunələridir. == Ədəbiyyat == Богатырёв К. А. Крымские татары и развитие этноконфессионального конфликта в регионе в 90-х гг. XX века (Политика и общество). 2009. 58–65. Булгакова М. В. Этнорелигиозный конфликт: некоторые аспекты проблемы (Актуальные проблемы гуманитарных и естественных наук). 2009. 1–9.
Etrusk dini
Etrusk mifologiyası Etrusk əfsanəsinə görə, əvvəllər köçəri yaşamla keçinən etrusklar bir gecə ulduzdan qopan işığın yerə düşdüyünü görürlər. Zərbə ilə yerə dəyən işıq parçalanıb kiçik gümüş güzgülərə çevrilir. Etrusklar həmin yeri qazırlar, oradan uşaq görkəmində, lakin saçı ağarmış möcüzəli bir adam çıxır. Taq (Taqes)adlanan və gələcəkdən xəbər verən bu müdrik etrusklaraçox şey öyrədir.İtalyada ilk sikkələrin basılması da əvəzolunmaz görücü Taqın məsləhəti ilə gerçəkləşir. Taq çıxan yerdə etrusklar Tarkvini adlı şəhəri salınır.Dini və siyasi mərkəzə çevrilən bu şəhər Roma yaranandan sonra ona tabe olur. Tarixdən bəllidir ki, dəmir çağının başlandığı dövrdə bir çox xalqlarda mifik qəhrəmanlar sırasından peyğəmbər obrazı yaratma meyli artmışdı. Bu çağda etrusk kahinləri də Taq adlı birindən tanrı elçisi kimi danışırlırdı. == Tanrılar == Etrusk dünya görüşündə dini baxışlar ilə sosial qurumların arasında bir uyğunluq vardı. Toplumun müstəqil qəbul edə bilən səlahiyyətli vahid hökmdarı olmadığı kimi, etrusk panteonları sistemində də baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, vacib məsələlərin həllini tapmaqda yardımcı olurdu. Tinin mahiyəti romalıların Yupier tanrısında təcəssüm edirdi.
Finikiya dini
Finikiya dini — politeistik etiqad və ayinlərdən biri. == Haqqında == E.ə. II–I minilliklərdə Finikiyanın şəhərlərində və koloniyalarında, xüsusilə Karfagendə yayılmış politeistik etiqad və ayinlərdən biri də Finikiya dini adlanırdı. Siyasi pərakəndəliyə görə finikiyalıların qədim misirlilər, babillər və yunanlardan fərqli olaraq vahid ilahilər panteonu, mürəkkəb kahin rütbələrivə təmtəraqlı ayinləri yox idi. Onların ibadətgahları çox sadə idi. Hər bir şəhərin öz yerli ilahəsi var idi və bu ilahələrin adları hakimiyyətin müxtəlif rəmzlərini təşkil edirdi: Vaal-"hökmran", El-"ilahi", Molox-"çar", Melkart-"şəhərin çarı", Adonis-"ağa". Əvvəllər finikiyalıların etiqadları çöllərdən və səhralardan gəlmiş cəddilərinin köçəri həyatını əks etdirirdi. Sonra bunları əkinçilik ayinləri əvəz etdi. Bu ayinlər nəbatatın gənc ilahəsinin ölməsi və həyata qayıtması əfsanələri ilə bağlıdır (Aliyon-Vaal və onun bacısı və ya arvadı Anat haqqında, Adonis və Astarta haqqında). Finikiya dilində ilahilər çar hakimiyyətinin və quldarlıq quruluşunun hakimləri kimi təqdim olunurlar.
Fransada dini müharibələr
Fransada dini müharibələr (fr. Guerres de Religion) və ya Hugenot müharibələri — 1562–1598-ci illərdə Fransada katoliklər və protestantlar (hugenotlar) arasında baş verən vətəndaş müharibəsi. == Tarixi şərait == XVI əsrin II yarısında Fransa siyasi böhran mərhələsinə daxil olur, bu böhran öz təzahürünü 32 il davam edən (1562–1594) dini müharibələrində tapır. Dini müharibələrin səbəbləri mütləqiyyətin təşəkkülü ilə əlaqədar siyasi quruluşun dəyişməsi idi. İtaliya müharibələri getdiyi dövrdə gərginlik, siyasi iğtişaşlar güclü hiss olunurdu. 1559-cu il Kato — Kambrezi sülhü İtaliya müharibələrinə son qoymaqla yanaşı, ölkədəki iqtisadi və daxili siyasi vəziyyətin bütün mürəkkəbliyini də göstərdi. XVI əsrin ortalarına doğru "qiymətlər inqilabı"nın və ağır vergi sisteminin nəticələri kəskin hiss olunurdu. Eyni zamanda müharibənin başa çatması ilə zadəganlar yeni fəaliyyət sahələri axtarmağa başlamışdılar. Bundan əlavə, 1559-cu ildə hakimiyyət dəyişikliyi baş vermişdi: cəngavər turnirində II Henri ölümcül yaralanır. Onun yerinə böyük oğlu, 15 yaşlı II Fransisk keçir.
Hacı əd-Din Zahid
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني‎; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – sufi Zahidiyyə təriqətinin banisi, islam alimi, mürşid. == Həyatı == Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.
Helian Dinq
Helian Dinq — son Hsia şanyüsü. Qardaşı Helian Çanqın əsir götürülməsindən sonra imperator olmuşdur. 430-cu ildə Sonq sülaləsi imperatoru Vei ilə müttəfiq olan Dinq 431-ci ildə Qərbi Qin krallığını dağıdaraq, onun torpaqlarına köçdü. Həmin il paytaxt Piqnlianqı müdafiə edən qardaşları Helian Duluqu və Helian Şeqan Şimal Veyə təslim oldu. Helian Dinq əmisi Helian Veifanı müharibə üçün göndərdi və Qərbi Qin dövlətinin qalan torpaqlarını da tutdu. Helian Dinq gözlənilmədən Tuyuhun dövləti tərəfindən hücuma məruz qaldı və əsir edilərək Şimal Veyə göndərildi. Dinq orda edam olundu və üçüncü Hun dövlətinin də sonu gəldi.
Hrant Dink
Hrant Dink (erm. Հրանդ Տինք; 15 sentyabr 1954, Malatya – 19 yanvar 2007, İstanbul) — erməni əsilli Türkiyəli jurnalist, Aqos qəzetinin baş redaktoru. 2007-ci ilin 19 yanvar tarixində, yerli vaxtla saat 15:00 — də İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülmüşdür. == Həyatı == Hrant Dink 1954-cü ildə Malatya şəhərində anadan olmuşdur. Atası və anası Sivas ilindən olan Hrant ailəsi 1961-ci ildə İstanbul şəhərinə köçmüşdür. Ailə daxili münaqişələr səbəbindən, Hrant ailəsi 1961-ci ildə dağılmışdır. Valideynlərinin ayrılması səbəbindən Hrant Dink və digər iki qardaşı ilə birlikdə Gedikpaşa Erməni Uşaq Evinə verilmişdir. Hrant Dink gənclik illərində siyasətlə maraqlanırdı. Əsasən solcu qüvvələri müdafiə edən Hrant Kommunist Partiyası ilə əlaqə yaratmağa başladı. Orta təhsilini bitirdikdən sonra, Hrant İstanbul Universitetinə daxil olur.
Hvarda dini yürüş
Hvarda dini yürüş—(xorv. Za križen) Xorvatiyanın Hvar adasında hər cümə axşamı təşkil edilən ənənəvi gecə yürüşünün adı. Bu tədbir misilsiz bir xüsusi dindarlıq ayini və Hvar adasının mərkəzi hissəsinin sakinlərinin dini və mədəni şəxsiyyətinin ifadəsidir və beş əsrdir ki, fasiləsiz olaraq icra olunur. Həm müddəti baxımından (8 saat ərzində 25 kilometr qət etmək) həm də məzmununa görə müstəsna bir xarakter kəsb edir. Roma Katolikləri Cəmiyyəti və ya qardaşlığı tərəfindən hazırlanır və həyata keçirilir. Yürüşün əsasını "Gözləri yaşaran İlahi Ana" adlı XV əsrə aid mətnin seçilmiş ifaçılar, kantadurlar tərəfindən musiqili dialoq formasında ifası təşkil edir.. == Haqqında == Bu tədbirə hər il axşam saatlarında 6 kilsədən — Vrban, Vrboska, Jelsa, Pitve, Vrisnik və Svirçe kilsələrindən eyni zamanda 6 yürüşlə start verilir. Hər bir yürüş böyük bir dairə üzrə hərəkət edir ki, təyinat nöqtəsinə səhər saat 7-də çata bilsin. Hər bir yürüşü xaçı daşıyan xaçlılar aparır. Xaçlının rolu adadan böyük şərəfə malikdir, bu səbəbdən də bu xaçlıları 20 ildən artıq bir müddətdə müəyyən edilirlər.
Həsən İzzəddin Dinamo
Həsən İzzəddin Dinamo (1 yanvar 1909, Ağcaabad, Trabzon ili – 20 iyun 1989, İstanbul) — Türkiyə şairi. == Həyatı == Şeirlərini "Yeni yol", "Sokak", "Həmlə", "Küllük", "Səs", "Yeni ədəbiyyat" dərgilərində çap etdirir. Bu dövrdəki şeirlərini "Adsız kitab" (1931-ci ildə, Vəhbi Cəm və Mehmet Cavad ilə birlikdə) və "Dəniz fənəri" (1937) adı altında nəşr etdirir. 1926-cı ildən etibarən çap olunan ilk şeirlərində Faruq Nafizin təsiri görünür və heca vəznini işlədir. Fərdi mövzulara yer verir. Nazimin "835 sətr" kitabını oxuyunca Nazimin təsiri ilə sərbəst vəzndə şeirlər yazmaya başlayır. Mövzuları fərdidən sosiala dönür. Şeirlərində ideoloji ünüsürlər çox bəlirgin, sənət dəyəri isə çox zəifdir. 1933-cü ildən sonrakı şeirlərində N. Hikmətin təsiri azalır, öz şəxsiyyətini tapmağa çalışır.
I Diniz
I Diniz (port. Dinis I de Portugal; 9 oktyabr 1261[…], Lissabon – 7 yanvar 1325[…], Santaren[d]) — Portuqaliya krallığının VI kralı.
Imperata dinteri
Silindrik hülpə (lat. Imperata cylindrica) - hülpə cinsinə aid bitki növü. == Sinonimləri == Arundo epigeios Forssk. ex Steud. [Invalid] Calamagrostis lagurus Koeler [Illegitimate] Imperata allang Jungh. Imperata angolensis Fritsch Imperata arundinacea Cirillo Imperata arundinacea var. africana Andersson Imperata arundinacea var. europaea Andersson Imperata arundinacea var. glabrescens Büse Imperata arundinacea var. indica Andersson Imperata arundinacea var.
Kani dinar
Kani dinar- İranın Kürdüstan ostanının Mərivan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,127 nəfər və 1,232 ailədən ibarət idi.
Kardinal və dini kəramətlər (Rafael)
Kardinal və dini kəramətlər (it. Virtù e la Legge) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Karl Diner
Karl Diner — (alman dilində: alm. Karl Diener‎; 1862–1928) — Vyana Universitetinin paleontologiya professoru. 1883–1885-ci illərdə fəlsəfə doktoru olan Karl Diner Suriyaya səyahət etdi və Livanda, Antilivanda geoloji tədqiqatlar apardı. 1886-cı ildən Vyana Universitetinin fiziki-coğrafiya kafedrasının dosenti, 1897-ci ildən professoru oldu. 1897-ci ildə Mərkəzi Himalaya geoloji və paleontoloji tədqiqarlar üçün səyahət edən ekspedisiyada iştirak etdi. Karl Diner 1 dekabr 1923-cü ildən Rusiya Elmlər Akademiyasının fizika-riyaziyyat elmləri bölməsinin (biologiya elmləri (paleontologiya) dərəcəsi üzrə) müxbir üzvü oldı.
Keklicek (Dinar)
Keklicek — Afyonkarahisar ilinin Dinar ilçəsine yerləşən kənd.

Digər lüğətlərdə